Məhkəmə qərarları › İş №2(015)-570/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-570/2023

03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-570/2023 03.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «qohumluq münasibəti faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X4 və anası X*4 ilə aralarında olan ata-ana olmqlarını nəzərə alaraq, qohumluq münasibəti faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, *988-ci ildə Ermənistan Respublikasının Kolina rayonunun İlməzdi kəndində anadan olmuşdur. X4 *932-ci ildə, anası X*4 isə 0*.0*.*933-cü ildə anadan olmuşdur. O, və digər qardaşları, bacısı köçgünlük vaxtı doğum şəhadətnamələrini götürə bilməmişlər. Mərhum X4 28.*2.20*9-cu il tarixdə Ağstafa rayonu Muğanlı kəndində, anası X*4 isə 23.06.20*5-ci il tarixdə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişlər. Mərhum X4ndan ona miras qalmış Ağstafa rayonu Muğanlı kəndində yerləşən *99*-ci ildə onun adına qeyd edilmiş yaşayış evinin texniki pasportunun sürətini işə əlavə etmişdir. Həmin fərdi yaşayış evinin öz adına rəsmiləşdirməsi barədə Ağstafa rayon Notariusuna müraciət etmişdir. Ağstafa rayon Notariusunun 05 may 326 nömrəli məktubu ilə ona bildirmişdirlər ki, X*2 məxsus miras əmlak qalmışdır. Lakin qohumluq faktının təsdiq edən heç bir rəsmi sənəd təqdim edə bilmədiyi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Ona görə də mərhum X4 və anası X7 onun ata - anası olmalarını nəzərə alaraq, qohumluq münasibəti faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, o, X*3 və X9 tanıyır belə ki, onlar Ağstafa rayonu Muğanlı kəndində yaşayıblar və qonşu olublar. Həqiqətən də Ərizəçi X3nun və X7 oğludur. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadə verərək bildirdi ki, mərhumlar X*8 və X2 rayonu Muğanlı kəndində onunla qonşu olublar. Həqiqətən Ərizəçi X** və X7 oğludur. Məhkəmə iclasının yeri və vaxtı haqqında maraqlı şəxs Ağstafa rayonu Qeydiyyat Şöbəsinə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Ağstafa rayonu Qeydiyyat Şöbəsinin rəisi Arifə xanım məhkəməyə ərizə göndərək bildirdi ki, işlərinin coxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin *85.6-ci maddəsini rəhbər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 330/g arayışdan görünür ki, Kərimov X*6 rayonu Muğanlı kəndində daimi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 326 saylı Ağstafa rayon Notariat kontorunun məktubundan görünür ki, X*0 adına miras qalmışdır. Lakin Ərizəçi qohumluq faktını təsdiq edə bilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X*4 23.06.20*5-ci ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X*7 28.*2.20*9-cu ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-*6-5/8-558 saylı məktubdan görünür ki,xx.xx.*965-ci il təvəllüdlü Ərizəçi Ağstafa rayonu Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan X* ərizəsindən görünur ki, Ərizəçi tanıyır, o cümlədən onun mərhum ata anasınıda tanıyır. X3 onun atasi və mərhum X*4 isə onun döğma anasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.*-ci maddəsinə məhkəmə şəxsin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutları hərtərəfli araşdırıb hesab edir ki, ərizə təmin edilməli, 28.*2.20*9-cu ildə vəfat etmiş X*7 və 23.06.20*5-ci ildə vəfat etmiş X*4 xx.xx.*965-ci il təvəllüdlü Ərizəçi ata - anası olması barədə qohumluq münasibətlərinin olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 28.*2.20*9-cu ildə vəfat etmiş X*0 və 23.06.20*5-ci ildə vəfat etmiş X7 xx.xx.*965-ci il təvəllüdlü Ərizəçi ata-anası olmaları barədə qohumluq münasibətlərinin olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar