Məhkəmə qərarları › İş №2(015)-6/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-6/2024

03.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-6/2024 03.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, iddiaçı Nəsibov Hicran Rüstəm qızının nümayəndəsi (əri) X5 iştirakı ilə, İddiaçı Nəsibov Hicran Rüstəm qızının Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Nəsibov Hicran Rüstəm qızı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən Ağstafa rayonu Poylu kəndi ərazisində 0,04 ha torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi X6 təmsil etmişdir. Nümayəndə İ.Nəsibov iddianı müdafiə edərək bildirdi ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Ağstafa rayonu Poylu kəndində torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə 0,7282 ha pay torpaq sahəsi Nəsibov Hicran Rüstəm qızına verilmişdir. Dövlət Aktını DƏDRX-nə təhvil verərək xx.xx.2020-ci il tarixdə **********-saylı qeydiyyata düşməklə çıxarış almışdır. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının istifadəsindədir, amma torpağın 0,04 ha hissəsi yaxını Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bununla bağlı Poylu bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə isə öz cavab məktubunda bu işin onun səlahiyyətində olmadığı üçün məhkəməyə müraciət etməyi qeyd etmişdir. Odur ki, Cavabdeh tərəfindən Ağstafa rayonu Poylu kəndi ərazisində 0,04 ha torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 185.5-ci maddələrinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** saylı çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Poylu kəndində iddiaçıya 0,7287 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** saylı çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Poylu kəndində cavabdehə 0,7836 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2024-cü il tarixli, 3-21-3-37/2-3010/2024 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, “AZCAD və TEKUİS məlumatlarına əsasən İddiaçı Dövlət aktında olan torpaq sahəsi ilə Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 6.1 kv.m sahəsinin üst-üstə düşdüyü müəyyən edilir”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» «İnsan Hüquqlarının və X4 X3 müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflərə məxsus torpaq sahəslərinin hüquqi və texniki vəziyyəti ilə bərabər əsaslandırılmış sübut olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi obyektiv və qərəzsiz sübut olaraq qəbul edilməlidir. Bununla bağlı tərəflərə aidiyyəti sənədlərin təqdim edilməsi və sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, yalnız iş materiallarında olan sənədlər təqdim edilmişdir. Məhkəmə müvafiq rəy və təqdim edilmiş sənədlər əsasında hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında iddiaçıya məxsus torpaq sahəsinin Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 6.1 kv.m-ə qədər hissəsinin iddiaçı Nəsibov Hicran Rüstəm qızı məxsus pay torpaq sahəsi ilə üst-üstə düşməsinə əsasən iddianın qismən təmin olunması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi haları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Ağstafa rayonu Poylu kəndində yerləşən iddiaçıya məxsus torpaq sahəsinin 6.1 kv/m hissəsi zəbtdən azad edilsin iddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehdən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 , S.W.İ.F.T. Bik CTREAZ22 saylı hesabına köçürülməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Ağstafa rayonu Poylu kəndində yerləşən iddiaçı Nəsibov Hicran Rüstəm qızına məxsus pay torpaq sahəsinin 6.1 kv/m hissəsi (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq) Cavabdeh tərəfindən zəbtdən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehdən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 , S.W.İ.F.T. Bik CTREAZ22 saylı hesabına köçürülsün. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Nəsibov Hicran Rüstəm qızına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar