Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-604/2024 05.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydinin bərpa edilərək, doğum akt qeydində xx xxxxxx *970-ci ildə Ermənistan Respublikası Noemberyan rayonunun, Körpülü kəndində anadan olmasına dair hüquqi əhəmiyyətli faktın qeyd olunması, ata qrafasında X4, ana qrafasında X* göstərilməsi və qətnamənin icrasının Maraqlı şəxsndə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, o, xx xxxxxx *970-ci ildə Ermənistan Respublikasının Noyanberyan rayonunun Körpülü kəndində anadan olmuşdur. X*0 20*3-cü ildə, anası Orucova Yasəmən isə 2009-cu ildə vəfat etmişdir. Ailədə 4 övlad, 2 bacı 2 qardaş olmuşlar. Digər qardaşı vəfat etmişdir. *988-ci ildə Ermənistandan Azərbaycana köçüb gələn zaman doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Doğum haqqında şəhadətnamə atasından miras qalmış torpaq sahəsinin sənədləşmə işləri üçün lazımdır. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzürlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Qeyd olunur ki, mülki prosessual qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*970-cİ ildə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə Xanəliyeva Hicran Müzəffər qızı *2 iyun *995-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon VVAQ şöbəsində 327 saylı qeydlə rəsmi nikahla ailə qurmuşlar. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 23 dekabr 2023-cü il tarixli arayışdan müəyyən edilir ki, Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 23.*2.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, iş üzrə ərizəçi onun həmkəndlisidir. Ərizəçi *970-ci ildə Ermənistanın Noemberyan rayonunun, Yuxarı Körpülü kəndində anadan olmuşdur. Atasının adı Mustafa, anasının adı Yasəmən olmuşdur. *988-ci ildə ərizəçi də ailəsi ilə birlikdə onlar kimi Ermənsitandan Azərbaycana köçmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X2 şahid X6 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə Ərizəçi xx xxxxxx *970-ci il tarixdə Ermənistan Respublikası Noemberyan rayonunun, Körpülü kəndində anadan olmuş, X*0, anası isə Orucova Yasəmən olmuşdur. Ərizəçi ailəsi ilə birlikdə *988-ci ildə Ermənistandan Azərbaycana köç edərkən onun doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Ərizəçi atasından miras qalmış əmlaka sənəd almaq istəyir. O, doğum haqqında şədahətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də qeydiyyat şöbəsindən verilmiş arayışda Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 23.*2.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və doğum haqqında akt qeydinin aşkar olunmaması göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunub ki, Nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.* və 4.2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Göründüyü kimi, Ərizəçi xx xxxxxx *970-ci il tarixdə Ermənistan Respublikası Noemberyan rayonunun, Körpülü kəndində anadan olmuş, X*0, anası isə Orucova Yasəmən olmuşdur. Ərizəçi ailəsi ilə birlikdə *988-ci ildə Ermənistandan Azərbaycana köç edərkən onun doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Ərizəçi atasından miras qalmış əmlaka sənəd almaq istəyir. O, doğum haqqında şədahətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də qeydiyyat şöbəsindən verilmiş arayışda Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 23.*2.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və doğum haqqında akt qeydinin aşkar olunmaması göstərilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Ərizəçi xx xxxxxx *970-ci il tarixdə Ermənistan Respublikası Noemberyan rayonunun, Körpülü kəndində doğulması, atasının X4, anasının X5 olması, ailə üzvləri ilə birlikdə *988-ci ildə Ermənistandan Azərbaycana köç edərkən onun doğum haqqında şəhadətnaməsinin orada qalması, hazırda ərizəçinin doğum akt qeydi bərpa olunaraq doğum haqqında şəhadətnamənin alınması zərurətinin yaranması, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizə təmin olunmalı, Ərizəçi doğum akt qeydi bərpa edilərək, doğum akt qeydində soyadı “Avdiyev”, adı “Habil”, ata adı “Mustafa”, doğum tarixi “xx xxxxxx *970-ci il”, doğum yeri “Ermənistan Respublikası Noemberyan rayonunun Körpülü kəndi”, ata qrafasında “X4”, ana qrafasında isə “X5” kimi göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin *59.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qanunvericiliyə əsasən, doğum akt qeydinin bərpa edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında doğum haqqında səhadətnamə verməlidir. Bunun üçün doğum akt qeydinin bərpa edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman qətnamənin icrasının Qeydiyyat orqanına həvalə edilməsi barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220, 307 və 3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə qismən təmin edilsin. Ərizəçi doğum akt qeydi bərpa edilərək, doğum akt qeydində soyadı “Avdiyev”, adı “Habil”, ata adı “Mustafa”, doğum tarixi “xx xxxxxx *970-ci il”, doğum yeri “Ermənistan Respublikası Noemberyan rayonunun Körpülü kəndi”, ata qrafasında “X4”, ana qrafasında isə “X5” kimi göstərilsin. Qətnamə doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-604/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-604/2024
05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver