Məhkəmə qərarları › İş №2(015)-609/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-609/2024

25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-609/2024 25.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı «qohumluq faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02.02.*936-cı il tarixdə anadan olmuş mərhum X3 onun qardaşı olmaqla qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, onun atası X**, anası X2r. Hər ikisi müxtəlif vaxtlarda vəfat etmişlər. Onların birgə yaşadığı dövrdə Ərizəçi, X*4, Şahid, X8, mərhum X*2, mərhum X6 adlı uşaqları dünyaya gəlmişdir. Mərhum qardaşı 02.02.*936-cı il təvəllüdlü X* Güllüzar Tapdıq qızı ilə evli olsalarda, onların birgə nikahlarından uşaqları olmamışdır. Mərhum qardaşı X6 *9.0*.2023-cü il tarixdə infakt keşirməsi nəticəsində ölmüşdür. Mərhumun qəbri Ağstafa rayonu, Köçvəlili kənd qəbristanlığında yerləşir. Hazırda mərhumun doğum haqqında şəhadətnaməsi olmadığı üçün qohumluq əlaqəsini müyyən edilib, miras qalmış əmlaka vərəsəlik hüququ ala bilmirlər. Məhkəmə iclasının yeri və vaxtı haqqında maraqlı tərəf Ağstafa rayon Notariat Ofisinə və Maraqlı şəxsnə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Lakin Ağstafa rayonu Qeydiyyat Şöbəsinin rəisi məhkəməyə ərizə göndərək bildirmişdir ki, işlərinin coxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştrak edə bilməyəcəkdir. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin *85.6-ci maddəsini rəhbər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan SSRi-nin vətəndaşlıq pasportunun sürətindən görünür ki, X6 02.02.*936-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 06 yanvar 2023-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin və mərhumun bacısı Şahid ifadəsində göstərdi ki, ərizəçi mərhum X6 ilə qardaşdır. Mərhumun heç bir vərəsəsi yoxdur. Mərhumun doğum haqqında şəhadətnaməsi olmadığından, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Mərhumun ərizəçinin qardaşı olmasını təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.*-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və **59.2-ci maddəyə əsasən ikinci növbəli vərəsələr- ölənin bacıları və qardaşları sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Göründüyü kimi 02.02.*936-cı il tarixdə anadan olmuş, *9 yanvar 2023-cü ildə vəfat etmiş X6 ərizəçinin qardaşı olmuşdur. Hazırki vəziyyətdə ərizəçi onun qanun üzrə vərəsəsi sayılır və əvvəlki növbənin vərəsələri mövcud deyildir. Məhkəmə ərizəçinin izahatın dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutları hərtərəfli araşdırıb hesab edir ki, ərizə təmin edilməli, 02.02.*936-cı il tarixdə anadan olmuş, *9 yanvar 2023-cü ildə vəfat etmiş X6 ilə xx.xx.*960-cı il təvəllüdlü Ərizəçi bacı-qardaş olmalarına dair qohumluq münasibətlərinin olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 02.02.*936-cı il tarixdə anadan olmuş, *9 yanvar 2023-cü ildə vəfat etmiş X6 ilə xx.xx.*960-cı il təvəllüdlü Ərizəçi qardaşı olmalarına dair qohumluq münasibətlərinin olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar