Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-619/2024 30.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi bacısı X6 doğumunun qeydə alınması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə, doğumun qeydə alınması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, valideyinləri X2* ilə X8 ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişlər. X2 (vəfat edib), X*2 (vəfat edib), X*7, X*8, X*3 və X*4 adlı övladları anadan olmuşdur. X3 ev şəraitində dünyaya gədiyindən ona sənəd alınmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət olunmuşdur. Lakin bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və eyni zamanda izahatında göstərdi ki, doğum haqqında şəhadətnamənin olmaması onun (bacısı) X6 hüquqlarını həyata keçirilməsinə maneələr törədir. Ona görə də, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirib, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin *85.6-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Ağstafa RİH başçısının Muğanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, həqiqətən X*0 və X4 birgə X2 (vəfat edib), Yolçuyeva (Bayramova) Gözəl Mahmud qızı (vəfat edib), X*7, X*8, X*3 və X*4 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirir ki, topladıqları sənədlər qanunla nəzərdə tutulmuş qaydada uyğun gəlmədiyindən baxılmamış geri qaytarıldığı və bunun üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İş materiallarında olan Ağstafa RİH başçısının Muğanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, Ağstafa rayon Muğanlı kənd sakinləri - X*9, X*5, X* Səyalı Mahmud qızının *3.02.*956-cı ildə anadan olduğunu və bu gündən Ağstafa rayon Muğanlı kəndində yaşadığını təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.*-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə görə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 309.*-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, doğum akt qeydi bərpa edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 *3.02.*956-cı il tarixdə Muğanlı kəndində anadan olması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində X6 ata qrafasında – X23, ana qrafasında – X8, soyadı “Yolçuyeva” kimi qeyd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-619/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-619/2024
30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver