Məhkəmə qərarları › İş №2(015)-648/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-648/2024

13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-648/2024 13.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi iştirakı ilə, iddiaçı Ərizəçi Qinyaz oğlunun və maraqlı tərəf Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa olunması” ərizəsinə dair mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında müəyyən etdi: Həmin iddia ərizəsi *6.04.2024-cü il tarixində Ağstafa Rayon Məhkəməsinə daxil olmuş və ərizənin əsasında mülki iş başlanmışdır. İddiaçı Ərizəçi Qinyaz oğlu ərizə ilə Məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Ona görə də Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *70.*-ci maddəsinin göstərişinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə qərara aldı: iddiaçı Ərizəçi Qinyaz oğlunun və maraqlı tərəf Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa olunmasına” dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar