Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-666/2023 10.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Ağstafa Rayon İca Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağstafa Rayon İca Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Ağstafa Rayon İca Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə ərizə verərək iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Ağstafa Rayon İca Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 ərizənin qaytarılmasına etiraz etməmişdir. MPM-in 114.1.5-ci maddəsinə görə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Ağstafa Rayon İca Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Ağstafa filialının mədaxil kassasında xx.xx.2023-cü il tarixli, büdcə təsnifatı kodu 14221103 olan və AZ55CTRE******************** nömrəli hesaba ödənilmiş 100 (əyüzlli) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Bank xidmət haqqı olan 0,40 AZN iddiaçının özünə aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-666/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-666/2023
10.07.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver