Məhkəmə qərarları › İş №2(015)-667/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-667/2025

27.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-667/2025 27.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax rayon sakini X*2 ilə nikahından anadan olmuş *7.08.20*9-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8, *3.02.2023-cü il təvəllüdlü X5, *0.06.20*8-ci il təvəllüdlü X9, *2.03.202*-ci il təvəllüdlü X3, 20.0*.20*7-ci il təvəllüdlü X*0, *5.04.2008-ci il təvəllüdlü X6 adlı uşaqların doğum faktının müəyyən olunmasını, həmin uşağa doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxs şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Yevlax rayon sakini X*2 ilə qeyri-rəsmi qaydada ailə həyatı qurmuşdur. Onunla aralarında olan nikahı rəsmiləşdirməmişlər. Onunla birgə yaşadığı dövrdə yeddi övladı dünyaya gəlmişdir. Belə ki, *7.08.20*9-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8, *3.02.2023-cü il təvəllüdlü X5, *0.06.20*8-ci il təvəllüdlü X9, *2.03.202*-ci il təvəllüdlü X3, 20.0*.20*7-ci il təvəllüdlü X*0, *5.04.2008-ci il təvəllüdlü X6 adlı uşaqlara səhlənkarlıq edib sənəd almamışdır. Odur ki, həmin uşaqlara doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxs şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Maraqlı şəxs Şöbəsinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzrlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X* ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin yeddi uşağı vardır. Onun yeddi uşağı ev şəraitində doğulmuşdur. Uşaqların atasının adı Teymurdur. Ərizəçinin bu günədək uşaqları üçün sənəd almağa maddi imkanı olmadığı üçün uşaqları məktəbə də gedə bilmirlər.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*4 şahid X* ilə eyni məzmunlu ifadə vermişdir.

8. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Maraqlı şəxs Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 20 fevral 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2005-ci ildə ev şəraitində doğulmuş oğlan, *5.04.2008-ci ildə doğulmuş qız, *2.03.202*-ci ildə doğulmuş oğlan, 20.0*.20*7-ci ildə doğulmuş qız, *7.08.20*9-cu ildə doğulmuş qız, *3.02.2023-cü ildə doğumuş qız, *0.06.20*8-ci ildə doğulmuş oğlan övladlarının doğulmuş uşaqlar Maraqlı şəxs şöbəsində qeydiyyata alınmamışdır.

10. İş materiallarında olan Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Saloğlu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 89 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən Saloğlu qəsəbəsində yaşayır.

11. İş materiallarında olan Ağstafa Rayon Mərkəzi X*3 şəxs tərəfindən verilmiş tibbi arayışdan görünür ki, *7.08.20*9-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8, *3.02.2023-cü il təvəllüdlü X5, *0.06.20*8-ci il təvəllüdlü X9, *2.03.202*-ci il təvəllüdlü X3, 20.0*.20*7-ci il təvəllüdlü X*0, *5.04.2008-ci il təvəllüdlü X6 həkim müayinəsindən keçmişlər.

12. İş materiallarında olan Saloğlu qəsəbəsi sakinləri tərəfindən imzalanmış 27 fevral 2024-cü il tarixli aktdan görünür ki, X*2 ilə onun həyat yoldaşı Ərizəçi evliliyindən onların ev şəraitində yeddi övladları doğulmuşdur. Bunlar *7.08.20*9-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8, *3.02.2023-cü il təvəllüdlü X5, *0.06.20*8-ci il təvəllüdlü X9, *2.03.202*-ci il təvəllüdlü X3, 20.0*.20*7-ci il təvəllüdlü X*0, *5.04.2008-ci il təvəllüdlü X2r.

13. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(0*5)-667/2025 nömrəli qərardadla mülki iş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nə rəy verilməsi üçün göndərilmişdir. Lakin tərəflər təyin olunmuş gün ərzində şöbəyə getməmişlər və ekspertizanın keçirilməsi mümkün olmamışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Ərizəçi Ağstafa rayon Köçvəlili kənd sakini X*2 ilə el adəti ilə ailə qurmuşdur. Tərəflərin birgə nikahından *7.08.20*9-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8, *3.02.2023-cü il təvəllüdlü X5, *0.06.20*8-ci il təvəllüdlü X9, *2.03.202*-ci il təvəllüdlü X3, 20.0*.20*7-ci il təvəllüdlü X*0, *5.04.2008-ci il təvəllüdlü X6 adlı yeddi uşaqları doğulmuşdur. Uşaqlar tibb müəssisəsindən kənarda, ev şəraitində Ağstafa rayonunun Saloğlu qəsəbəsində doğulduğundan, doğum haqqında arayış verilməsi mümkün olmamış və Maraqlı şəxs Şöbəsi uşaqların doğumunu qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nə rəy verilməsi üçün göndərilmişdir. Lakin tərəflər təyin olunmuş gün ərzində şöbəyə getməmişlər və ekspertizanın keçirilməsi mümkün olmamışdır.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

17. Mülki qanunvericilikdə isə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktadoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

20. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

21. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4.4-cü bəndində qeyd olunub ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

23. Göründüyü kimi, Ərizəçi tibb müəssisəsindən kənarda, ev şəraitində yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində *7.08.20*9-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8, *3.02.2023-cü il təvəllüdlü X5, *0.06.20*8-ci il təvəllüdlü X9, *2.03.202*-ci il təvəllüdlü X3, 20.0*.20*7-ci il təvəllüdlü X*0, *5.04.2008-ci il təvəllüdlü X6 adlı ev şəraitində yeddi uşağı doğmuş, bu səbəbdən uşağa doğum haqqında arayış verilməsi mümkün olmamışdır.

24. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.*98*-ci il təvəllüdlü, Ağstafa rayonunun Saloğlu qəsəbəsində qeydiyyatda olan Ərizəçi *7.08.20*9-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8, *3.02.2023-cü il təvəllüdlü X5, *0.06.20*8-ci il təvəllüdlü X9, *2.03.202*-ci il təvəllüdlü X4, 20.0*.20*7-ci il təvəllüdlü X*0, *5.04.2008-ci il təvəllüdlü X6 adlı uşaqları tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək, Aynur adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Aynur”, doğulduğu yer “Ağstafa rayonu Saloğlu qəsəbəsi”, doğulduğu tarix “*7.08.20*9-cü il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi, Vüsal adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Vüsal”, doğulduğu yer “Ağstafa rayonu Saloğlu qəsəbə”, doğulduğu tarix “xx.xx.2005-ci il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi, Elmira adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Elmira”, doğulduğu yer “Ağstafa rayonu Saloğlu qəsəbə”, doğulduğu tarix “*3.02.2023-cü il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi, Supan adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Supan”, doğulduğu yer “Ağstafa rayonu Saloğlu qəsəbə”, doğulduğu tarix “*0.06.20*8-ci il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi, Eysevər adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Eysevər”, doğulduğu yer “Ağstafa rayonu Saloğlu qəsəbə”, doğulduğu tarix “*2.03.202*-ci il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi, Aygün adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Aygün”, doğulduğu yer “Ağstafa rayonu Saloğlu qəsəbə”, doğulduğu tarix “20.0*.20*7-ci il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi, Xədicə adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Xədicə”, doğulduğu yer “Ağstafa rayonu Saloğlu qəsəbə”, doğulduğu tarix “*5.04.2008-ci il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi qeyd edilməlidir.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

26. Həmin Məcəllənin *59.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

27. Qanunvericiliyə əsasən, doğumun qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud doğum faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında doğum haqqında səhadətnamə verməlidir. Bunun üçün doğum faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizə “doğum haqqında şəhadətnamənin verilməsi” hissəsində təmin edilə bilməz.

28. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Qeyd olunan Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

32. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi :

Ərizə qismən təmin edilsin. xx.xx.*98*-ci il təvəllüdlü, Ağstafa rayonunun Saloğlu qəsəbəsində qeydiyyatda olan Ərizəçi *7.08.20*9-cu il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8, *3.02.2023-cü il təvəllüdlü X5, *0.06.20*8-ci il təvəllüdlü X9, *2.03.202*-ci il təvəllüdlü X4, 20.0*.20*7-ci il təvəllüdlü X*0, *5.04.2008-ci il təvəllüdlü X6 adlı uşaqları tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək, Aynur adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Aynur”, doğulduğu yer “Ağstafa rayonu, Saloğlu qəsəbəsi”, doğulduğu tarix “*7.08.20*9-cü il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi, Vüsal adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Vüsal”, doğulduğu yer “Ağstafa rayonu, Saloğlu qəsəbəsi”, doğulduğu tarix “xx.xx.2005-ci il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi, Elmira adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Elmira”, doğulduğu yer “Ağstafa rayonu, Saloğlu qəsəbəsi”, doğulduğu tarix “*3.02.2023-cü il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi, Supan adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Supan”, doğulduğu yer “Ağstafa rayonu, Saloğlu qəsəbəsi”, doğulduğu tarix “*0.06.20*8ci il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi, Eysevər adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Eysevər”, doğulduğu yer “Ağstafa rayonu, Saloğlu qəsəbəsi”, doğulduğu tarix “*2.03.202*-ci il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi, Aygün adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Aygün”, doğulduğu yer “Ağstafa rayonu, Saloğlu qəsəbəsi”, doğulduğu tarix “20.0*.20*7ci il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi, Xədicə adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Bukavazin”, adı “Xədicə”, doğulduğu yer “Ağstafa rayonu, Saloğlu qəsəbəsi”, doğulduğu tarix “*5.04.2008-ci il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X*2” kimi qeyd edilsin. Qətnamə uşaqların doğum akt qeydində müvafiq düzəlişlərin aparılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar