Məhkəmə qərarları › İş №2(015)-684/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-684/2023

20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-684/2023 20.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəflər Ağstafa rayon Notariat Ofisinə və Ağstafa rayon Qeydiyyat şöbəsinə qarşı «qohumluq faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X5 onun bacısı olmaqla qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərəkn bildirdi ki, onun atası X11, anası X8r. Hər ikisi müxtəlif vaxtlarda vəfat etmişlər. Onların birgə yaşadığı dövrdə 10 may 1931-ci il tarixdə X6 və xx xxxxxx 1935-ci il tarixdə o dünyaya gəlmişdir. X3 05 yanvar 2023-cü il tarixdə vəfat etdikdən sonra ondan Ağstafa rayon Sadıqlı kəndində yerləşən Ağstafa rayon Aqrar İstehsalat Komissiyasının 25 noyabr 1997-ci il tarixli 21 saylı qərarı ilə verilmiş 0.14 ha torpaq sahəsi və Ağstafa rayon Aqrar İstehsalat Komissiyasının 25 noyabr 1997-ci il tarixli 21 saylı qərarı ilə verilmiş 0.36 ha trorpaq sahəsi və onun üzərində olan yaşayış evi miras qalmışdır. Həmin ev onun boya-başa çatdığı yurddur. Valideyinləri vəfat etdikdən sonra həmin miras əmlakı mərhum X3 tərəfindən qəbul edilmiş və idarə edilmişdir. X3 ailəli olmamışdır. Hazırda miras əmlakı qəbul edə bilmir. Belə ki, bacısı ilə onun qohumluq faktını təsdiq edən sənədi əldə edə bilmir. Bu səbəbdən də miras əmlakla bağlı sərəncam verə bilmir və hüquqlarını qeydiyyata ala bilmir. Ona görə də xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X5 onun bacısı olamaqla qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı haqqında maraqlı tərəf Ağstafa rayon Notariat Ofisinə və Ağstafa rayon Qeydiyyat şöbəsinə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Lakin Ağstafa rayonu Qeydiyyat Şöbəsinin rəisi Arifə xanım məhkəməyə ərizə göndərək bildirdi ki, işlərinin coxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştrak edə bilməyəcəkdir. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsini rəhbər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1935-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X6 xx.xx.1931-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 352 saylı Ağstafa rayon Notariat kontorunun məktubundan görünür ki, X5 adına miras qalmışdır. Lakin Ərizəçi qohumluq faktını təsdiq edə bilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilmədsi mümkün olmamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 xx.xx.2023-cü ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Ərizəçi barəsində Ağstafa rayon Dövlət Arxivində 119 saylı fonda mühafizə olunan Ağstafa rayon Qeydiyyat şöbəsinin 1935, 1935-1942-ci illərə aid Ağstafa rayon Muğanlı kənd doğum aktı qeydi kitabında vətəndaşınadı aşkarlanmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, X5 barəsində Ağstafa rayon Dövlət Arxivində 119 saylı fondda mühafizə olunan Ağstafa rayon Qeydiyyat şöbəsinin 1929, 1929-1934-cü illərə aid Ağstafa rayon Muğanlı kənd doğum aktı qeydi kitabında vətəndaşın adı aşkarlanmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 vəfat etdikdən sonra qardaşı Ərizəçi qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və 1159.2-ci maddəyə əsasən ikinci növbəli vərəsələr- ölənin bacıları və qardaşları sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Göründüyü kimi xx.xx.1931-ci il tarixdə anadan olmuş, xx.xx.2023-cü ildə vəfat etmiş X6 ərizəçinin bacısı olmuşdur. Hazırki vəziyyətdə ərizəçi onun qanun üzrə vərəsəsi sayılır və əvvəlki növbənin vərəsələri mövcud deyildir. Məhkəmə ərizəçinin izahatın dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutları hərtərəfli araşdırıb hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1931-ci il tarixdə anadan olmuş, xx.xx.2023-cü ildə vəfat etmiş X6 ilə xx.xx.1935-ci il təvəllüdlü Ərizəçi bacıqardaş olmalarına dair qohumluq münasibətlərinin olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1931-ci il tarixdə anadan olmuş, xx.xx.2023-cü ildə vəfat etmiş X6 ilə xx.xx.1935-ci il təvəllüdlü Ərizəçi bacı-qardaş olmalarına dair qohumluq münasibətlərinin olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar