Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-699/2024 02.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı qohumluq münasibəti faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1910-cu ildə Qazax rayonunun (Ağstafa rayonu) Dağ Kəsəmən kəndində anadan olmuş və xx.xx.2003-cü ildə Ağstafa rayonu Dağ Kəsəmən kəndində vəfat etmiş X3 mərhum atası X9 və mərhum bibisi X1 anaları olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, onun mərhum atası X9 05 may 1941-ci ildə, atasının bacısı mərhum bibisi X5 xx.xx.1931-ci ildə və onların anası mərhum X8 1910-cu ildə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşlar. X12 xx.xx.2003-cü ildə Ağstafa rayonu Dağ Kəsəmən kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Həmçinin atası Asif 2014-cü ildə, bibisi Səadət isə 2017-ci ildə vəfat etmişdir. Onun atasının və bibisinin doğum haqqında şəhadətnamələri olmadığı üçün o, məhkəməyə müraciət etmiş, Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə atası ilə bibisinin doğma bacı-qardaş olmaları barədə hüquqi əhəmiyyətli fakt təsdiq edilmiş, lakin Budaqova Havanın onların anası olması barədə fakt qətnamədə göstərilməmişdir. Bu hal da, onun atasından qalmış pay torpağının sənədləşməsində çətinlik yaradır. Ona görə də qeyd etdiklərini nəzərə alıb ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Ağstafa rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Qeyd olunur ki, mülki qanunvericilikdə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktın - yəni qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. İşdə olan sənədlərlə müəyyən olunur ki, ərizəçinin mərhum atası xx.xx.1941-ci il tarixdə anadan olmuş X6 və onun bacısı xx.xx.1931-ci il tarixdə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuş X1 doğumları barədə Qeydiyyat orqanında sənədlər aşkar olmamışdır. İş üzrə sübutlarla, o cümlədən şahid ifadələri ilə fakt kimi müəyyən edilir ki, xx.xx.1941-ci il tarixdə anadan olmuş və 21 iyul 2014-cü ildə ölmüş X9 və xx.xx.1931-ci il tarixdə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuş və 05 may 2017-ci ildə ölmüş X5 doğma bacı-qardaşdırlar, yəni onların hər ikisinin atası Ərizəçi, anaları isə Hava Budaqovadır. Həmin şəxslər Ərizəçi doğma atası və bibisidir. Onların doğma qardaş-bacı olmaları barədə hüquqi əhəmiyyətli fakt Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-227/2024 saylı qətnaməsi ilə təsdiq edilmişdir. Lakin ərizəçi onların analarının 1910-cu ildə Qazax rayonunun (Ağstafa rayonu) Dağ Kəsəmən kəndində anadan olmuş və xx.xx.2003-cü ildə Ağstafa rayonu Dağ Kəsəmən kəndində vəfat etmiş X8 olması barədə rəsmi sənədləri başqa qaydada əldə edə bilmir. Onların analarının Hava Budaqova olması barədə rəsmi sənədlər isə ərizəçinin miras qalmış torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iş üzrə ərizəçi onun həm qohumu, həm də qonşusudur. Onun X12dır. Havanın övladları Budaqov Asif və Budaqov Asif olmuşdur. Digər uşaqları da vəfat etmişdir. Hal-hazırda Havanın yaşadığı evdə nəvəsi Ərizəçi yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan JN-1154, KOD 50200028 torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünürü ki, Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000-ci il tarixli qərarı ilə X7 və onun ailə üzvlərinin adına Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisindən 1,25 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-227/2024 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi mərhum bibisi X5 ilə qohumluq faktı, yəni, Ərizəçi mərhum atası X6 və mərhum X1 döğma qardaş və bacı olmaları fakt kimi müəyyən edilmişdir. İş materiallarında olan Ağstafa Rayon Notariat Ofisi tərəfindən ərizəçiyə ünvanlanmış məktubdan görünür ki, ərizəçi X7 məxsus miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün lazımi sənədləri təqdim etmədiyindən tələbi təmin olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və 1159.5-ci maddəyə əsasən beşinci növbəli vərəsələr- xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları sayılır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Göründüyü kimi Ərizəçi mərhum atası X6 və mərhum X1 doğma qardaş və bacı olmaları barədə hüquqi əhəmiyyətli faktı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(104)-227/2024 saylı qətnaməsi ilə təsdiq olunmuş, həmin qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə kassasiya şikayəti verilmədiyindən qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilən qətnamədə isə onların analarının Hava Budaqova olması müəyyən olunmuşdur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, 1910-cu ildə Qazax rayonunun (Ağstafa rayonu) Dağ Kəsəmən kəndində anadan olmuş və xx.xx.2003-cü ildə Ağstafa rayonu Dağ Kəsəmən kəndində vəfat etmiş X3 ərizəçinin atası X9 və mərhum bibisi X1 anaları olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 307 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. 1910-cu ildə Qazax rayonunun (Ağstafa rayonu) Dağ Kəsəmən kəndində anadan olmuş və xx.xx.2003-cü ildə Ağstafa rayonu Dağ Kəsəmən kəndində vəfat etmiş X3 ərizəçinin atası X9 və mərhum bibisi X1 anaları olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-699/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-699/2024
02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver