Məhkəmə qərarları › İş №2(015)-704/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-704/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-704/2023 11.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə, doğumun qeydə alınması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi oglu 5 iyun *96*- ci il tarixdə Qazax rayonunun Yenikənd kəndində anadan olmuşdur. Həmin dövrdə kəndin rayon mərkəzi ilə əlaqəsi çox çətin olduğundan o, xəstəxanada deyil kəndə şəxsi evlərində anadan olmuşdur. Ona məlum olmayan səbəblərə görə zamanında onun doğulmağı barədə qeydiyyat şöbəsinə məlumat verilmədiyindən adına doğum haqqında şəhadətnamə verilməmişdir. *968- ci ildə Yenikənd kənd orta məktəbinin *ci sinfinə getmişdir. Həmin ərəfədə də ondan doğum haqqında şəhadətnamə tələb edilməmişdir. *976-cı ildə məktəbin 8-ci sinfində oxuyan zaman Qazax rayon Hərbi Komissarllığına qeydiyyata düşərkən ondan doğum haqqında şəhadətnamə istənilmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Qazax rayon X6 Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin Şöbədə doğum haqqında şəhadətnamənin alınması üçün xeyli sayda sənədin toplanaraq təqdim edilməsi bildirilmişdir. Həmin vaxt, yəni *976-cı ildə onun Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) vətəndaşı kimi pasport almağı üçün * (bir) yaşı çatmırdı. Azərbaycan SSR-nin qanunvericiliyinə görə vətəndaş pasportu *6 yaşı çatmış şəxslərə verilirdi. Təklif edildi ki doğum tarixini * (bir) yaş artırmaqla (yəni 05 iyun *96*- ci il deyil, 05iyun *960- cı il olaraq) doğum haqqında şəhadətnamə olmadan bir başa Azərbaycan SSR-nin vətəndaş pasportunu vermək olar. Elə də etdilər atasının kostyumunda onun pasport üçün şəkli çəkildi və doğum tarixini xx xxxx *960-cı il qeyd etməklə Azərbaycan SSR-nin vətəndaş pasportu verildi. *976-cı ildə Qazax rayon hərbi komissarlığında hərbi qeydiyyata düşmüşdür. Ali təhsilli pedaqoq olduğuna və təyinatla Sabirabad rayonunun Yolçubəyli kənd orta məktəbində müəllim işlədiyinə görə 20 may *988-ci il tarixdə Sabirabad rayon Hərbi komissarlığı tərəfindən ona H3 №5739276 nömrəli hərbi bilet verilmiş və həmin hərbi biletdə də doğum tarixi 5 iyun *960-cı il kimi göstərilmişdir. Hal-hazırda doğum haqqında akt qeydinin olmaması səbəbindən doğum haqqında şəhadətnamə tələb edilən bütün işlərdə onun kostitusion hüquqları pozulur. Doğum haqqında akt qeydinin olmaması səbəbindən o barəsində Ağstafa rayonunun VVAQ Şöbəsinə, eləcə də doğum haqqında şəhadətnamə tələb edən heç bir müəssisəyə müraciət edə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və eyni zamanda izahatında göstərdi ki, doğum haqqında şəhadətnaməsinin olmaması onun hüquqlarını həyata keçirilməsinə maneələr törədir. Ona görə də, ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirib, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs məktuubundan görünür ki, Ərizəçi Ağstafa rayon qeydiyyat şğbəsinin arxivində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, ərizəçi onun dostudur. Dostu 05 iyun *96*-ci il tarixində Qazax rayonu Yenikənd kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X* ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Qardaşı 05 iyun *96*-ci il tarixində Qazax rayonu Yenikənd kəndində doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.*-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə görə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 309.*-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, doğum akt qeydi bərpa edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Doğumun qeydə alınması faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ərizəçi 05 iyun *96*-ci il təvəllüdlü Ərizəçi ata qrafasında milliyyəti azərbaycanlı olan *933-cü ildə anadan olmuş X3, ana qrafasında - milliyyəti azərbaycanlı olan *928-ci ildə anadan olmuş X5 qeyd edilməklə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar