Məhkəmə qərarları › İş №2(015)-729/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-729/2025

29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-729/2025 29.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.*96*-ci ildə Ermənistanın Subatan kəndində doğmağının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamə verilməsinin, ata adının “İspi” kimi, yəni “X*0” kimi qeyd edilməs, atasının X8, anasının X2 olmaları faktının müəyyən edilməsini və doğum akt qeydinin bərpa olunmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.*96*-ci il tarixdə Ermənistanın Subatan kəndində anadan olmuşdur. X5 anası X4 olmuşdur. O, valideynləri tərəfindən Ermənistanda yaşayarkən doğum haqqında şəhadətnamə almamışdır. Məlum hadisələrlə bağlı onlar qaçıb Ağstafa rayonu Xətai kəndində məskunlaşmışlar. Doğum haqqında şəhadətnamələrdən görünür ki, atasının adı “İspi” olmasına baxmayaraq şəxsiyyət vəsiqəsində “İsmi” kimi qeyd edilmişdir. Bundan başqa doğum tarixi xx.xx.*96*-ci il olmasına baxmayaraq doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində XX.XX.*96*-ci il kimi qeyd edilmişdir. Maraqlı şəxs verdiyi *2 mart 2025-ci il tarixli məktubdan da görünür ki, sənədlərdə ziddiyyət olduğuna və kifayət qədər əsas olmadığına görə doğum akt qeydinin bərpası mümkün olmamışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzrlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçini məlum səbəblərdə Ağstafa rayon ərazisinə yerləşəndən bu günə kimi tanıyır. Ərizəçinin atasını adı həqiqətən İspidir. Bəzi sənədlərdə səhv yazılmışdır. Ərizəçi dörd bacı bir qardaş olmuşlar.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir.

7. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış *2 mart 2025-ci il tarixli məktubdan görünür ki, doğum və nikah haqqında şəhadətnamələrdə ata adı İspi kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində ata adı İsmidir. Sənədlərdə ziddiyyət olduğuna və kifayət qədər əsas olmadığına görə doğum haqqında akt qeydi bərpa edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.

9. İş materiallarında olan Ermənistan SSR tərəfindən verilmiş, X*2 ilə X6 nikah haqqında şəhadətnaməsindən görünür ki, ərizəçini adı “X*0” kimi yazılmışdır.

10. İş materiallarında olan Ermənistan SSR tərəfindən verilmiş, doğum haqqında şəhadətnamələrdən görünür ki, ərizəçi *96*-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonu Subatan şəhərində anadan olmuşdur.

11. İş materiallarında olan Ağstafa rayon Polis şöbəsi tərəfindən məhkəməyə ərizəçinin fərdi uçot kartoçkası təqdim edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. İş üzrə Ərizəçi həqiqətən xx.xx.*96*-ci ildə Ermənistan SSR-nin Vardenis rayonu Subatan şəhərində anadan olmuşdur. Ərizəçi Maraqlı şəxsnə doğum haqqında arayış verilməsi üçün müraciət etsə də mümkün olmamışdır. Maraqlı şəxs ərizəçinin doğumunu qeydə almaqdan imtina etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

15. Mülki qanunvericilikdə isə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktadoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

18. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

19. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4.4-cü bəndində qeyd olunub ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

21. Göründüyü kimi, Ərizəçi Ermənistan SSR-nin Vardenis rayonu Subatan şəhərində xx.xx.*96*-ci il tarixdə doğulmuşdur. Lakin məlum olmayan səbəblərdən ərizəçinin doğum akt qeydində yanlışlıq olmuşdur. Hazırda ərizəçinin doğum akt qeydinin bərpa olunması mümkün olmamışdır.

22. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.*96*-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonu Subatan şəhərində doğulması, Ermənistandan məlum hadisələrlə bağlı qaçqın düşdüyündən doğum akt qeydinin mövcud olmaması, ona məxsus fərdi uçot kartoçkasında onun *96*-ci ildə Ermənistan SSR-nin Vardenis rayonu Subatan şəhərində anadan olması, ata qrafasında X*3, ana qrafasında X* qeyd edilməsi, lakin doğum vəsiqəsində onun XX.XX.*96*-ci ildə Ermənistan SSR-nin Vardenis rayonu Subatan şəhərində anadan olması, ata qrafasında X*3, ana qrafasında X* qeyd edilməsi, valideynlərinin hər ikisinin vəfat etməsi, hazırda ərizəçinin doğum akt qeydi bərpa olunaraq doğum haqqında şəhadətnamədə doğum tarixinin və ata adının düzgün qeyd edilməsi zərurətinin yaranması, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizə təmin edilməli, Ərizəçi doğum akt qeydi bərpa edilərək, onun xx.xx.*96*-ci ildə Ermənistan SSR-nin Vardenis rayonu Subatan şəhərində anadan olması faktı təsdiq edilməklə, ata qrafasında X*3, ana qrafasında X* qeyd edilməlidir.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

24. Həmin Məcəllənin *59.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

25. Qanunvericiliyə əsasən, doğumun qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud doğum faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında doğum haqqında səhadətnamə verməlidir. Bunun üçün doğum faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizə “doğum haqqında şəhadətnamənin verilməsi” hissəsində təmin edilə bilməz.

26. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Qeyd olunan Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

30. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi doğum akt qeydi bərpa edilərək, onun xx.xx.*96*-ci ildə Ermənistan SSRnin Vardenis rayonu Subatan şəhərində anadan olması faktı təsdiq edilməklə, ata qrafasında X*3, ana qrafasında X* qeyd edilsin. Qətnamə doğum akt qeydində müvafiq düzəlişlərin aparılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar