Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-731/2025 03.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 Ağstafa rayonu Pirili kəndində yerləşən yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi, cavabdehə məxsus əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi Nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin azadılması barədə barədə ərizə təqdim edib bildirmişdir ki, nümayəndəsi olduğu İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi və cavabdehin ona məxsus əşyalarla birlikdə evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdeh könüllü olaraq əşyalarını evdən çıxartmışdır. Ona görə də cavabdehin soyadının “Fəxrətova” kimi göstərilərək Cavabdeh Ağstafa rayonu Pirili kəndində yerləşən İddiaçı məxsus olan yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Ağstafa rayonu Pirili kəndində yaşayış evi vardır. Həmin yaşayış evi tam həcmdə onun adına qeydiyyata alınmışdır. Lakin torpaq sahəsi paylı mülkiyyət olduğundan torpağın 1/5 hissəsi onun mülkiyyətindədir. Cavabdeh anası Tünzalə adlı şəxslə 1991-ci il tarixdə onun yaşayış evinə köçüb yaşamışdırlar. Tünzalə 2007-ci il tarixdə vəfat etdikdən sonra Aynurə İsmayıl qızı X3 köçmüş və bu günədək orada yaşayır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, o, ailəsi ilə birlikdə Dağ Kəsəmən kəndində başqa bir evdə yaşayır. Hal-hazırda mübahisə edilən evi anası ona hədiyyə etmişdir. O evdə qardaşının ailəsi və uşaqları yaşayır. Cavabdehlərin ona məxsus evdən çıxarılmasını istəyir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlarla eyni məzmunlu ifadə verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə iddianın nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli fərdi yaşayış evinin texniki pasportun və xx.xx.2025-ci il tarixli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Pirili kəndində yerləşən 127.9 kv.m olan fərdi yaşayış evi **********05-10301 reyestr nömrəsi ilə fərdi yaşayış evi tam, ümumi sahəsi 0,3 ha olan 1/5 torpaq sahəsi hissəsində İddiaçı adına, 1/5 torpaq sahəsi hissəsində Nümayəndə, 1/5 torpaq sahəsi hissəsində X1, 1/5 torpaq sahəsi hissəsində X2 və 1/5 torpaq sahəsi hissəsində X5 adına qeydiyyata alınmışdır. İş materiallarından və iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, iddiaçı cavabdehin yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsini məhkəmədən tələb edir. Halbuki, torpaq sahəsi və yaşayış evinin yerləşdiyi torpaq sahəsində cavabdehin paylı mülkiyyət hüququ vardır. Belə ki, həmin torpaq sahəsinin 1/5 hissəsində cavabdehin payı vardır. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Göründüyü kimi mülki qanunverciliyin tələblərinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Lakin, iddiaçı isə öz payının ayrılmasını tələb etməmişdir. Bundan başqa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülkiyyətçi kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. İddiaçı isə öz payının naturada ayrılmasını, əgər payın naturada ayrılmasına yol verilmədiyi təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini və ya cavabdehə kompensasiya verilməsi yolu ilə paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. İşin hallarından görünür ki, mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində cavabdehin 1/5 hissəsində paylı mülkiyyət hüququ vardır. İddiaçı isə öz payının naturada ayrılmasını, əgər payın naturada ayrılmasına yol verilmədiyi təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini və ya cavabdehə kompensasiya verilməsi yolu ilə paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etməmişdir. Hazırki vəziyyətdə iddianın təmin olunması isə cavabdehin dövlət tərəfindən tanınan və qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.3-cü maddəsinə görə, istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; MM-nin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının öz payının naturada ayrılması, əgər payın naturada ayrılmasına yol verilmədiyi təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini və ya cavabdehə kompensasiya verilməsi yolu ilə paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-731/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-731/2025
03.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver