Məhkəmə qərarları › İş №2(015)-76/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-76/2024

08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-76/2024 08.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 4 saylı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində 682 nömrəli akt qeydinə əsasən bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 4 saylı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində 682 nömrəli akt ilə rəsmiləşdirərək evlənmiş, həmin nikahdan övladları olmamışdır. Cavabdeh ilə ailə qurduqdan sonra mehriban yaşamış, son zamanlar qısqanclıq zəminində ailə münasibətlərində problemlər yaşanmış, cavabdeh xx.xx.2023-cü il tarixdən evi tərk edərək anası evinə getmişdir. Bu da ailə münasibətlərinin pozulmasına və tamamilə bitməsinə səbəb olmuşdur. Cavabdehlə həmin tarixdən ayrı yaşayırlar. Ona görə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında tərəflər iştirak etməmişlər. İş üzrə cavabdeh məhkəməyə nikahın pozulması haqqında şəhadətnamə göndərərək bildirmişdir ki, artıq onların arasında olan nikah münasibətlərinə hər iki tərəfin razılığı ilə qeydiyyat şöbəsində xitam verilmişdir. Məhkəmə cavabdehin məhkəməyə göndərdiyi şəhadətnaməni və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah münasibətlərinə xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün "xxxx" ASC-nin ödəniş terminalı vasitəsilə GPP ********** qəbz nömrəsi ilə büdcə səviyyə kodu 142213 saylı hesaba 50 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, tərəflər arasında olan nikah münasibətlərinə məhkəmədənkənar qaydada xitam verildiyindən İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 261, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün "xxxx" ASC-nin ödəniş terminalı vasitəsilə GPP ********** qəbz nömrəsi ilə büdcə səviyyə kodu 142213 saylı hesaba ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar