Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-794/2024 24.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X*2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax rayon sakini X8 ilə birgə yaşadığı dövrdə *9.*2.2009-cu il tarixdə bir qız, **.0*.202*-ci il tarixdə bir oğlan və xx.xx.2022-ci il tarixdə bir oğlan övladının Ağstafa rayonu Saloğlu qəsəbəsində ev şəraitində doğmasının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, o, 20*3-cü il tarixdə Yevlax rayon sakini X8 ilə qeyri rəsmi qaydada ailə həyatı qurmuşdur. Onunla birgə yaşadığı dövrdə 4 övlad dünyaya gətirmişdir. Belə ki, Qulamov Ceyhun ilə birgə yaşadıqları dövrdə *9.*2.20*9-cu il tarixdə Elif, **.0*.202*-ci il tarixdə Rza və xx.xx.2022-ci il tarixdə Maqsum adlı uşaqları Ağstafa rayonu Saloğlu qəsəbəsində ev şəraitində dünyaya gətirmişdir. Uşaqlarından 08.03.20*4-cü il tarixdə anadan olmuş X* doğum haqqında şəhadətnaməsini əldə etsə də, digər 3 övladının doğum haqqında şəhadətnaməsini səhlənkarlıq edib əldə edə bilməmişdir. Qulamov Ceyhun hazırda Yevlax rayonunda, o, isə uşaqları ilə birlikdə Ağstafa rayonu Saloğlu qəsəbəsində yaşayır. Ona görə də qeyd etdiklərini nəzərə alıb ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzürlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Mülki qanunvericilikdə isə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktadoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08 mart 20*4-cü il tarixdə Yevlax rayonunda doğulmuş, atası X9, anası Ərizəçidır. İş materiallarında 3 may 2024-cü il tarixli, *8-*-24/3-348/2024 nömrəli tibbi arayışdan görünür ki, Ağstafa rayonu Saloğlu qəsəbəsində qeydiyyatda olan *9.*2.20*9cu il təvəllüdlü X*0 xx.xx.2024-cü il tarixdə həkim müayinəsindən keçərək “praktiki sağlamdır”. İş materiallarında 3 may 2024-cü il tarixli, *8-*-24/3-348/2024 nömrəli tibbi arayışdan görünür ki, Ağstafa rayonu Saloğlu qəsəbəsində qeydiyyatda olan **.0*.202*ci il təvəllüdlü X** xx.xx.2024-cü il tarixdə həkim müayinəsindən keçərək “praktiki sağlamdır”. İş materiallarında 3 may 2024-cü il tarixli, *8-*-24/3-348/2024 nömrəli tibbi arayışdan görünür ki, Ağstafa rayonu Saloğlu qəsəbəsində qeydiyyatda olan xx.xx.2022-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə həkim müayinəsindən keçərək “praktiki sağlamdır”. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 02 may 2024cü il tarixli məktubdan müəyyən edilir ki, onun ərizəsində qeyd etdiyi *9.*2.20*9-cu ildə ev şəraitində doğulmuş qız, **.0*.202*-ci ildə doğulmuş oğlan və xx.xx.2022-ci ildə doğulmuş oğlan övladlarının doğumu Maraqlı şəxsndə qeydiyyata alınmamış, uşaqların doğum qeydiyyatının aparılması üşağın tibb müəssisəsində doğmasını təsdiq edən sənəd və ya doğuma kömək göstərmiş həkimin verdiyi sənəd olmadığı üçün qeydiyyat şöbəsində doğumun qeydiyyat aparılması mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iş üzrə ərizəçi X8 ilə birgə evliliklərindən *9.*2.20*9-cu il tarixdə Elif, **.0*.202*-ci il tarixdə Rza və xx.xx.2022-ci il tarixdə Maqsum adlı uşaqları Ağstafa rayonu Saloğlu qəsəbəsində ev şəraitində doğmuşdur və həmin uşaqlar hal-hazırda ərizəçi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X4 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə Ərizəçi 20*3-cü ildə X7 ilə qeyri rəsmi qaydada ailə qurmuş, onların birgə yaşadıqları dövrdə 08.03.20*4-cü il tarixdə Fidan, *9.*2.20*9-cu il tarixdə Elif, **.0*.202*-ci il tarixdə Rza və xx.xx.2022-ci il tarixdə Maqsum adlı 4 uşaqları anadan olmuşdur. Fidan adlı uşağa doğum haqqında şəhadətnamə alınmış, Elif, Rza və Maqsum adlı uşaqlar isə tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində doğulduğundan, doğum haqqında arayış verilməsi mümkün olmadığından Maraqlı şəxs uşaqların doğumunu qeydə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4.4-cü bəndində qeyd olunub ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi Ərizəçi tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində *9.*2.20*9-cu il tarixdə Elif, **.0*.202*-ci il tarixdə Rza və xx.xx.2022-ci il tarixdə Maqsum adlı 3 uşaq doğmuş, bu səbəbdən uşaqlara doğum haqqında arayış verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Ona görə də məhkəmə hesab edir ki, uşağa doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı iddiaçının soyadına uyğun, ata qrafası isə iddiaçının göstərişi üzrə yazılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx xxxxxx *994-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Ağstafa rayonunun Saloğlu qəsəbəsində qeydiyyatda olan Ərizəçi *9.*2.20*9-cu il tarixdə Elif, **.0*.202*-ci il tarixdə Rza və xx.xx.2022-ci il tarixdə Maqsum adlı uşaqları tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək, Elif adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Həmidova”, adı “Elif”, doğulduğu yer “Ağstafa rayonunun Saloğlu qəsəbəsi”, doğulduğu tarix “*9 dekabr 20*9-cu il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə, Rza adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Həmidov”, adı “Rza”, doğulduğu yer “Ağstafa rayonunun Saloğlu qəsəbəsi”, doğulduğu tarix “** yanvar 202*-ci il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə, Maqsum adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Həmidov”, adı “Maqsum”, doğulduğu yer “Ağstafa rayonunun Saloğlu qəsəbəsi”, doğulduğu tarix “07 iyun 2022-ci il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə qeyd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin *59.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qanunvericiliyə əsasən, doğumun qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud doğum faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında doğum haqqında səhadətnamə verməlidir. Bunun üçün ölüm faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizə “doğum haqqında şəhadətnamənin verilməsi” hissəində təmin edilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci, 307 və 3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə qismən təmin edilsin. xx xxxxxx *994-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Ağstafa rayonunun Saloğlu qəsəbəsində qeydiyyatda olan Ərizəçi *9.*2.20*9-cu il tarixdə Elif, **.0*.202*-ci il tarixdə Rza və xx.xx.2022-ci il tarixdə Maqsum adlı uşaqları tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək, Elif adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Həmidova”, adı “Elif”, doğulduğu yer “Ağstafa rayonunun Saloğlu qəsəbəsi”, doğulduğu tarix “*9 dekabr 20*9-cu il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə, Rza adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Həmidov”, adı “Rza”, doğulduğu yer “Ağstafa rayonunun Saloğlu qəsəbəsi”, doğulduğu tarix “** yanvar 202*-ci il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə, Maqsum adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Həmidov”, adı “Maqsum”, doğulduğu yer “Ağstafa rayonunun Saloğlu qəsəbəsi”, doğulduğu tarix “07 iyun 2022-ci il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə qeyd edilsin. Qətnamə doğum qeydiyyatının aparılması və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-794/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-794/2024
24.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver