Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-8/2023 28.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağstafa rayonu Dağkəsəmən Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi və əqdin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2, üçüncü şəxslər Ağstafa rayonu Dağkəsəmən Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi və əqdin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006-cı il tarixli, 391 nömrəli torpaqların alqı-satqısına dair aktla, Ağstafa rayon Dağkəsəmən Bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 29 nömrəli qərarı ilə, kassa mədaxil orderinin qəbzi və torpaq sahəsinin planölçüsü yerquruluşu planından çıxarışla 2006-cı ildən ona məxsus olan koordinatları X.41.101100, Y.45.387035 olan 0.04 hektar torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş, toyuq hini tikdirmiş və həmin vaxtdan da fasiləsiz olaraq istifadə edərək əkin-biçin edir. Onu Cavabdeh2 məhkəməyə verdikdən sonra, qətnamə əsasında rəsmi qaydada ərizə ilə xx.xx.2021-ci il tarixdə Ağstafa Rayon Məhkəməsinə müraciət etdikdən sonra, sənədləri poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə aldıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh Rəfail Qəhrəmanov onun adına qərar, akt və plan-ölçü ilə verilmiş 0.04 hektar torpaq sahəsinin bir hissəsini öz adına çıxarış alarkən rəsmiləşdirmiş və onun torpaq sahəsini öz sənədləri daxilində göstərmişdir. Həmin dövrdə onların arasında dəmir setka tor olmuş və onun toyuq hini olmuşdur. Rəfail Qəhrəmanov öz adına olan torpaq sahəsinin enini qısaldaraq, torpaq sahəsini sənəd üzərində uzunluğunu artıraraq, onun torpaq sahəsini öz adına irəsmiləşdirmiş və enindən qısaltdığı torpaq sahəsini (əslində özünün adına verilmiş torpağı) də faktiki olaraq öz torpağı kimi istifadə etmişdir. Belə ki, Ağstafa rayon Dağkəsəmən Bələdiyyəsinin müvafiq qərarı ilə 0.04 ha torpaq sahəsi ona ayrılmışdır. Ona indi məlum olmuşdur ki, iddiaçının 475 kv.m torpaq sahəsinin aldığı X2 adına torpaq sahəsinə dair çıxarış və texniki pasport rəsmiləşdirilərkən qanunsuzluğa yol verilmişdir. Belə ki, ona xx.xx.2021-ci il tarixdə bir nəfərin deməsinə görə Bələdiyyənin qərarı ilə Cavabdeh1 adına ümumilikdə 1.200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin 1.200 kv.m torpaq sahəsinin əslində 400 kv.m torpaq sahəsi ona məxsus torpaq sahəsinə bitişik torpaq sahəsindən, digər 800 kv.m torpaq sahəsi isə ona yaxın torpaq sahəsindən bölünmüşdür. Ancaq, Cavabdeh1 həmin torpaq sahəsini 475 və 725 kv.m kimi bölmüşdür. Həmin 475 kv.m torpaq sahəsini qanunsuz yollarla həm 400 kv.m-dən artıq olan 75 kv.m torpaq sahəsini ona məxsus torpağın üzərinə vurdurmuş, həm də plan-ölçü sənədini, torpağın enini faktiki ayrılmış enini sənəd üzərində qısaldaraq, uzununu uzadıb, onun torpağına vurdurmaqla və torpağın enini qısaldaraq, uzununa onun torpaq sahəsi üzərinə koordinatlarını vurdurmuşdur. Bu yolla faktiki istifadə etdikləri torpaq sahəsinə dair deyil, onun torpaq sahəsinə dair öz adına çıxarış və texniki pasport almışdır. Bunları edərkən aralarında dəmir setka və onun tikdirdiyi toyuq hini olmuşdur. Belə olan da DƏDRX-nin əməkdaşının tərtib etdiyi plan-ölçü və texniki pasport da qanunsuzdur. Həmin çıxarışın da əsasında alqı-satqı edilmiş və çıxarış alınmışdır. Həmin 725 kv.m torpaq sahəsinin əvəzində 800 kv.m torpaq sahəsini istifadə edirlər. Bu yolla Rəfail Qəhrəmanov aldığı 1.200 kv.m torpaq sahəsinin əvəzində 1.500 kv.m-ə yaxın torpaq sahəsindən istifadə edir. Təbi ki, bu zaman onun torpaq sahəsinə sahiblənmək istəyirlər və onun torpağını əlindən almaq istəyirlər. O, torpaq sahəsinə dair çıxarışı Rəfail Qəhrəmanovdan öncə almadığından onun torpaq sahəsinin üzərində sənəd rəsmiləşdirmişlər. Rəfail Qəhrəmanov bundan sonra həmin 475 kv.m torpaq sahəsinə dair öz adına çıxarış almışdır. Həmin çıxarış əsasında isə 02 mart 2021-ci il tarixdə Cavabdeh2 ilə torpaq sahəsinin alqı-satqısına dair Ağstafa rayon Notariat Ofisində 4Ə-118 nömrəli müqavilə bağlamışlar. Həmin müqavilə əsasında Cavabdeh2 xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarış almışdır. Həmin çıxarış əsasında Cavabdeh2 ona qarşı Ağstafa Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia əsasında qəbul edilmiş qətnamədən o, apelyasiya şikayəti vermişdir. O, həmin iş üzrə sənədləri alanda qeyd etdiyi hallar ona məlum olmuşdur. Cavabdeh Rəfail Qəhrəmanovun adına 475 kv.m torpaq sahəsinə dair çıxarış və plan ölçü işlənərkən qanunsuzluğa yol verilmiş və onun torpaq sahəsinin 400 kv.m-in sahəsi qanunsuz olaraq artırılaraq, 475 kv.m etmişlər və həmin 475 kv.m torpaq sahəsinin (əslində 400 kv.m olmalı idi) enini qısaldaraq, uzunluğunu uzatmış və onun torpaq sahəsi öz adına rəsmiləşdirmiş və enində qalan (əslində öz torpağını) torpaq sahəsini də faktiki olaraq, zəbt etmişdir. Bundan sonra Rəfail Qəhrəmanov həmin çıxarış əsasında hüquqi nəticələrini mübahisələndirdiyi hərəkətləri etmişlər. Ümumiyyətlə onların torpaq sahələri 800 kv.m ölçüdə olmuşdur və həmin ölçü daxilində də bölgü aparılmış və satılmışdır. Həmin 800 kv.m torpaq sahəsinin təxmini uzunluğu 48.48 metr olmaqla, eni isə 16.50 metr olmuşdur. Həmin torpaq sahəsi isə 2 yerə bölünməli idi. Yarısı onun, digər yarısı isə cavabdeh Rəfail Qəhrəmanovun. Ümumiyyətlə 400 kv.m torpaq sahəsində 475 kv.m torpaq sahəsini yerləşdirmək nə texniki cəhətdən mümkün deyil, nə də fiziki bölgü əsasında mümkün deyildir. Cavabdeh isə onun torpaq sahəsinin bir hissəsini öz adına sənədləşdirmişdir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Ona görə də cavabdeh X1 Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair verilmiş çıxarış və texniki pasportun onun torpaq sahəsinə dair verilmiş hissəsində etibarsız hesab edilməsi, həmin çıxarışın hüquqi nəticələrinin ləğv edilməsi, həmin çıxarış əsasında cavabdehlər X4 ilə Cavabdeh2 arasında bağlanılmış 02 mart 2021-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair Ağstafa rayon Notariat Ofisində 4Ə-118 nömrəli müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın və texniki pasportun onun torpaq sahəsinə dair verilmiş hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirib iş üzrə yekun məhkəmə qətnaməsinin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin nümayəndəsi isə ərizə göndərərək məhkəmə iclasnda iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan seriya № ******* olan Azərbaycan Respublikası Əmlak Məsələləri Yanında Daşınmaz Əmlakın 02 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X4 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini Cavabdeh2 satmışdır. İş materiallarında olan Ağstafa Rayonu Dağkəsəmən Bələdiyyəsinin 06 oktyabr 2006cı il tarixli qərarından görünür ki, İddiaçı Dağkəsəmən Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.04 ha torpaq sahəsi satılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2092 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-383/2023 saylı mütəxəsis rəyinə əsasən aşağıdakı gəstərilənlər müəyyən edilmişdir. Qərardadın 1,2,3-cü sualları üzrə İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsi GPS ölçmə aləti vasitəsi ilə ölçülmüş və 211 kv.m-ə İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 211-kv.m-ə qədər hissəsi ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir”. Göründüyü kimi, iddiaçının çıxarışının ləğv edilməsini və qədin etibarsız hesab edilməsini tələb etdiyi torpaq sahəsi cavabdeh ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh2 mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev ilkin qeydiyyatdan cavabdehin adına keçdiyindən, hazırda isə həmin ev tam şəkildə deyil, evin yalnız “A” tikilisi cavabdehin mülkiyyətində olduğundan, o cümlədən, iddiaçının qeyd edilən evə dair hər hansı hüququnun olması müəyyən edilmədiyindən, iddiaçının mübahisəli evə dair verilmiş çıxarışın ləğv edilməsini və evə payın müəyyən edilməsini tələb etmək hüquqları olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Azərbaycan Respublikasının qanunvericiliyi isə evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan evə dair verilmiş çıxarışın ləğv edilməsini və evə payın müəyyən edilməsini tələb etmək hüququnu ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Qeyd edilən Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi, alqı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının və ya ləğvinin əsasları müəyyən olunmadı. Buna görə də iddia əsassızdır. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilələrin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilələr tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Digər tərəfən, iddia tələbindən də göründüyü kimi, iddiaçı bir tərəfdən alqı-satqı müqavilələrinin “etibarsız hesab edilməsi”ni, digər tərəfdən isə həmin müqavilənin “ləğv edilməsi”ni xahiş edir. Halbuki, müqavilənin etibarsız hesab edilməsi ilə müqavilənin ləğv edilməsi ayrı-ayrı anlayışlardır. Digər tərəfdən, məhkəmə araşdırması zamanı mübahisəli evə dair verilmiş çıxarışın ləğv edilməsinə əsas olmuş hallar da müəyyən edilmədi. Bundan əlav,ə iddiaçının iddia ərizəsində göstərdikləri, habelə evə onun tərəfindən 25.000 manat məbləğində pul vəsaitinin sərf edilməsi məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilmədi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinn əsası kimi istinad etdiyi hallar işin hər hansı halı ilə subut olunmadığından, iddia tələbi də təmin edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər üçüncü şəxslər Ağstafa rayonu Dağkəsəmən Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi və əqdin ləğv edilməsi» tələbinə dair ərizəsi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Məhkəmə qərarları › İş №2(015)-8/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-8/2023
28.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver