Məhkəmə qərarları › İş №2(015)-852/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-852/2024

17.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-852/2024 17.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X31 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Türkən Qoşqar qızı Hüseynlinin katibliyi, İddiaçı, Cavabdeh2, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı X24 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, maraqlı tərəf Ağstafa rayon Notariat Ofisinə, üçüncü şəxslər X11 və X7 qarşı miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakın paylara uyğun şəkildə bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı X28 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qayınanası X16, mərhum əri X3, mərhum oğlu X12, mərhum qızı X4 miras qalmış Ağstafa rayonu Xətai kəndində yerləşən torpaq sahəsinin vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və miras əmlakın vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X28 iddiasını onunla əsaslandırmışdır ki, mərhum qayınanası X26 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Onun yeganə varisi olmuş oğlu X13 onun əri xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mərhum qayınanası X21, mərhum əri X8, mərhum oğlu X22, mərhum qızı X9 Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Ağstafa rayonu Xətai kəndi ərazisindən 0,06 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN 752B kod 50208018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin miras əmlak tərəfindən qəbul edilmiş və qəbul edilməsi şəksiz nümayiş etdirilmişdir. Amma cavabdehlər vərəsəlik işinin açılmasına etiraz edərək mübahisə yaratmışlar. Bu səbəbdən o, birinci növbəli vərəsə kimi mərhum qayınanası X16, mərhum əri X3, mərhum oğlu X12, mərhum qızı X4 miras qalmış əmlakdan payını istəyir. Belə ki, mərhum qızı X17 ailə həyatı qurmamış, cavabdehlər isə mərhum oğlu X15 həyat yoldaşı və övladlarıdır. Cavabdehlər miras əmlaklarla sərəncam verməsinə maneələr yaradır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlər ilə eyni məzmunlu ifadə verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 mirasdan onlara düşən payın övladlarının adına keçməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, mirasdan onlara düşən payı istəyir. Belə ki, o, 2015-ci ildən təhsili ilə bağlı Bakı şəhərinə köçmüş, 2015-ci ildə hərbi xidmətə getmişdir. Eyni zamanda mübahisəli torpaq sahəsində abadlaşma, quruculuq, əkin tikin meyvələrin sulanması ağacların sulanması işlərində iştirak etmişdir. Ona görə də, mərhum atası X10 miras qalmış əmlakın onun adına keçməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahatında göstərmişdir ki, mirasdan onlara düşən payı istəyir. Belə ki, o, mübahisəli torpaq sahəsində abadlaşma, quruculuq, əkin tikin meyvələrin sulanması ağacların sulanması işlərində iştirak etmişdir. Ona görə də, mərhum atası X10 miras qalmış əmlakın onun adına keçməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X11 və X18 miras əmlakın analarının adına keçməsinə etiraz etməmişlər. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3, üçüncü şəxs X7 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk növbədə miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Ağstafa rayonu Xətai kəndi ərazisindən X27, X21, X8, X22 və X9 0,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iddiaçı da daxil olmaqla 5 nəfər şəxsə verildiyindən hər bir şəxsin payı 1/5 hissədə müəyyən olunur. Yəni, miras əmlak toplusu Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Ağstafa rayonu Xətai kəndi ərazisindən verilmiş 0,06 ha torpaq sahəsinin X21 məxsus 1/5 hissəsindən, X8 məxsus 1/5 hissəsindən, X22 məxsus 1/5 hissəsindən və X9 məxsus 1/5 hissəsindən ibarətdir. Belə ki, iş materiallarında olan JN 752B kod 50208018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Ağstafa rayonu Xətai kəndi ərazisindən X27, X21, X8, X22 və X9 0,06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X26 xx.xx.2004-cü il tarixdə, X13 xx.xx.2013-cü il tarixdə, X25 xx.xx.2015-ci il tarixdə və X17 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bundan başqa məhkəmə miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, X19 vəfatından sonra X2 olsa da, sonuncu vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölmüşdür. Belə olan halda X16 miras qalmış əmlaklardan pay almaq hüququ onun oğlunun vərəsələrinə, yəni arvadı X27, övladları X22, X9, X7 və X1. Lakin, Nüsrəddin Həsənovun övladları – Qətibə və Samir miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölmüşdür. Belə olan halda ondan miras qalmış əmlaklardan pay almaq hüququ onun övladlarının vərəsələrinə keçmişdir. X30 ailə həyatı qurmadığından onun övladları mövcud olmamış, digər övladı Samir Həsənovun vərəsələri isə onun həyat yoldaşı və övladlarıdır. Bu səbəbdən X16 miras qalmış əmlak üzrə paylar bərabər olaraq X28, X18, X23 və Samir Həsənovun vərəsələri olan həyat yoldaşı Səməngül və övladları Cavabdeh2 və Cavabdeh3 çatmalıdır. Eyni zamanda X3 və X12 miras qalmış əmlaklar da yuxarıda qeyd olunan əsaslar üzrə paylar bərabər qaydada X24, X5, X6 və X20 payına düşən 1/4 hissəsinə isə onun vərəsələri olan həyat yoldaşı X14 və övladları Cavabdeh2 və Cavabdeh3 payları müəyyən edilməlidir. Bundan başqa, X4 miras qalmış əmlak üzrə pay isə sonuncu ailə həyatı qurmadığından onun övladları mövcud olmadığından onun payı birinci növbəli vərəsə kimi iddiaçı olan anası X27 verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. MM-nin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda qeyd olunur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd olmuş olsun. Məhkəmə payların hansı hissədə bölünməsi hissəsində isə aşağıdakıları qeyd edir. Belə ki, X19 vəfatından sonra X2 olsa da sonuncu vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölmüş, Dilqənd Hüseynovadan miras qalmış əmlaklardan pay almaq hüququ onun oğlunun vərəsələrinə, yəni arvadı İddiaçı, övladları Samir Əliyevə, Qətibə Həsənovaya, Elnurə Səfərovaya və Samirə Həsənovaya keçmişdir. Nüsrəddin Həsənovun övladı olan Samir Həsənov da miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyündən, ondan miras qalmış əmlaklardan pay almaq hüququ vərəsələrinə keçmişdir. Cavabdeh2 vəfat edən övladı Samir Həsənovun vərəsələri isə onun anası, həyat yoldaşı və övladlarıdır. N.Həsəovun digər vəfat edən X30 ailə həyatı qurmadığından onun övladları mövcud olmadığından onun birinci növbəli vərəsəsi anasıdır. Nəzərə alsaq ki, əmlakın 1/5 hissəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla, miras əmlak toplusu Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Ağstafa rayonu Xətai kəndi ərazisindən verilmiş 0,06 ha torpaq sahəsinin ümumi 4/5 hissə olmaqla, X21 məxsus 1/5 hissəsindən, X8 məxsus 1/5 hissəsindən, X22 məxsus 1/5 hissəsindən və X9 məxsus 1/5 hissəsindən ibarətdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Ağstafa rayonu Xətai kəndi ərazisindən verilmiş 0,06 ha torpaq sahəsinin X21, X8, X22 məxsus ümumi 3/5 hissəsinə X24, X5, X6 və X20 payına düşən hissəyə isə onun vərəsələri olan həyat yoldaşı X14, övladları Cavabdeh2 və Cavabdeh3, 1/5 hissəsinə isə X24 qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Ağstafa rayonu Xətai kəndi ərazisindən verilmiş 0,06 ha torpaq sahəsinin 4/5 hissəsi X16, X3, X12 və X4 miras qalmış əmlakların faktiki qəbul etmə faktı müəyyən edilsin. Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə Ağstafa rayonu Xətai kəndi ərazisindən verilmiş 0,06 ha torpaq sahəsinin X21, X8, X22 məxsus 3/5 hissəsinə X24, X5, X6 və Samir Həsənovun payına düşən hissəyə isə onun vərəsələri olan həyat yoldaşı X14, övladları Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüquqları tanınsın. X9 məxsus 1/5 hissəsinə isə X24 qanun üzrə vərəsəlik hüququ tanınsın. Qətnamə əmlak üzrə paylara dair X27, X7, X11, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar