Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-864/2025 22.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh MMC-nin Milli Operatoruna qarşı 06 oktyabr 2023-cü il tarixli, 3-27-109/3-22533/2023 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə məvacibin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi : İddiaçı X3 Cavabdeh MMC-nin Milli Operatoruna qarşı 06 oktyabr 2023-cü il tarixli, 3-27-109/3-22533/2023 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə məvacibin ödənilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin mümkünlüyü ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, mülki prosesdə iddia ərizəsinin məhkəmə aidiyyəti qaydalarına uyğun hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməsi, hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddiaların isə müəssisənin ünvanının olduğu yerə görə verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir Göründüyü kimi, iddia hüquqi şəxs Cavabdeh MMC-nin Milli Operatoruna qarşı verilmiş, həmin hüquqi şəxsin ünvanı isə Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyli küçəsidir. İş üzrə cavabdeh hüquqi şəxsin Ağstafa rayonu ərazisində ünvanın olması barədə iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hazırki iddia ərizəsi verilərkən ərazi aidiyyəti qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də Məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh MMC-nin Milli Operatoruna qarşı 06 oktyabr 2023-cü il tarixli, 3-27-109/3-22533/2023 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə məvacibin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 35, 149-152, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı X1 Cavabdeh MMC-nin Milli Operatoruna qarşı 06 oktyabr 2023-cü il tarixli, 3-27-109/3-22533/2023 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə məvacibin ödənilməsi tələbinə dair iddia ərizə və ona əlavə olunmuş sənədlər iddiaçı X2 qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №2(015)-864/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-864/2025
22.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver