Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-867/2024 02.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh Ağstafa Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Ağstafa Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə qarşı ödənilməmiş əmək haqqının, hesablanmamış son haqq hesabın ödənilməsi və mənəvi zərərə görə kompensasiya tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona * ay üçün ödənilməmiş 3*0 manat əmək haqqının, 2500 manat sona haqq-hesabın, həmçinin maddi və mənəvi zərərə görə 5000 manatın cavabdeh Ağstafa Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, ona 2023-cü ilin yanvar ayının əmək haqqı verilməmişdir. 2023-cü ildə DSMF-yə 2700 manat pul keçirmiş, bütün borcları ödəmiş, *4000 manat borcu qalmışdır. Qalan bütün pulları isə Zoya xanımın həyat yoldaşına vermişdir. 30.0*.2023-cü ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Ona * ay üçün ödənilməmiş 3*0 manat əmək haqqı, 2500 manat sona haqq-hesabı qalmışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ağstafa Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə iddia tələbini qəbul etməyib göstərdi ki, iddiaçının tələbi ilə razı deyil və iddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir. Bundan başqa, X3 giqiyena və epidemiologiya mərkəzinin pullu xidmətdir, özü qazanıb özü xərcləyir. İddiaçını vəzifəyə ondan əvvəl Gigıyena və Epidemiologiya mərkəzinin direktoru təyin edib həmin vaxt o işləməmişdir. O, 20**-ci ildən direktor işləyir, iddiaçı isə 2007-dən işləyir. Bu xidmətlə onun əlaqəsi olmamış, iddiaçının özü Gigiyena və Epidemiologiya mərkəzinə hesabat vermişdir. Respublika Gigıyena və Epidemiologiya mərkəzinin direktorunun məktubu əsasında iddiaçıya rəsmi məktub göndərmişdir. Belə ki, Ağstafa Gigiyena və Epidemiologiya Mərkəzində işçilərin əmək haqqı cədvəli, davamiyyət jurnalı yoxdur. Həmin sənədlər isə iddiaçıda olmuşdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etdi. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin *85-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsinin izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə ilk növbədə iddiaçının ona işlədiyi dövrdə əmək haqqının və son haqq-hesabının verilməməsi barədə tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə İddiaçı 25.0*.2007-ci il tarixdən 30.0*.2023-cü il tarixədək Gigiyena və X2 rayonu X* müdiri vəzifəsində işləməsini, ona * ay üçün ödənilməmiş 3*0 manat əmək haqqı, 2500 manat sona haqq-hesabının ödənilməməsini əsas gətirərək cavabdehdən həmin ay üzrə ödənilməmiş əmək haqqı və son haqq-hesabının ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, ona * ay üçün ödənilməmiş 3*0 manat əmək haqqı, 2500 manat sona haqq-hesabının ödənilməməsini sübut etməlidir. Cavabdehin nümayəndəsi isə həmin halları inkar edərək iddia tələbini qəbul etməyib iddiaçı işdən çıxan zaman mühasibatlıq sənədlərini təqdim etmədiyini, ümumiyyətlə dezinfeksiya sahəsinin təsərrüfat hesablı olmasını, özləri qazanıb özləri xərcləməsini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarında mülkiyyətçilərin vəsaiti hesabına maliyyələşdirilən baytarlıq tədbirlərinin qaydalarında göstərilir ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsində nəzərdə tutulmuş baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“X4” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Dövlət baytarlıq orqanları tərəfindən bu Qaydanın İİ bölməsində nəzərdə tutulan xidmətlərin göstərilməsi yalnız mülkiyyətçi və dövlət baytarlıq orqanları arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, Ağstafa rayonu X3 Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru tərəfindən təsdiq olunmuş xx.xx.2007-ci il tarixli əsasnaməyə əsasən təsərrüfat hesabı ilə özünümaliyyəşdirmə prinsipi əsasında ödənişli xidmətlər və qnunvericilikdə qadağan olunmayan mənbələr hesabına fəaliyyət göstərir. Hüquqi şəxs səlahiyyətindən istifadə edir, fəaliyyətində müstəqil qərarlar verir, əmək haqqı və digər xərcləri özü həyata keçirir. İddiaçının direktoru olduğu X* bütün mühasibatlıq sənədləri iddiaçının özündə olmuşdur. Lakin, iddiaçı işdən çıxan zaman həmin sənədləri təqdim etmədiyindən ona əmək haqqının və son haqq-hesabın ödənilibödənilməməsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə iddiaçı həmin sənədləri məhkəməyə də təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya * ay üçün 3*0 manat əmək haqqının və 2500 manat sona haqq-hesabının ödənilməsi öz təsdiqini tapmır. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək qanunvericiliyinin tələblərinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin *72.*-cü maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin *72.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Bundan başqa, məhkəmə iddiaçının mənəvi zərərə görə 5000 manata dair hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə bağlanmamış və onlar arasında müqavilə öhdəlikləri mövcud deyildir. Həmçinin, cavabdehin qəsdən və ya ehtiyatsızlıqla iddiaçılara maddi və mənəvi ziyan vurması, həmin ziyanın həqiqətən vurulduğunun aşkar olması, cavabdehin əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və qanunazidd əməli ilə dəymiş ziyan arasında səbəbli əlaqənin olması, cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi, həmin əməlinə görə iddiaçının səhhətinə ziyan vurması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, iddia həmin hissədə də təmin oluna bilməz Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Ağstafa Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə qarşı ödənilməmiş əmək haqqının, hesablanmamış son haqq hesabın ödənilməsi və mənəvi zərərə görə kompensasiya tələbinə dair iddiası təmin olunmamalıdır. “X4 Azərbaycan Respublikası Qanunu”nun 9.*.*-ci maddəsinin tələblərinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə məhkəmələrə verilən iddia ərizələrinə dair iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia təmin edilmədiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*3-2*4, 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Ağstafa Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə qarşı ödənilməmiş əmək haqqının, hesablanmamış son haqq hesabın ödənilməsi və mənəvi zərərə görə kompensasiya tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-867/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-867/2024
02.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver