Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-9/2024 21.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, cavabdehlər X3, X13, X8 və onun nümayəndəsi və vəkili X14 iştirakı ilə, İddiaçı cavabdehlər X9, X17 və X15 qarşı «zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər X18, X20 və X19 tərəfindən Ağstafa rayonu Qırılı kəndi ərazisində 2.21 ha torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 12 nömrəli qərarı ilə Ağstafa rayonu Qırılı kəndində JN- 213, Kod ********** saylı Dövlət aktı ilə ona və ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı ilə onlara 2.46 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinin 2.21 ha sahəsi cavabdehlər tərəfindən 2019-cu ildən zəbtdədir. Belə ki, o, 11 avqust 2022-ci il tarixdə ona məxsus torpaq sahəsinin naturada tanıdılması üçün dövlət rüsumu ödədikdən sona 15 saylı DƏDRX-nin mütəxəsisini dəvət etmişdir ki, ona məxsus torpaq sahəsi onlara göstərilsin. Lakin cavabdehlər tərəfindən mütəxəsisə təyziq göstərilmiş və ölçü işlərinin aparılması mümkün olmamışdır. Həmin vaxtda Qırılı kənd Bələdiyyəsi tərəfindən yerində akt tərtib edilmişdir. Hazırda da ona məxsus pay torpaq sahəsi cavabdehlərin zəbti altındadır. O, mülkiyyətinə verilmiş torpaqdan istifadə edə bilmir. Dəfələrlə cavabdehlərə ona məxsus torpaq sahəsindən çıxmalarını bildirsə də heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də cavabdehlər X18, X20 və X19 tərəfindən Ağstafa rayonu Qırılı kəndi ərazisində 2.21 ha torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X18 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi 1997-ci ildə X6 Qərarı ilə onun ailə üzvlərinə verilmiş lan torpaq sahəsi olduğu üçün həmin torpaq sahəsini istifadə edirlər. İddiaçıya məxsus olan torpaq sahəsi Dövlət əhəmiyyətli magistral yolun çəkilməsi üçün lazım olduğundan ona həmin torpaq sahəsinin əvəzi ödənilməklə alınmışdır. Hazırki mübahisəli torpaq sahəsi onların ailə üzvlərinə məxsus olan torpaq sahəsidir. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər X20 və X19 cavabdeh X18 ilə eyni məzmunlu izahatlar vermişdir. Məhkəmə iclasında cavabdeh X8 nümayəndəsi və vəkili X21 iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağstafa RPŞ tərəfindən AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Qazax rayonu Qırlı kəndində anadan olmuş, Ağstafa rayonu Qırılı kəndndə rəsmi qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Ağstafa RİHB-nın Qırılı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli, 494/g saylı arayışdan görünür ki, iddiaçı Orucov X11 rayonu Qırılı kəndndə yaşayır. İş materiallarına əlavə olunmuş JN-213, Kod ********** saylı Dövlət aktının surətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 12 nömrəli qərarı ilə Ağstafa rayonu Qırılı kəndində iddiaçıya və onun ailə üzvlərinə 2.46 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/8215 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi mühəndisi Vüqar Musayev tərəfindən hazırlanmış mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir: Elektron baza məlumatlarına əsasən X4 və ailə üzvlərinin JN-213 nömrəli Dövlət aktı ilə mülkiyyətinə verilmiş 213S hissəsində olan 2.20 ha torpaq sahəsinin, cavabdehlər tərəfindən 1.57 ha hissəsinin istifadə olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» «İnsan Hüquqlarının və X16 X12 müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X16 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə arşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflərə məxsus torpaq sahəslərinin hüquqi və texniki vəziyyəti ilə bərabər əsaslandırılmış sübut olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi obyektiv və qərəzsiz sübut olaraq qəbul edilməlidir. Bununla bağlı tərəflərə aidiyyəti sənədlərin təqdim edilməsi və sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, yalnız iş materiallarında olan sənədlər təqdim edilmişdir. Məhkəmə müvafiq rəy və təqdim edilmiş sənədlər əsasında hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin 1.57 ha hissəsinin cavabdehlər X18, X20 və X19 tərəfindən zəbt edilməsi hissəsində iddianı əsaslı hesab edir və idddianın qismən təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi haları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Ağstafa rayonu Qırılı kəndində yerləşən iddiaçı və onun ailə üzvlərinə məxsus pay torpaq sahəsinin 1.57 ha hissəsi (sxemə uyğun) cavabdehlər X18, X20 və X19 tərəfindən zəbtdən azad edilsin və iddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Ağstafa rayonu Qırılı kəndində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus pay həyətyanı torpaq sahəsinin 1.57 ha hissəsi (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq) cavabdehlər X18, X20 və X19 tərəfindən zəbtdən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülsün. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən X1, X10 və X5 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-9/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-9/2024
21.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver