Məhkəmə qərarları › İş №2(015)-905/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-905/2024

30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-905/2024 30.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X18 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ərizəçi nümayəndəsi (oğlu) X11 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı qohumluq münasibəti və mirasın faktiki qəbulu faktının müəyyən edilməsi, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayonu Dağ Kəsəmən kəndində anadan olmuş, və xx.xx.2005-ci ildə Dağ Kəsəmən kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmiş, mərhum bacısı X7 onun doğma bacısı olmasını nəzərə alaraq, qohumluq münasibəti faktının müəyyən edilməsi, eyni zamanda ümumi birgə paylı mülkiyyətdə olan ona məxsus hissədə xx.xx.2023-cü il tarixli çıxarışla evin həyətyanı torpaq sahəsindən ümumi birgə, xx.xx.2023-cü il tarixli 0,16179 ha, xx.xx.2023-cü il tarixli, 0,04 ha və xx.xx.2023-cü il tarixli 0,43506 ha pay torpaq sahələri üçün verilmiş çıxarışlarda mirasın faktiki qəbul etməyi faktının müəyyən edilməsi və həmin miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi nümayəndəsi X11 tələbi müdafiə edib izahatında göstərdi ki, Ərizəçi mərhum bacısı X13 XX.XX.XXXX-cı ildə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuş, və xx.xx.2005-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. X13 ailə qurmamış ölən günə qədər qardaşı Ərizəçila birlikdə yaşamış, o, vəfat etdikdən sonra isə onun tək vərəsəsi qardaşı Ərizəçi olmuşdur. Bu barədə Dağ Kəsəmən kənd icra nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 677/g-saylı arayışıda var. Mərhumun həqiqətən bacısı olduğunun Dağ Kəsəmən kənd sakinləri X12, X14, X5 aktla təsdiq edir. Mərhumla bir yerdə pay torpaqları və həyətyanı sahədə paylı mülkiyyətləri olduğu üçün vərəsəlik şəhadətnaməsi alınması üçün Ağstafa rayon Notariat ofsinədə müraciət etmiş məhkəməyə müraciət olunmasını qeyd etmiş. Ona görə də qeyd etdiklərini nəzərə alıb ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Ağstafa rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ərizəçinin baldızı qızıdır. Belə ki, X1 Budaqovun həqiqətən doğma bacısıdır. Rafət Eminəni himayəsinə götürmüşdür. Eminə ailə qurmamış ölən günə kimi Rafətin yanında yaşamış, 2005-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X14 şahid X2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Qeyd olunur ki, mülki qanunvericilikdə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktın - yəni qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. İşdə olan sənədlərlə müəyyən olunur ki, ərizəçinin mərhum bacısı XX.XX.XXXXcı ildə Qazax rayonu Dağ Kəsəmən kəndində anadan olmuş X7 doğumu barədə Qeydiyyat orqanında sənədlər aşkar olmamışdır. İş üzrə sübutlar fakt kimi müəyyən edilir ki, xx.xx.2005-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində ölmüş X13 Ərizəçi ilə doğma bacı-qardaşdırlar. İş materiallarında olan ölüm haqqında 25 aprel 2024-cı il tarixli AZ-İ seriyalı 386493 №-li şəhadətnamənin surətindən görünür ki, X13 01 yanvar 2005-ci ildə vəfat etmişdir. İş materiallarında olan Ağstafa Rayon Notariat Ofisi tərəfindən ərizəçiyə ünvanlanmış məktubdan görünür ki, Ərizəçi məxsus miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün lazımi sənədləri təqdim etmədiyindən tələbi təmin olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və 1159.2-ci maddəyə əsasən ikinci növbəli vərəsələr- ölənin bacıları və qardaşları sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Göründüyü kimi X15 ərizəçinin bacısı olmuş, Eminə Budaqova isə xx.xx.2005-ci il tarixdə vəfat etmiş, sonuncu isə ailə qurmadığından ərizəçidən başqa yaxın qohumu mövcud deyil. Hazırki vəziyyətdə ərizəçi Rafət X3 üzrə vərəsəsi sayılır və əvvəlki növbənin vərəsələri mövcud deyildir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, 01 yanvar 2005-ci il tarixdə vəfat etmiş X9 Ərizəçi bacısı olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir. Məhkəmə ərizə tələbinin X6 qalmış mirasın faktiki qəbulu faktının müəyyən edilməsi, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, X7 adına Ərizəçi və X4 ilə birlikdə ümumi birgə mülkiyyət hüquq əsasında **********69 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində 0,43506 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********71 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********70 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla0,16179 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********57 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla ümumi sahəsi 103,7 kv.m olan fərdi yaşayış evi 0,04941 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. X8 miras qalmış əmlak toplusuna yuxarıda qeyd olunan əmlakların 1/3 hisəssi aiddir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kasastrı və reyestri X21 tərəfindən verilmiş **********69 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Ərizəçi, X4, X7 adına ümumi birgə mülkiyyət hüquq əsasında Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində 0,43506 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kasastrı və reyestri X21 tərəfindən verilmiş **********71 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Ərizəçi, X4, X7 adına ümumi birgə mülkiyyət hüquq əsasında Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kasastrı və reyestri X21 tərəfindən verilmiş **********70 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Ərizəçi, X4, X7 adına ümumi birgə mülkiyyət hüquq əsasında Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində 0,16179 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kasastrı və reyestri X21 tərəfindən verilmiş **********57 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Ərizəçi, X4, X7 adına ümumi birgə mülkiyyət hüquq əsasında Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində ümumi sahəsi 103,7 kv.m olan fərdi yaşayış evi 0,04941 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Bundan başqa məhkəmə miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, X15 ərizəçinin bacısı olmuş, Eminə Budaqova isə xx.xx.2005-ci il tarixdə vəfat etmiş, sonuncu isə ailə qurmadığından ərizəçidən başqa yaxın qohumu mövcud deyil. Hazırki vəziyyətdə ərizəçi Rafət X3 üzrə vərəsəsi sayılır və əvvəlki növbənin vərəsələri mövcud deyildir. Eminə Budaqova vəfat etdikdən sonra ondan qalmış miras əmlakə Ərizəçi sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlayaraq qəbul etmişdir. Bu səbəbdən X8 miras qalmış əmlak üzrə pay Ərizəçi çatmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda qeyd olunur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd olmuş olsun. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, X7, Ərizəçi və X4 ilə birlikdə ümumi birgə mülkiyyət hüquq əsasında **********69 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində 0,43506 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********71 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********70 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla0,16179 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********57 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla ümumi sahəsi 103,7 kv.m olan fərdi yaşayış evi 0,04941 ha həyətyanı torpaq sahəsinin X7 payına düşən hissəsinə Ərizəçi qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair ona müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 307 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. XX.XX.XXXX-cı ildə Qazax rayonu Dağ Kəsəmən kəndində anadan olmuş və xx.xx.2005-ci ildə Ağstafa rayonu Dağ Kəsəmən kəndində vəfat etmiş X13 Ərizəçi mərhum bacısı X13 ilə doğma qardaş və bacı olmaları barədə hüquqi əhəmiyyətli fakt müəyyən müəyyən edilsin. X7, Ərizəçi və X4 ilə birlikdə ümumi birgə mülkiyyət hüquq əsasında **********69 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində 0,43506 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********71 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********70 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla0,16179 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********57 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla ümumi sahəsi 103,7 kv.m olan fərdi yaşayış evi 0,04941 ha həyətyanı torpaq sahəsinin X7 payına düşən hissəsinin Ərizəçi tərəfindən miras qalmış əmlakların faktiki qəbul etmə faktı müəyyən edilsin. X7, Ərizəçi və X4 ilə birlikdə ümumi birgə mülkiyyət hüquq əsasında **********69 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində 0,43506 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********71 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********70 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla0,16179 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, **********57 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla ümumi sahəsi 103,7 kv.m olan fərdi yaşayış evi 0,04941 ha həyətyanı torpaq sahəsinin X7 payına düşən hissəsinə Ərizəçi qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar