Məhkəmə qərarları › İş №2(015)-907/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-907/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-907/2023 12.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu Böyükkəsik kəndində mülkiyyətində olan 114.20 kv m. fərdi yaşayış evində qanunsuz yaşayan cavabdehlər Cavabdeh1 və X2 fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbindən imtina etdiyini, iddiadan imtinasını qəbul edib mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddiaçının iddiadan imtinasını qəbul edib mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. İş üzrə cavabdeh X4 iddiaçının iddiadan imtinasını qəbul edib mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221104 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı iddiadan imtina edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən, cavabdehlər etiraz etmədiyindən, mülki prosessesual qanunvericiliyə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməsi mümkün olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilərək mülki iş üzrə icraata xitam verilməli, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221104 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114, 261, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221104 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar