Məhkəmə qərarları › İş №2(015)-937/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-937/2024

15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-937/2024 15.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X*3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X9 (02.05.*999-cu il təvəllüdlü) ilə birgə nikahdan 06 yanvar 2020-ci il tarixdə bir oğlan övladının və 09 dekabr 202*-ci il tarixdə daha bir oğlan övladının Ağstafa rayonu Poylu qəsəbəsində ev şəraitində doğmasının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, o, X9 ilə ** il əvvəl qeyri rəsmi qaydada ailə həyatı qurmuşdur. Onunla birgə yaşadığı dövrdə 5 övlad dünyaya gətirmişdir. Belə ki, Məhəmməd Bədirov ilə birgə yaşadıqları dövrdə 06.0*.2020-ci il tarixdə Camal və 09.*2.202*-ci il tarixdə Azad adlı uşaqları Ağstafa rayonu Poylu qəsəbəsində ev şəraitində dünyaya gətirmişdir. 3 uşağına doğum haqqında şəhadətnamə alsa da digər 2 uşağına doğum haqqında şəhadətnaməsini səhlənkarlıq edib əldə edə bilməmişdir. Məhəmməd Bədirov hazırda azadlıqdan məhrum etmə cəzası çəkir. Ona görə də qeyd etdiklərini nəzərə alıb ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzürlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Mülki qanunvericilikdə isə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktadoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ** avqust 20*4-cü il tarixdə Gürcüstan Respublikasının Marneuli şəhərində doğulmuş, atası X4, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X* 09 yanvar 20*6-cı il tarixdə Ağstafa şəhərində doğulmuş, atası X4, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 07 mart 2023-cü il tarixdə Ağstafa şəhərində doğulmuş, atası X4, anası Ərizəçidır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iş üzrə Ərizəçi onun nəvəsi X5 həyat yoldaşıdır, aralarında rəsmi nikah yoxdur. Onların birgə evliliklərindən 5 uşaqları anadan olmuşdur. Digər 3 uşaq xəstəxanada doğulduğu üçün onların doğum haqqında şəhadətnaməsi var. Həmçinin 06.0*.2020-ci il tarixdə Camal və 09.*2.202*-ci il tarixdə Azad adlı uşaqları ərizəçi Ağstafa rayonu Poylu qəsəbəsində ev şəraitində doğmuşdur və həmin uşaqlar hal-hazırda ərizəçi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə Ərizəçi ** il əvvəl X6 ilə qeyri rəsmi qaydada ailə həyatı qurmuşdur, onların birgə yaşadıqları dövrdə **.08.20*4-cü il tarixdə Hüseyn, 09.0*.20*6-cı il tarixdə Bənövşə, 06.0*.2020-ci il tarixdə Camal və 09.*2.202*-ci il tarixdə Azad və 07 mart 2023-cü il tarixdə Ayşəgül adlı 5 uşaqları anadan olmuşdur. Hüseyn, Bənövşə və Ayşəgül adlı uşaqlara doğum haqqında şəhadətnamə alınmış, Camal və Azad adlı uşaqlar isə tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində doğulduğundan, doğum haqqında arayış verilməsi mümkün olmadığından Maraqlı şəxs uşaqların doğumunu qeydə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4.4-cü bəndində qeyd olunub ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi Ərizəçi tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində 06.0*.2020-ci il tarixdə Camal və 09.*2.202*-ci il tarixdə Azad adlı 2 uşaq doğmuş, bu səbəbdən uşaqlara doğum haqqında arayış verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Ona görə də məhkəmə hesab edir ki, uşağa doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı iddiaçının soyadına uyğun, ata qrafası isə iddiaçının göstərişi üzrə yazılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx xxxxxx *997-ci il tarixdə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuş, Ağstafa rayonunun Poylu qəsəbəsində qeydiyyatda olan Ərizəçi 06.0*.2020-ci il tarixdə Camal və 09.*2.202*-ci il tarixdə Azad adlı uşaqları tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək, Camal adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Məmmədzadə”, adı “Camal”, doğulduğu yer “Ağstafa rayonunun Poylu qəsəbəsi”, doğulduğu tarix “06 yanvar 2020-ci il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə, Azad adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Məmmədzadə”, adı “Azad”, doğulduğu yer “Ağstafa rayonunun Poylu qəsəbəsi”, doğulduğu tarix “09 dekabr 202*-ci il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə qeyd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin *59.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qanunvericiliyə əsasən, doğumun qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud doğum faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında doğum haqqında səhadətnamə verməlidir. Bunun üçün ölüm faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizə “doğum haqqında şəhadətnamənin verilməsi” hissəində təmin edilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci, 307 və 3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə qismən təmin edilsin. xx xxxxxx *997-ci il tarixdə Ağstafa rayonu Poylu qəsəbəsində anadan olmuş, Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olan Ərizəçi 06.0*.2020-ci il tarixdə Camal və 09.*2.202*-ci il tarixdə Azad adlı uşaqları tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonu Poylu qəsəbəsində doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək, Camal adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Məmmədzadə”, adı “Camal”, doğulduğu yer “Ağstafa rayonu Poylu qəsəbəsi”, doğulduğu tarix “06 yanvar 2020-ci il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə, Azad adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Məmmədzadə”, adı “Azad”, doğulduğu yer “Ağstafa rayonu Poylu qəsəbəsi”, doğulduğu tarix “09 dekabr 202*-ci il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə qeyd edilsin. Qətnamə doğum qeydiyyatının aparılması və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar