Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-946/2024 14.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X12 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Qazax rayon Notariat Ofisinə qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09 oktyabr 2009-cu il tarixdə vəfat etmiş X2 atasının bacısı olmaqla onunla qohum olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili X11 ərizəçinin tələbini müdafiə edib izahatında göstərdi ki, ərizəçinin mərhum bibisi X8 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Qazax rayonu Qaymaqlı kəndində yaşamış, həmin kənddə də ölümündən sonra miras qalmış torpaq sahəsinin və içərisində olan yaşayış evinin tək vərəsəsi olduğu üçün vərəsəlik şəhadətnaməsi almaq istədiyi zaman mərhumun doğum haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Mərhumun övladı olmadığı üçün yeganə vərəsə kimi qohumluq faktının təsdiq edilməsi barədə ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Qazax rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Qazax rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Qeyd olunur ki, mülki qanunvericilikdə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktın - yəni qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. İşdə olan sənədlərlə müəyyən olunur ki, ərizəçinin Qazax rayon Notariat Ofisinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, onun mərhum bibisi X4 məxsus miras əmlak qalmışdır. Göstərilən əmlakdan ərizəçiyə çatası paydan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün zəruri sənədlər təqdim edə bilmədiyi üçün ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 oktyabr 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mərhumun əri X5 31 dekabr 2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikahın bağlanılması haqqında arayışın surətindən görünür ki, X8 ilə X5 15 yanvar 1964-cü ildə Qazax rayonu Qaymaqlı kənd İƏD-də 01 saylı qeydlə rəsmi nikah bağlamışlar. İş materiallarında olan Qazax Rayon Notariat Ofisi tərəfindən ərizəçi Ədalət Ələsgər oğluna ünvanlanmış məktubdan görünür ki, ərizəçi bibisi X3 qalmış miras əmlakı qəbul etmək üçün Qazax rayon Notariat Ofisinə müraciət etsə də vərəsəlik şəhadətnaməsi verilməsi üçün zəruri sənədlər təqdim edə bilmədiyi üçün tələbi təmin olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Göründüyü kimi iş üzrə ərizəçi Ədalət Ələsgər oğlu X1 qardaşı oğlu olmaqla onun ikinci növbəli vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və 1159.2 maddəsinə əsasən miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyinləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Göründüyü kimi, X9 ərizəçinin bibisi olmuş, 09 oktyabr 2009-cu il tarixdə vəfat etmişdir. Hazırki vəziyyətdə ərizəçi X6 qanun üzrə ikinci növbədə vərəsəsi sayılır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, 09 oktyabr 2009-cu il tarixdə vəfat etmiş X9 Ərizəçi bibisi olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 307 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. 09 oktyabr 2009-cu il tarixdə vəfat etmiş X2 Ərizəçi atasının bacısı (bibisi) olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-946/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-946/2024
14.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver