Məhkəmə qərarları › İş №2(016)-1023/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1023/2024

18.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1023/2024 18.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC (Yelo Bank) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinə Ağsu Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(016)- 783/2016 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 25 aprel 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-34-13/2-2-112/2024 №-li 21 may 2024-cü il tarixli arayışından göründüyü ki, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq baxış iclaslarını iştirakları olmadan keçirərək iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddə.sinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-34-13/2-2-112/2024 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında hal-hazırda qeydiyyatda olanlar barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Əlavə olaraq qeyd edilmişdir ki, ünvan 2 ünvanında hal-hazırda aşağıda adları qeyd olunanlar yaşayırlar: Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, X4 və X5. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-783/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh1 və X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilərək, "xxxx" İnvestisiya X1 Əhmədov arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-G-2-0-1152-14(1) saylı kredit müqaviləsi üzrə 5055 manat məbləğində cərimə 500 manat məbləğinədək azaldılmış, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 6-G-2-0-1152-14(1) saylı kredit müqaviləsi üzrə banka 16852 manat əsas borc, 3851 manat faiz borcu, 500 manat cərimə borcu, ümumilikdə 21203 manat borcu "xxxx" X3 hesabına tutulması, tutma AR Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinin Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngədə mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 159,2 kv.m yaşayış, 122,6 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün "xxxx" X3 hesabına ödənilməsi qət edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın **********42-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət İddiaçı ASC-nin mülkiyyətinə keçirilmişdir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 6-G-2-0-1152-14(1) saylı xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Bank Borc alana 36 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla 22000 manat məbləğində kredit vermişdir. Müqavilə üzrə Borc alanın Bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 6-G-2- 0-1152-14 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş pul öhdəliyi Borc alan tərəfindən Kredit müqaviləsində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Bankın Borc alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsası müəyyən edilmişdir. Bank tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-783/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Sonradan məhkəmə qərarının icrası istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində cavabdehin mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi Hərracın yekunları üzrə protokol və əmlakın alqı-satqısı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-yə təklif edilərək, açıq hərracda əldə edilmiş və bu haqda mülkiyyət hüququna dair xx.xx.2024-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin sözügedən mənzil hal-hazırda mülkiyyətçi İddiaçı ASC-nin sahibliyində və nəzarətində deyil və həmin mənzil cavabdeh və digər üçüncü şəxslər tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir, iddiaçının cavabdehlərə dəfələrlə müraciət edilməsinə baxmayaraq, əmlakı faktiki idarə edən şəxslər əmlakı qanuni sahibinə təhvil verməkdən boyun qaçırmışdır. Bu da öz növbəsində iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Əmlaka dair mülkiyyət hüququnun İddiaçı ASCyə məxsus olmasını nəzərə alaraq hesab edirlər ki, iddiaçının əmlaka faktiki sahiblik etmək və sərəncam vermə hüquqları təmin edilməsi məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən məcburi qaydada çıxarılmalı və həmin əmlak boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq sahəvi qanunvericilik aktı olan Mülki Məcəllədə də öz əksini tapmışdır. Belə ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəllənin: 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia tələbi qeyd edilən hissədə qanunvericiliyin məhz yuxarıda göstərilən müddəaları çərçivəsində həll edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Cavabdeh1 məxsus olan Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-783/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh1 və X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilərək, "xxxx" İnvestisiya X1 Əhmədov arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-G- 2-0-1152-14(1) saylı kredit müqaviləsi üzrə 5055 manat məbləğində cərimə 500 manat məbləğinədək azaldılmış, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 6-G-2-0-1152-14(1) saylı kredit müqaviləsi üzrə banka 16852 manat əsas borc, 3851 manat faiz borcu, 500 manat cərimə borcu, ümumilikdə 21203 manat borcu "xxxx" X3 hesabına tutulması, tutma AR Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinin Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngədə mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 159,2 kv.m yaşayış, 122,6 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün "xxxx" X3 hesabına ödənilməsi qət edilmişdir. Sözügedən mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın **********42-10301 reyestr nömrəli çıxarışı ilə İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə qeyd edilən yaşayış sahəsinin hazırda mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus olduğunu və əvvəlki mülkiyyətçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 həmin daşınmaz əmlaka mülkiyyət hüququnu itirmişlər. Bu hal isə ona dəlalət edir ki, cavabdehlərin həmin daşınmaz əmlaka dair heç bir əşya hüququ qalmamışdır. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Sporronq və Lonnrot İsveçə qarşı qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüquqi ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter daşıyır. Məhkəmə Avropa Məhkəməsinin mövqeyini də nəzərə alaraq hesab edir ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş mülkiyyət hüququnun tərkibinə daxil olan sərəncam hüququnun müəyyən məhdudiyyətlərlə həyata keçirməsi həmin hüququn “nəzəri və xəyali” xarakter daşımasına səbəb olacaqdır. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələri məhz “səmərəli və praktiki” xarakter daşıyan mülkiyyət hüququna təminat verir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci və 149.2-ci maddələrinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə nəzərə alır ki, “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici ipoteka müqaviləsi əsasında kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi qaydasını müəyyən etmişdir. Bu baxımdan, məhkəmə iddiaçının hazırda mülkiyyətçi olmasını nəzərə alaraq bildirir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, həmçinin yetkinlik yaşına çatmayan X4 və X2 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış sahəsindən çıxarılmalıdırlar. Məhkəmə vurğulayır ki, yuxarıda da qeyd olunduğu kimi, MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, mülkiyyət hüququ özündə həm də subyektin ona mənsub əmlakdan (əşyadan) öz istədiyi kimi istifadə etmək və sahib olmaq imkanını da nəzərdə tutur. Bu baxımdan, İddiaçı ASC-nin yaşayış sahəsinin boşaldılmış vəziyyətdə ona təhvil verilməsi tələbi onun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və MM-nin 152-ci maddəsindən irəli gələn istifadə və sahiblik səlahiyyətinin realizəsi kimi qəbul edilməlidir. Qeyd edilən səlahiyyətlərə hər hansı ağlabatan və obyektiv səbəb olmadan müdaxilə isə mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Hazırkı mübahisədə isə iddiaçının konstitusion səviyyədə təminat verilən həmin hüquqlarına müdaxilə üçün əsas yoxdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbinin əmlakın boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi hissəsi də təmin edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış sahəsindən çıxarılmalı və həmin əmlak boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış mənzilindən çıxarılsın, həmin mənzil boşaldılsın və "xxxx" ASC-yə təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 oğlundan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar