Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-11/2024 21.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X16 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi idarəsi cəlb edilməklə Cavabdeh qarşı "paylı mülkiyyətdən payın naturada ayrılması, mümkün olmadıqda kompensassiya verilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı " torpaq münasibətləri üzrə mübahisələr" tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanındakı paylı mülkiyyətdən: torpaqdan hər üçünə düşən cəmi 49/80 hissənin, evdən ona (İddiaçı1) düşən 1/16 hissənin naturada ayrılması (əgər evin ona düşən 1/16 hissənin naturada ayrılması mümkün olmazsa, həmin hissənin bacıSİ Elmira və ya digər vərəsələr (payçılar) tərəfindən ya torpaqla, ya da pulla əvəzlənməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, mərhum atası X8, sağ ikən özünə məxsus olan daşınmaz əmlakları bacısı Cavabdeh vəsiyyət etmişdir. Lakin, atasının bacısı Elmiradan başqa 7 nəfər 1-ci dərəcəli vərəsələri var və o da daxil olmaqla bütün digər vərəsələr qanunun tələbinə görə miras əmlakdan məcburi pay hüququna malikdirlər. O da qanunla ona verilən hüquqdan istifadə edərək atasından qalmış miras əmlakdan ona düşən məcburi payı almaq üçün Şamaxı şəhərindəki “ASAN” Xidmətə müraciət edərək, miras əmlaklardan ona çatan məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak Ağsu şəhəri, H.Əliyev pr. 98 ünvanında yerləşən, ümumi sahəsi 116.3 kv.m. olan fərdi yaşayış evindən və sahəsi 0,92530 ha olan torpaqdan ibarətdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən aldığı çıxarışa əsasən atasından miras qalmış fərdi yaşayış evinin 1/16hissəsi, torpaq sahəsinin isə 17/80 hissəsi onun mülkiyyətinə verilmişdir. Eyni zaman övladları qızı İddiaçı2 və oğlu İddiaçı3 həmin torpaq sahəsində hər birinə 16/80 (1/5) hissəsi olmaqla paylı mülkiyyətçidirlər. O və övladları miras əmlaklardakı payları müəyyən olunduqdan sonra birlikdə belə qərara gəlmişdilər ki, paylarını digər vərəsə olan bacısı Elmiraya qarşılıqlı razılıq əsasında satsınlar, əldə etdiklər vəsaitə onun üçün Ağsu şəhərindən bir ev alsınlar. Bu məqsədlə bacısı Elmiraya və digər vərəsələrə təklilərini çatdırsalar da, onlar onların payını almaqdan imtina etmişdirlər. Bundan sonra paylarının naturada ayrılmasına razılıq vermələri barədə onlara müüraciət etsələr də, bu təklifi də onlar tərəfindən rədd edilmişdir. Sonra o paylarının naturada ayrılmasını həyata keçirmək üçün aidiyyatı üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin publik və reyestirin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin əməkdaşları bölgü sxeminin hazırlanması üçün həmin ünvana gəlmiş, lakin bacısı Elmira onları etirazla qarşılayaraq bölgü işini aparmağa imkan verməmişdir. Həmin idarədən aldığı cavab məktubunda ona məsələnin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdilər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, bacısı Elmiradan sadəcə payına düşən hissəni tələb edir, başqa heç bir istəyi yoxdur. Əgər əmlakın naturada bölünməsi mümkün deyilsə, o zaman onun əvəzinə pul tələb edir. Başqa hər hansı tələbi yoxdur. Qeyd olunan tələblərin təmin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün olmadıqda hazaırda əmlakın açıq hərracdan satıılması ilə bağlı tələb irəli sürmür. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini, onların iştirakı olmadan baxılmağı və təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı onun bacısıdır. Atası rəhmətə getməmişdən öncə daşınmaz əmlakları ona vəsiyyət edib. Hazırda mübahisə predmeti olan əmlakın naturada bölgüsü mümkün deyil, lakin torpaq sahəsini verməyə razıdır. Bununla da iddiaçı tərəf razı deyil, çünki bildirir ki, həmin sahə 0,05 hektar deyil. Əmlakın naturada bölgüsü mümkün olmadığı təqdirdə onun torpaqla, ya da pulla əvəzlənməsi də qəbul etmir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etmədiklərini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslər X1, X9, X3 və X2 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişlər ki, o evdə onlar da yaşamışlar, eyni atanın, ananın övladlarıdırlar, Odur ki, onlar da ata yurdundan onlara düşən payı İddiaçı1 tələb edirlər. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dvlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 26 yanvar 2023-cü il tarixli, **********53 nömrəli məktubunun surətindən görünür ki, Ağsu şəhər, H.Əliyev pr. 98 nömrəli ünvanda yerləşən ümumi sahəsi 116,30 m2 olan fərdi yaşayış evi və 0,0925 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyətdir. Qeyd olunan əmlakda payları olan digər mülkiyyətçilərin arasında narazılıq yarandığı üçün bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. - Əmlak Məsələləri Dvlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Ağsu şəhər, H.Əliyev pr. 98 nömrəli ünvanda yerləşən ümumi sahəsi 116,30 m2 olan fərdi yaşayış evi və 0,0925 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyətdir. Hüquq sahibləri: X8 15/16 hissə fərdi yaşayış evi və 15/80 hissə torpaq sahəsi, Cavabdeh 16/80 hissə torpaq sahəsi, İddiaçı3 16/80 hissə torpaq sahəsi, İddiaçı2 16/80 hissə torpaq sahəsi və İddiaçı1 1/16 hissə fərdi yaşayış evi və 17/80 hissə torpaq sahəsi. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il. - Ağsu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1659 nömrəli arayışının surətindən görünür ki, X8 (xx.xx.2020-ci il) vəfat etmişdir və vəfat edən günə kimi Ağsu şəhəri, H.Əliyev küçəsi, ev 98 saylı evdə yaşamışdır. Mərhumun vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: 1. Cavabdeh 1954-cü il; 2. X4 1947-ci il;
3. X10 1950-ci il, 2013-cü ildə vəfat edib; 4. X6 1952-ci il, 5. X5 1957-ci il; 6. Əliyeva sevil Həsən qızı 1959-cu il; 7. X9 1962-ci il; 8. İddiaçı1 1965-ci il. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7604 nömrəli ekspert rəyinə əsasən, ünvan 4 ünvanındakı paylı mülkiyyətdə olan fərdi yaşayış evi üzrə İddiaçı1 1/16 hissədə payının, həmçinin torpaq sahəsi üzrə İddiaçı1 17/80 hissədə, İddiaçı2 16/80 hissədə və İddiaçı3 16/80 hissədə paylarının digər paylardan tənasüb süz zərər vurmadan ayrılması ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.008.011.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik vəsaitin tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Ağsu şəhər, H.Əliyev pr. 98 nömrəli ünvanda yerləşən ümumi sahəsi 116,30 m2 olan fərdi yaşayış evi və 0,0925 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyətdir. Hüquq sahibləri: X8 15/16 hissə fərdi yaşayış evi və 15/80 hissə torpaq sahəsi, Cavabdeh 16/80 hissə torpaq sahəsi, İddiaçı3 16/80 hissə torpaq sahəsi, İddiaçı2 16/80 hissə torpaq sahəsi və İddiaçı1 1/16 hissə fərdi yaşayış evi və 17/80 hissə torpaq sahəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan Ağsu şəhər, H.Əliyev pr. 98 nömrəli ünvanda yerləşən ümumi sahəsi 116,30 m2 olan fərdi yaşayış evi və 0,0925 ha həyətyanı torpaq sahəsi üzrə mülkiyyətçilər arasında narazılıq yarandığı üçün bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. İddiaçılar paylı mülkiyyətdə olan Ağsu şəhər, H.Əliyev pr. 98 nömrəli ünvanda yerləşən ümumi sahəsi 116,30 m2 olan fərdi yaşayış evi və 0,0925 ha həyətyanı torpaq sahəsi üzrə paylarının naturada ayrılması, mümkün olmazsa həmin hissənin bacısı Elmira və ya digər vərəsələr (payçılar) tərəfindən ya torpaqla, ya da pulla əvəzlənməsi ilə bağlı iddia qaldırmışdır. Cavabdeh tərəf də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı keçirilmiş ekspertizanın xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7604 nömrəli rəyinə əsasən ünvan 4 ünvanındakı paylı mülkiyyətdə olan fərdi yaşayış evi üzrə İddiaçı1 1/16 hissədə payının, həmçinin torpaq sahəsi üzrə İddiaçı1 17/80 hissədə, İddiaçı2 16/80 hissədə və İddiaçı3 16/80 hissədə paylarının digər paylardan tənasüb süz zərər vurmadan ayrılması ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.008.011.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik vəsaitin tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il tarixli qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi hazırda məhkəmə araşdırması zamanı iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmiş, lakin payın naturada ayrılması mümkün olmamış, eyni zamanda belə hal olduğu təqdirdə həmin hissənin bacısı Elmira və ya digər vərəsələr (payçılar) tərəfindən ya torpaqla, ya da pulla əvəzlənməsini tələb etmiş, lakin cavabdeh tərəf iddianın rədd edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı əmlakın açıq hərracda satılması ilə bağlı iddia irəli sürməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məh kəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki işə irəli sürülmüş tələblər üzrə baxılmalı və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "torpaq münasibətləri üzrə mübahisələr" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı "paylı mülkiyyətdən payın naturada ayrılması, mümkün olmadıqda kompensassiya verilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Babək Qasımov