Məhkəmə qərarları › İş №2(016)-13/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-13/2025

03.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-13/2025 03.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Ağsu rayon Ləngəbiz Bələdiyyəsinin Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və zəbt etdiyi torpaq sahəsinin boşaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaqlarda Ləngəbiz kənd sakini Cavabdeh tərəfindən fərqli ərazilərdə qanunsuz zəbt etdiyi iki həyətyanı torpaq sahəsinin boşaldılması, həmin ərazilərdə qanunsuz tikdiyi fərdi yaşayış evinin, tövlənin və hasarlarının qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən sökülməsi, qanunsuz hərəkətlərinin qarşısı alınmaqla bələdiyyə mülkiyyətinə qaytarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ağsu rayon Ləngəbiz Bələdiyyəsinin Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və zəbt etdiyi torpaq sahəsinin boşaldılması» tələbinə dair 2(016)-13/2025 nömrəli mülki iş baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, o, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar