Məhkəmə qərarları › İş №2(016)-16/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-16/2023

23.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-16/2023 23.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçılar X31, X27, Yolçiyeva (Həsənova) Aynur Əfəndi qızı, Muradova (Həsənova) Samirə Əfəndi qızı və X23, Cavabdeh X28 iştirakları ilə, İddiaçılar X31, X27, Yolçiyeva (Həsənova) Aynur Əfəndi qızı, Muradova (Həsənova) Samirə Əfəndi qızı və X23 cavabdeh X32 qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmaqla zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmaqla Ağsu rayonu, Qaraqoyunlu kəndində yerləşən 3.5386 ha zəbt etdiyi torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə X31, X27, Yolçiyeva (Həsənova) Aynur Əfəndi qızı, Muradova (Həsənova) Samirə Əfəndi qızı və X23 mülkiyyətinə 4.35 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair AR DTXK-nin Ağsu rayon Şöbəsi tərəfindən 29 iyun 1999-cu tarixdə, JN- 0030, kod-40908018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilib verilmiş və Dövlət aktı qeydiyyat kitabında 9826 nömrəsi ilə qeyd edilmişdir. Torpaq sahəsinin cizgisi (planı) və qaiməsi (sertifikatı) tərtib edilərək Dövlət aktına əlavə edilmişdir. Həmin torpaq sahəsindən 80 sot torpaq sahəsində üzüm yetişdirmiş, qalan hissə, yəni 3.57 ha torpaq sahəsi hissəsi isə islahat zamanı əkinə yararsız sahədə yerləşmişdir. Həmin hissəni də qeyd olunduğu kimi əkib-becərmək mümkün deyildir. Çoxsaylı müraciətlərindən sonra yararsız 3.54 ha torpaq sahəsinin yaxınlığından həmin ölçü yerinə 1.70 ha torpaq sahəsi verildi. Həmin torpaq sahəsindən istifadə etmişlər. O vaxta kimi ki, 2020-ci ilin payız aylarında yaşadıqları Ağsu rayonu, Qaraqoyunlu kəndində aidiyyəti orqanların əməkdaşları torpaqları yenidən elektron xəritədə qeydə almağa başlamışlar. İstifadə etdikləri 1.70 ha torpaq sahəsi ölçülərkən həmin ərazidə 3.54 ha sahə adlarına qeyd olunub və bu elektron xəritədə də əksini tapmışdır. Lakin yer adlarına qeyd edilsə də Ağsu rayonu Qaraqoyunlu kənd sakini X34 tərəfindən istifadə olunur. Məsələnin həllinin tapması üçün müxtəlif ünvanlara, konkret olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin Ağsu rayonunda yerləşən şöbəsinə, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestrinə, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat MMC-nin Ağsu Layihə Tədqiqat İdarəsinə müraciət edərək 3.54 ha torpaq sahəsinin mülkiyyətlərində olmasının müəyyən edilməsini xahiş etmişlər, lakin həmin ərazinin mübahisəli olduğunu bildirmişlər. Dəfələrlə cavabdehlə birlikdə torpaq idarəsində olsalar da cavabdeh mübahisəli ərazidən, yəni onlara aid olan ərazidən çıxmayacağını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçılar iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, yerin yəni akta düşən torpaq sahəsini müvəqqəti istifadə edirdik, elektron bölgü gələndən sonra müəyyən edildi ki, iddiaçının torpaq sahəsi əslində cavabdehin istifadə etdiyi torpaq sahəsidir. Belə çıxır ki, onun da torpaq sahəsini başqası idarə edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0030 nömrəli, kod- 40908018 olan Dövlət aktından görünür ki, Ağsu rayonu, Qaraqoyunlu kəndində X31, X27, X29, X24 və X23 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 4.35 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0027 nömrəli, kod- 40908018 olan Dövlət aktından görünür ki, Ağsu rayonu, Qaraqoyunlu kəndində X28 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3.89 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan “X11 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin M/55 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-0030 nömrəli, kod- 40908018 olan Dövlət aktı əsasında iddiaçılar X31, X27, Yolçiyeva (Həsənova) Aynur Əfəndi qızı, Muradova (Həsənova) Samirə Əfəndi qızı və X23 mülkiyyətinə verilmiş Ağsu rayonu, Qaraqoyunlu kəndi ərazisində yerləşən 4.35 ha torpaq sahəsi ilə JN-0027, Kod 40908018 nömrəli Dövlət aktı əsasında X28 mülkiyyətinə verilmiş Ağsu rayonu, Qaraqoyunlu kəndində yerləşə 3.89 ha torpaq sahələri üst-üstə düşmür. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının X30 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 243 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 4 nömrəli təsərrüfatbaşına kitabının 332 nömrəli təsərrüfatında, Ağsu rayonunun Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının X30 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 277 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3 nömrəli təsərrüfatbaşına kitabının 201 nömrəli təsərrüfatında, Ağsu rayonunun Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının X30 Ərazi Dairəsi üzrə Nümayəndəlinin 275 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 4 nömrəli təsərrüfatbaşına kitabının 332 nömrəli təsərrüfatında, Ağsu rayonunun Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının X30 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 274 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 4 nömrəli təsərrüfatbaşına kitabının 332 nömrəli təsərrüfatında, Ağsu rayonunun Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının X30 Ərazi Dairəsi üzrə Nümayəndəliynin 276 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X2 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 4 nömrəli təsərrüfatbaşına kitabının 350 nömrəli təsərrüfatında, Ağsu rayonunun Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0030 nömrəli, kod-40908018 olan Dövlət aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 4.35 ha torpaq sahəsi ilə “Torpağa mülkiyyət hüququna dair” JN- 0027 nömrəli, kod-40908018 olan Dövlət aktı əsasında cavabdehin mülkiyyətinə verilmiş 3.89 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçıların mülkiyyətinə verilmiş 4.35 ha torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir müdaxilənin olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi sübut edilmədiyindən, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, ekspertizanın dəyəri olan 300 manat məbləğində pul vəsaiti iddiaçılar X31, X27, Yolçiyeva (Həsənova) Aynur Əfəndi qızı, Muradova (Həsənova) Samirə Əfəndi qızı və X22 müştərək qaydada alınaraq “X11 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin VÖEN: **********, AZ37NABZ******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçılar X31, X27, Yolçiyeva (Həsənova) Aynur Əfəndi qızı, Muradova (Həsənova) Samirə Əfəndi qızı və X23 cavabdeh X32 qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmaqla zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiaları təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti iddiaçılar X31, X27, Yolçiyeva (Həsənova) Aynur Əfəndi qızı, Muradova (Həsənova) Samirə Əfəndi qızı və X22 müştərək qaydada alınaraq “X11 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin VÖEN: **********, AZ37NABZ******************** hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar