Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-168/2023 14.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, X2 iştirakı ilə, X2 maraqlı şəxs Ağsu Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X9 02 may 2016-cı il tarixdə Ağsu şəhərində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X6 ilə 08 yanvar 2015-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 02 may 2016-cı il tarixdə ev şəraitində Nərmin adlı qız uşaqları dünyaya gəlmişdir. Uşaq dünyaya gəldikdən sonra bir neçə dəfə doğum haqqında şəhadətnamə almaq üçün şifahi olaraq müvafiq orqanlara müraciət etmişlər, lakin hər dəfə müxtəlif sənədlər tələb edilmiş və bu səbəbdən hazırkı vaxta kimi ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda qızı Nəzrinin doğum haqqında şəhadətnaməsinin olmaması onun təhsilinə, gələcəkdə şəxsiyyəti təsdiq edən sənədin alınmasına maneçilik törədəcəkdir. O, Ağsu Rayon Qeydiyyat Şöbəsinə bu barədə müraciət etsə də doğum haqqında şəhadətnamə verilməmiş və bu barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 arasında olan nikah xx.xx.2015-ci il tarixdə Ağsu Rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gündə 04 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 Nərmin Taleh qızı ilə birgə ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Ağsu Rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanan məktubdan görünür ki, 02 may 2016-cı il tarixdə anadan olduğunu qeyd etdiyi bir nəfər qız uşağı Ağsu Rayon Qeydiyyat şöbəsində qeydə alınmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi qonşusudur. Doğuş zamanı onlarda olmuşdur. Doğuş zamanı İbrahimova Soltanxanım evdə bir qız uşağı dünyaya gətirmişdir. X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, ərizəçinin qayınanasıdır. Uşaq evdə olmuşdur. 02 may 2016-cı il tarixdə gecə tibb bacısı olan bibisi qızını çağırmış və uşaq olmuşdur. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə – X4 Ağsu şəhərində xx.xx.2016-cı il tarixdə qız uşağının doğum faktının müəyyən olunması tam sübuta yetirildi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi qeyd edilən qız uşağının doğumunun qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmadığına görə ona doğumun qeydə alınmasından imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin uşağın şəxsiyyətini təsdiq edən sənədin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin uşağın doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi uşağın doğumunu qeydə almaqdan imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin uşağın doğumunu qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi uşağının doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə uşağın doğulması ərizəçinin izahatı və işin digər sübutları ilə təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 xx.xx.2016-cı il tarixdə Ağsu şəhərində bir qız uşağı doğması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-168/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-168/2023
14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver