Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-17/2023 09.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, X1 iştirakı ilə, X1 maraqlı şəxs Ağsu Rayon Notariat Ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2000-ci ildə vəfat etmiş X6 ilə xx.xx.1974-cü ildə vəfat etmiş X3 qohumluq münasibətlərinin, yəni bacı olmaları faktının müəyyən edilməsi, xx.xx.2000-ci ildə vəfat etmiş X2 miras qalmış Ağsu rayonu, Kəlağaylı kəndində yerləşən, “Torpağa mülkiyyət hüqquna dair” JN-0050, kod 40914048 dövlət aktına əsasən 0,85 ha torpaq sahəsi üzrə onun mirası qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xalası X6 xx.xx.2000-ci il tarixdə Ağsu rayonu, Kəlağaylı kəndində vəfat etmişdir. O, mərhum xalasından miras qalmış torpaq sahəsini və digər əmlakları qəbul etmək üçün Ağsu rayonu Notariat ofisinə müraciət etmiş, lakin mərhum X6 ilə mərhum X3 doğum akt qeydləri qeydiyyat orqanlarında tapılmadığından onların bacı olmasını təsdiq edən faktları notariat ofisinə təqdim edə bilməmişdir. Mərhum ölümündən qabaq, yəni xx.xx.2000-ci ildə bütün əmlaklarını ona vəsiyyət etmişdir. Hazırda mərhumdan miras qalmış əmlakları vərəsəlik qaydasında əldə etmək üçün onların qohumluq faktı müəyyən edilməlidir. Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2000-ci ildə vəfat etmiş X6 ilə xx.xx.1974-cü ildə vəfat etmiş X3 qohumluq münasibətlərini, yəni bacı olmaları faktının müəyyən edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ünvanladığı məktubla notariat ofisinin iş rejiminin nəzərə alınmaqla nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşə əlavə edilmiş “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1974-cü ildə Ağsu rayonu, Kəlağaylı kəndində vəfat etmişdir. İşə əlavə edilmiş “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2000-ci ildə Ağsu rayonu, Kəlağaylı kəndində vəfat etmişdir. İş materiallarında olan Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla ərizəçinin anası X7 ilə xalası X4 doğumları haqqında akt qeydlərinin şöbədə aşkar edilməməsi bildirilmiş və ona məhkəmə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Ağsu rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X7 və X6 barəsində Ağsu rayon Polis şöbəsinin Q və ŞVQ-nın mövcud kartotekasında heç bir anket məlumatları qeydə alınmamışdır. İş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi ilə qohumluq əlaqəsi vardır. O, X7 və X5 tanıyır. Onlarla eyni kəndə yaşamışlar. Onları bacı olmasını təsdiq edir. Onların hüzür mərasimlərində iştirak etmişdir. 1974-cü il fevral ayında Camal, 2000-ci il avqust ayında isə Səkinə rəhmətə getmişdir. İş üzrə şahid qismində dindirilmiş X12 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun qohumudur. Mərhumların hər ikisinin hüzürlərində yaxından iştirak etmişdir. 1974-cü ildə Camal, 2000-ci ildə Səkinə rəhmətə getmişdir. Göründüyü kimi, ərizəçinin izahatı və işin digər materialları ilə X7 ilə X4 bacı olmasına dair qohumluq əlaqəsinin olması faktı tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Camal Allahverdi qızı ilə X4 bacı olmasına dair qohumluq əlaqəsinin olması faktının müəyyən edilməsinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi həmin qohumluq əlaqələrinin olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, Camal Allahverdi qızı ilə X4 bacı olmasına dair qohumluq münasibətlərinin müəyyən edilməsinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilməsi üçün hüquqi əhəmiyyəti vardır. Ərizəçi qohumluq münasibətlərini təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Buna görə də, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2000-ci ildə vəfat etmiş X6 ilə xx.xx.1974-cü ildə vəfat etmiş X3 bacı olmalarına dair qohumluq münasibətləri müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-17/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-17/2023
09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver