Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-22/2024 16.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə arasında 19 aprel 2013-cü ildə 05 nömrə ilə qeyd edilmiş nikahın pozulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağsu rayonu, Ağarx kəndində qeydiyyatdadır. Cavabdehlə 19 aprel 2013-cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 uşaqları dünyaya gəlmişdir. Rəsmi nikaha daxil olandan sonra, onların xasiyyətləri uyğun gəlməmiş və həmin səbəbdən də aralarında tez-tez mübahisələr olmuşdur. O, cavabdehi yaxşı tanımamış və xasiyyətinə yaxşı bələd olmamışdır. Ona görə də cavabdehlə aralarında olan ailə, ər-arvad münasibətləri bir ildən çoxdur ki, kəsilmişdir. Hesab edir ki, nikahının bərpası münkünsüzdür, cavabdehlə barışmaları və ailəni yenidən bərpa etmək mümkün deyildir. Cavabdehin ailəsini qoruyub saxlamaq, ailəsinə sadiq olmaq məqsədi olmamışdır. Nikahının pozulması üçün mediasiyaya müraciət etmişdir. Cavabdeh isə mediasiyaya gəlməkdən imtina etmişdir. Ona görə də nikahları məhkəmə qaydasında pozulmalıdır. Birgə nikahından üç övladları, 30 aprel 2013-cü il təvəllüdlü X3, 13 aprel 2014-cü il təvəllüdlü X1, 07 fevral 2017-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-T seriyalı 026906 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X5 arasındakı nikah 19 aprel 2013-cü il tarixdə rəsmiləşdirilmiş, İddiaçı “Ağarəhimov”, X2 “Ağarəhimova” soyadı verilmişdir. - AZ-İİİ seriyalı 005403 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası “İddiaçı”, anası “Cavabdeh” olması qeyd edilmişdir. - AZ-İİİ seriyalı 209170 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2014-cü il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası “İddiaçı”, anası “Cavabdeh” olması qeyd edilmişdir. - AZ-İİİ seriyalı 688619 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası “İddiaçı”, anası “Cavabdeh” olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərə barışmaları üçün vaxt təyin edilmiş, onlar təyin edilmiş müddət ərzində barışmamışlar. Hazırda isə iddiaçı nikahın pozulmasını təkid edir. AM-in 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan, habelə tərəflərə barışmaları üçün təyin edilmiş müddət ərzində tərəflər barışmadıqlarından və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, tərəflərin nikahları pozulmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 19 aprel 2013-cü il tarixdə Ağsu Rayon Bozavand Kənd İcra Nümayəndəliyində 05 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-22/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-22/2024
16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver