Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-248/2025 04.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdehlər Cavabdeh, üçüncü şəxslər X5, X1, X3, X4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılaraq baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdehlər Cavabdeh, üçüncü şəxslər X5, X1, X3, X4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dövlət büdcəsinə 23035.93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Ağsu rayonu, Kəndoba Ə/D, Abasxanlı kəndində yerləşən, JN0029, KOD40910058 nömrəli Dövlət Aktına əsasən X5 və onun ailə üzvləri olan X1, X3, X8, Cavabdeh ümumi birgə mülkiyyətində olan 3,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh payının ayrılaraq naturada müəyyən edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Torpağa mülkiyyət hüququna dair JN-0029, kod-40910058 olan Dövlət Aktının surətindən görünür ki, X5 və onun ailə üzvləri olan X2, X3, X8, Cavabdeh ümumi birgə mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 06 avqust 1998-ci il tarixli qərarı ilə 3,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - Şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh vergi ödəyicisidir (VÖEN: **********) - 4 saylı Ərazi Vergilər İdarəsi rəisinin əmlakın siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərarı ilə vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması qərara alınmışdır. - Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli, **********4 saylı Protokoldan görünür ki, protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cavabdeh ünvanladığı məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli inzibati şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 63.1-ci maddəsinə uyğun olaraq Dövlət Vergi Xidmətinin Aparatının İnzibati şikayətinə baxılır. Şikayətə baxılmanın nəticəsi barədə cavab veriləcəkdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-248/2025 saylı qərardadına əsasən, Ağsu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 2(016)- 248/2025 saylı qərardadından iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X9 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 2(016)-248/2025 saylı qərardadından iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X9 tərəfindən verilmiş şikаyət bахılmаsı üçün 7 gün müddətində mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-669/2025 saylı qərardadına əsasən, iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli 2(016)-248/2025 saylı qərardadı ləğv edilmiş və məhkəmə aidiyyəti məsələsi yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin Ağsu Rayon Məhkəməsinə qaytarılması qət edilmişdir. Məhkəmə, iş materiallarını aradıraraq hesab edir ki, hazırki iş aidiyyatı üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il 10 nömrəli Qərarının: 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; 33-cü maddəsinə əsasən fərdi sahibkarlar, yəni sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi orqanlarında uçota alınır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə verdi orqanı ilə fərdi sahibkar (VÖEN-i olan Cavabdeh) arasında yaranmış, həmçinin mübahisənin predmeti və xarakteri də sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, hazırki iş üzrə tərəflər arasında yaranan mübahisə kommersiya mübahisəsidir (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir). MPM-in: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdehlər Cavabdeh, üçüncü şəxslər X5, X1, X3, X4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 31.1, 35.1, 44, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdehlər Cavabdeh, üçüncü şəxslər X5, X1, X3, X4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehə məxsus payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-248/2025
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-248/2025
04.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver