Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-339/2023 17.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bir ədəd Belarus-1221 markalı traktorun tam bərpası üçün hesablanmış 491 manat dəymiş maddi ziyanın və 30 manat dövlət rüsumunun-cəmi 521 manat məbləğin X1 tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş məhkəməyə göndərildikdən sonra cavabdeh tərəfindən texnika təmir edilərək nasazlıq aradan qaldırılmışdır. Bu səbəbdən, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, mülki işin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından müəyyən olunur ki, iddiaçı qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Belə ki, o iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cəmi 30 manat dövlət rüsumu ödəmişdir. MPM-in 114.1.3-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən “Hökumət ödəniş portalı” vasitəsilə xx.xx.2023-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair 2(016)-339/2023 nömrəli mülki iş baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC tərəfindən “Hökumət ödəniş portalı” vasitəsilə xx.xx.2023-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-339/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-339/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver