Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-38/2023 09.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X16 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı X1, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X5 iştirakları ilə, İddiaçı X1 cavabdeh X8 qarşı "torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh X9 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın reyestr nömresi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışla X1 adına rəsmiləşdirilmiş, cavabdehin zəbt edərək istifadə etdiyi əmlak hüquqları Həmzəliyev Salehə məxsus olan torpaq sahəsinin boşaldılması-zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X3 məxsus Ağsu rayonu Nuran kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışla X1 adına rəsmiləşdirilmişdir. Müvafiq qurumdan əmlak hüquqları Həmzəliyev Salehə məxsus olan torpaq sahəsinin ümumi sahəsi 42,3175 ha-dır (Torpağın çıxarışı əlavə olunur).Cavabdeh X11 iddiaçıya məxsus 2 ha torpaq sahəsini 5 ildir ki, əkib becərir və faydasını götürür. Torpaq sahəsinin kadastr ölçüləri vardır (iddia ərizəsinə əlavə olunur).2020-ci il tarixdə Həmzəliyev Saleh öz vəsaiti hesabına Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinin Ağsu şöbəsinə müraciət etmiş və həmin idarədən ********** olan çıxarışia iddiaçıya məxsus torpaq sahəsinin elektron kordinatları əsasında naturada olan sərhədləri Şöbənin əməkdaşı Mirzəyev Elnur tərəfindən göstərilmişdir. Sərhəd kimi arxlar çəkilmişdir. Sonradan buna cavabdeh tərəfindən məhəl qoyulmamış və öz istədiyi kimi davranmışdır. Belə ki, iddiaçı tərəfindən iddiaçının özünə məxsus zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə cavabdehə dəfələrlə şifahi qaydada xəbərdarlıq olunsa da o, buna məhəl qoymamışdır. Beləliklə cavabdeh əmlak hüquqları iddiaçıya məxsus torpaq sahəsini nəinki qanunsuz sahiblikdən geri qaytarmamış, hətta qanunsuz istifadəyə davam etmişdir. İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə cavabdeh X9 qarşı “torpaq sahəsinin boşaldılması” ilə bağlı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Muradov Namiq tərəfindən Həmzəliyev Salehə məxsus torpaq sahəsinin boşaldılmasını, verilmiş mülki iddia ilə bağlı iddiaçının çəkdiyi xərclərin, məhkəmə rüsumunun, ekspertə və mütəxəssisə ödədiyi xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ona məxsus Ağsu rayonu Nuran kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışla onun adına rəsmiləşdirilmişdir. Əmlak hüquqları ona məxsus olan həmin torpağın ümumi sahəsi 42,3175 ha-dır. İddiaçıya məxsus olan torpaq sahəsi cavabdeh Muradov Narmiqə məxsus digər torpaq sahəsi ilə qonşuluqda yerləşir. Bu səbəbdən iddiaçı və cavabdeh arasında sürüşmə və ya digər səbəbdən torpaqların naturada olan istifadəsi ilə sənəddə göstərilən sahəni müqayisə etdikdə 2 ha-dan çox çatışmazlıq müəyyən olunur. O, öz hüquqlarını və qanuni maraqlarını qorumaq və bərpa etmək üçün cavabdeh Muradov Namiqə qarşı Ağsu Rayon Məhkəməsində müvafiq mülki iddia qaldırmışdır. Həmin mülki iddianın həlli zamanı məhkəmə ekspertizası təyin edilmişdir. Eskpertiza rəyinin verilməsi üçün o, mütəxəssis rəyinin vacib olduğunu hesablaya və düşünə bilməmişdir. İş üzrə ekspertiza rəyi təyin olunsa da həmin ekspert rəyi ilə bağlı mütəxəssis rəyi və yerqurluşu planının verilməsi üçün № 117 Smeta xərclərinin mövcudluğu məhkəmə baxışında ona məlum olmuşdur. Çünki o, məhkəməyə müraciət etdiyi zaman çıxarışlı sənədi təqdim etmişdir. Həmin sənədlə bağlı ekspertiza keçirilməsi təşəbbüsü isə məhkəməyə məxsus olmuşdur. Yəni dəyişilməsi və yenidən formalaşması məhkəmədən xahiş olunacaq iddia predmeti əvvəlcədən deyil, ona məhkəmə baxışı zamanı məlum olmuşdur. Belə olan halda o, həmin məsələnin həlli üçün ekspertiza təyin olunması, ekspert rəyinin verilməsi üçün mütəxəssis rəyinin vacibliyini, bütün bunlar üçün müəyyən smetanın zəruriliyini əvvəlcədən hesablaya və planlaşdıra bilməzdi. Həmin smeta üzrə ödənişi o, ödəmişdir. Ekspert rəyində də onun torpağının zəbt olunması bir daha təsdiq olunmuşdur. Odur ki, iddianın tam təmin olunmasını xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, X3 məxsus Ağsu rayonu Nuran kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışla X1 adına rəsmiləşdirilmişdir. Müvafiq qurumdan əmlak hüquqları Həmzəliyev Salehə məxsus olan torpaq ümumi sahəsi 42,3175 ha-dır. Cavabdeh X11 iddiaçıya məxsus 2 ha torpaq sahəsini 5 ildir ki, əkib becərir və faydasını götürür. Torpaq sahəsinin kadastr ölçüləri vardır. 2020-ci ildə Həmzəliyev Saleh öz vəsaiti hesabına Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinin Ağsu şöbəsinə müraciət etmiş və həmin idarədən ********** olan çıxarışla iddiaçıya məxsus torpaq sahəsinin elektron kordinatları əsasında naturada olan sərhədləri Şöbənin əməkdaşı Mirzəyev Elnur tərəfindən göstərilmişdir. Sərhəd kimi arxlar çəkilmişdir. Sonradan buna cavabdeh tərəfindən məhəl qoyulmamış və öz istədiyi kimi davranmışdır. Bələ ki, iddiaçı tərəfindən iddiaçının özünə məxsus zəbt olunmuş torpaq sahəsi boşaldılması barədə cavabdehə dəfələrlə şifahi qaydada xəbərdarlıq olunsa da o, buna məhəl qoymamışdır. Beləliklə cavabdeh iddiaçıya məxsus torpaq sahəsini nəinki qanunsuz sahiblikdən geri qaytarmamış, hətta qanunsuz istifadəyə davam etmişdir. Mülki iş üzrə ekspertiza təyin edilmiş, lakin ekspertizanın keçirilməsi üçün smeta pulu ödənilmədiyindən ekspertizanın keçirilməsindən imtina edilmişdir. Sonradan iddiaçı həmin məbləği ödəyərək məhkəməyə təqdim etmişdir. Hazırda tərəflərindən iddia tələbinin predmeti dəyişdirilərək məhkəməyə bu barədə ərizə təqdim etmişlər. Odur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın boşaldılması və mülki iddia üzrə iddiaçının çəkdiyi bütün xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etdi. Cavabdeh X12 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı X10 ona qarşı “Torpaq sahəsinin boşaldılmasına dair” ərizə ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş və tərəfindən onun mülkiyyətində olan torpaq sahəsini zəbt etdiyi üçün həmin ərazinin boşaldılması barəsində qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 2011-ci il tarixdən bəri onda olan sənədlərə əsasən torpaq sahəsindən istifadə etmişdir. Məhkəmənin təyin etdiyi ekspertiza rəyləri ilə tanış olduqdan sonra, birmənalı olaraq diqqətə çatdırır ki, məhkəmə qərardadları ilə ekspertiza qarşısında qoyulan suallara mütəxəssis və ekspert rəyləri tam və əhatəli cavablandırılmamış, mübahisəli torpaq sahəsinin koordinatları düzgün müəyyənləşdirilməmiş və nəticədə faktiki 13 ildən çox müddətdə istifadə etdiyi və xx.xx.2021-ci ildə ********** nömrəsi ilə qeydiyyata alınmış Çıxarışa əsasən mülkiyyətində olan 16,2 hektar torpaq sahəsinin 2,46 hektarının iddiaçı X3 qeydiyyat nömrəsi ********** olan Çıxarışla 2020-ci ildə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi üzrə gəldiyi rəyi məhkəmənin yekun qərar çıxarılması üçün əsas sayıla bilməz. Ədliyyə Nazirliyi Məhkəmə X2 rəyi 14 saylı Şamaxı Ərazi İdarəsinin məlum mütəxəssis rəyinə əsasən hazırlanmışdır. Mütəxəssis rəyinə əlavə edilmiş iddiaçıya və mənə məxsus torpaq sahələrinin yerləşmə sxemində ona məxsus torpaq sahəsinin koordinatları mülkiyyət hüququnu təsdiq edən ******* nömrəsi olan çıxarışdakı koordinatlarla ziddiyyət təşkil edir və bu koordinatlar üzləşmir. Buna görə də belə nəticəyə gəlinir ki, mübahisəli torpağın koordinatları düzgün müəyyən edilməmiş və bu hala aydınlıq gətirilməlidir. Digər tərəfdən əgər mübahisəli torpaq sahəsinin üst-üstə düşməsi faktı öz təsdiqini tapsa belə, bu halda iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, mübahisəli olan və üst-üstə düşən 2,46 hektar torpaq sahəsinə mülkiyyət hüququ ona qeyd etdiyi kimi 2011-ci ildə verilmiş, iddiaçıya isə bu hüquq 2020-ci ildə, yəni 9 il sonra təqdim olunmuşdur. Buradan belə bir nəticəyə gəlinir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçıya mülkiyyət hüququ verən çıxarışda həmin həcmdə əsassız hesab edilməli və dəyişiklik olunaraq, azaldılmalı və bu əraziyə mülkiyyət hüququ tanınmalıdır. İddia tələbi ilə bağlı etiraz ərizəsi ilə mraciət etmişdir. Eyni zamanda qeyd etdikləri barədə vəsatətlə məkəməyə müraciət etmiş, buna uyğun növbəti prosessual hərəkətlərin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi X13 göstərdi ki, iş üzrə təyin edilmiş ekspertizada mütəxəssis qarşısında qoyulmuş suallar onun tərəfindən araşdırılmışdır. Bununla bağlı tərəflərin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirilmiş və geodeziya ölçmə işləri aparılmışdır. Nəticədə daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 məxsus 42,3175 hektar torpaq sahəsinin və Daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********22 olan, qeydiyyat nömrəsi ********** olan (Seriya MA Na 0221928) və Daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********07 olan, qeydiyyat nömrəsi ********** olan (Seriya MA Na 0221889) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən X9 məxsus 16,222632 və 4,970541 hektar torpaq sahələrinin ayrı-ayrılıqda sərhədləri, koordinatları, konfiqurasiyaları və sahəsi dəqiq müəyyən edilmişdir. Qərardadın 2-ci sualı üzrə müəyyən edilmişdir ki, elektron baza məlumatlarına əsasən cavabdeh X7 naturada faktiki istifadə etdiyi torpaq sahəsinin 2,46 ha hissəsi X3 reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi ********** olan çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Rəyə əlavə olunmuş sxemdə üst-üstə düşən hissə dəqiq göstərilmişdir. Hazırda da Ağsu rayonunun inzibati ərazisində məhkəmə mübahisəsi predmeti olan torpaq sahələrinin yerləşmə sxemini məhkəməyə təqdim etmişdir. Qeyd edir ki, Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Qanunun tələbinə görə hazırki vaxta kimi, yəni qanunun təsdiq olunmsına qədər ölçülərək sənədləşdirmə aparılmış hər hansı torpaq sahələri üzrə rəqəmsal kadastr xəritəsi formalaşdırılır. Bununla bağlı torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilir. Uyğunsuzluq müəyyən ediləndə bunun aradan qaldırılması ilə bağlı layihələr tərtib olunur. Yəni hazırki mübahisə predmeti olan torpaq sahələri üzrə də yeni kadastr xəritəsi formalaşdırıldığından, hansı sənədin ilk öncə qeydiyyata alınmasında asılı olmayaraq nəticə olaraq hazırki məlumatlar əsas götürülür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Ağsu rayonu Nuran kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi sahəsi 42,3175 ha-dır. Reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi ********** olan çıxarışla X1 adına daşınmaz əmlakın dövlət reyestrində 78 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AA seriyalı, 541939 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, X1 mülkiyyətində olan Ağsu rayonu, Nuran kəndində yerləşən 42,3176 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2020-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu Nuran kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı ümumi sahəsi 16,222632 ha olan torpaq sahəsi xx.xx.2011-ci il tarixdə, **********22 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AA seriyalı, 011056 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Ağsu rayonu, Nuran kəndində yerləşən 16,2226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2011-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu Nuran kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı ümumi sahəsi 4,970541 ha olan torpaq sahəsi xx.xx.2011-ci il tarixdə, **********07 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AA seriyalı, 011041 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Ağsu rayonu, Nuran kəndində yerləşən 4,9705 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2011-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfinən 100 manat dövlət rüsumu ödənilmişdir. - 6032 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına 794 manat smeta pulu ödənilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmətorpaqşünaslıq ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4765 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, qərardadın 1-ci sualı üzrə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi Əkrəm Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, Daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 məxsus 42,3175 hektar torpaq sahəsinin və Daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********22 olan, qeydiyyat nömrəsi ********** olan (Seriya MA Na 0221928) və Daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********07 olan, qeydiyyat nömrəsi ********** olan (Seriya MA Na 0221889) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən X9 məxsus 16,222632 və 4,970541 hektar torpaq sahələrinin ayrı-ayrılıqda sərhədləri, koordinatları, konfiqurasiyaları və onlar arasındakı məsafənin koordinatları dəqiq müəyyən edildi. Qərardadın 2-ci sualı üzrə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi Əkrəm Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, Elektron baza məlumatlarına əsasən cavabdeh X7 naturada faktiki istifadə etdiyi torpaq sahəsinin 2,46 ha hissəsi X3 reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi ********** olan çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Rəyə əlavə olunmuş sxemdə üst-üstə düşən hissə göstərilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı X1 mülkiyyətində ümumi sahəsi 42,3175 ha olan torpaq sahəsi mövcuddur. Həmin ərazidə, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli və MA seriyalı, ******* nömrəli çıxarışlarına əsasən cavabdeh X7 mülkiyyətində müvafiq olaraq ümumi sahəsi 16,222632 ha və 4,970541 ha olan torpaq sahəsi mövcuddur. Cavabdehin naturada faktiki istifadə etdiyi torpaq sahəsinin 2,46 ha hissəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmüş, iddiaçı tərəfindən ona məxsus zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə cavabdehə dəfələrlə şifahi qaydada xəbərdarlıq edilsə də torpaq sahəsi nəinki geri qaytarılmamış, hətta istifadəsi davam etdirilmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, elektron baza məlumatlarına əsasən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4765 saylı ekspert rəyi ilə) cavabdeh X7 naturada faktiki istifadə etdiyi torpaq sahəsinin 2,46 ha hissəsinin X3 reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi ********** olan çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyətin üç formasını - dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasını təsbit etmişdir. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələri müəyyən edir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 239.2-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydalarının 5.2-ci maddəsinə əsasən ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3-cü maddəsinə əsasən sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli torpaq sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Həmin torpaq sahəsinə hər hansı bir hüququ mövcud olmayan cavabdehin bu mübahisəli torpaq sahəsini zəbt etməsi nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Ona görə də cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi boşaldılmalı və iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmiş, eyni zamanda ekspertizanın keçiriməsi üçün xx.xx.2023-cü il tarixdə 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına 794 manat smeta pulu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 794 manat smeta pulu cavabdehə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci də cavabdehdən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı X1 mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdeh X12 tərəfindən zəbt edilmiş 2,46 ha hissəsi boşaldılmalı, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 794 manat mütəxəsisə ödənilmiş pul cavabdeh X4 alınaraq iddiaçı X3 verilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti X4 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********65 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı X1 mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdeh X12 tərəfindən zəbt edilmiş 2,46 ha hissəsi boşaldılsın. Məhkəmə xərcləri cavabdeh X8 aid edilsin, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 794 manat mütəxəsisə ödənilmiş pul cavabdeh X4 alınaraq iddiaçı X3 verilsin, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti X4 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-38/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-38/2023
09.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver