Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-482/2023 17.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «torpağın qanunsuz sahiblikdən qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağsu rayonunun Növcü kəndində yerləşən vərəsəlik hüququ ilə ona və bacılarına məxsus olan 0,49 ha həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən ona qaytarılmasını və dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X7 xx.xx.2012-ci ildə vəfat etmişdir. Mərhum atasına ünvan 1ində ümumi sahəsi 0.49 ha olan torpaq sahəsi məxsus olmuşdur. 27 iyul 1998-ci ildə Ağsu rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ünvan 1ində yerləşən, ümumi sahəsi 0.49 ha olan, fərdi yaşayış evi, həyətyanı sahə məqsədli torpaq sahəsi anası X8, bacıları Sahibova (Şiraliyeva) Sehranə Şiralı qızı və X9 və onun mülkiyyətinə verilmişdir. Ağsu rayon Notariat Ofisinin verdiyi 01 avqust 2022-ci il tarixli, 2V- 189 nömrə ilə qeyd edilmiş Qanun üzrə X13 Şəhadətnaməyə əsasən o, atasının qanuni varisidir. Həmçinin, X13 Şəhadətnaməyə əsasən atasının hüquqi varisləri olan bacıları ona etibarnamə verərək həmin torpağı və fərdi evi öz adına keçirməyinə razılıq vermişlər. Xaricdə olmağı və xəstəliyi ilə əlaqədar rayona tez-tez gedib-gələ bilmirdi. Özü Bakıda yaşayır. 2022-ci ildə ata yurduna gedib görmüşdür ki, ünvan 1 sakini Cavabdeh atasına məxsus həyətyanı sahəni özbaşına zəbt edib, həyətdə olmuş və atasına məxsus olmuş fərdi evi isə qanunsuz şəkildə söküb-dağıdaraq yerini də buldozerlə düzləmişdir ki, izi itirsin. O, Cavabdeh niyə belə etdiyini soruşduqda cavab vermişdir ki, buranı alıb. Əgər o, atasının qanun üzrə hüquqi varisidirsə cavabdeh bunu kimdən alıb? Bu tam olaraq absurddur. O cavabdehə heç nə satmamışdır. Həmin torpaq sahəsində yerləşən ata evi 3 otaqlı 133 kv metrlik 1 mərtəbəli fərdi evdən və 31.40 kv m. olan başqa tikililərdən ibarət olmuşdur. Göründüyü kimi, Cavabdeh özgənin əmlakını qanunsuz şəkildə zəbt edərək və vərəslik hüququ ilə ona məxsus fərdi evi dağıdaraq ona küllü miqdarda maddi və mənəvi zərər vurmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, o, JN-078A, Kod: 40912018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsinə “Qanun üzrə X13” Şəhadətnamə əldə etməmişdir. Orada göstərilən torpaq sahəsi həyətyanı torpaq sahəsidir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, o, həmin torpaq sahəsini 2.400 ABŞ dollarına iddiaçının atasından almışdır. Ona görə də həmin torpaq sahəsi ona məxsusdur. İddia tələbi əsassızdır. O, torpaq sahəsini alanda iddiaçı Rusiyada yaşayırdı. Göstərilənlərə əsasən, iddia tələbinin rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan JN-078A, Kod: 40912018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, X7, X10, X4, İddiaçı və X1 mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 27 iyul tarixli 08 nömrəli qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüatının bağı üçün 0,49 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İİ 247618 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2V-188/2022 nömrəli “Qanun üzrə X13” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 vərəsələri İddiaçı, X11 və X5r və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3.6248 ha. olan torpaq sahəsindən X6 çatan hissədən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2V-189/2022 nömrəli “Qanun üzrə X13” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 vərəsələri X11, X12 və İddiaçıdur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.4011 ha. olan torpaq sahəsindən X6 məxsus olan hissədən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş reyestr nömrəsi **********07 olan çıxarışdan görünür ki, 1.4011 ha torpaq sahəsi X11, X12, İddiaçı, X10 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mübahisəli torpaq sahəsinə hər hansı hüququ əmələ gəlmədiyindən, onun mövcud iddia tələbi ilə çıxış etmək hüququ da olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin əmlaka dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3.6248 ha. və 1.4011 ha. olan torpaq sahələrinə dair xx.xx.2022-ci il tarixli “Qanun üzrə X13” Şəhadətnamələr əldə etsə də, JN-078A, Kod: 40912018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,49 ha torpaq sahəsi miras əmlaka daxil edilməmiş və iddiaçı orda göstərilən torpaq sahəsinə dair “X13” Şəhadətnamə əldə etməmişdir. İddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “dəymiş zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddianın həmin hissəsi də əsassızdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun tutulması barədə hissəsini araşdıraraq hesab edir ki, Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddia əsassızdır və rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «torpağın qanunsuz sahiblikdən qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-482/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-482/2023
17.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver