Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-50/2025 10.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Maraqlı şəxsndə X2 doğum haqqında şəhadətnaməsində 05 avqust 1922-ci il tarixinə qeyd edilməsindən imtina edilməsi barədə 3-16-5/8-11-273/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının qanunsuz və əsasız hesab edilməsini, X1nun 05 avqust 1922-ci il tarixində Ağsu rayonu, Kəndoba kəndində anadan olması kimi düzəliş edilməsini və qeydə alınmasının Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci il tarixdə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuşdur. X1, 05 avqust 1922-ci ildə Ağsu rayonu Kəndoba kəndində anadan olub və xx.xx.1984-cü il tarixində dünyasını dəyişmişdir. Bu barədə Akt qeydlər kitabında xx.xx.1984-cü il tarixli 17 nömrə ilə qeyd edilmişdir. Atası dünyasını dəyişəndən sonra ondan qalan əmlaka dair payların müəyyən edilməsi üçün müraciət etmiş, X2 doğum haqqında şəhadətnaməsi olmadığından, payların bölünması mümkün olmamışdır. Atası 05 avqust 1922-ci ildə anadan olub. Bunu o, atasının özünün dediyindən və onun hər il 05 avqustda qeyd etdiyi ad günlərindən bilir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1nun 05 yanvar 1922-ci il tarixində Ağsu rayonu, Kəndoba kəndində anadan olması faktının müəyyən edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iş yükünün çoxluğu ilə əlaqədar iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Xİ-ЖГ seriyalı, 538472 nömrəli Sovet Sosialist Respublikası İttifaqı Vətəndaşının pasportunun surətindən görünür ki, X3 1922-ci ildə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuşdur. - 13 nömrəli nikahın bağlanması haqqında akt qeydindən görünür ki, X3 xx.xx.1922ci il tarixdə doğulmuşdur. - 0606 7 0001 11011974 nömrəli nikahın pozulması haqqında akt qeydindən görünür ki, X3 1922-ci il tarixdə doğulmuşdur. - 0606 8 0017 05111984 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X3 xx.xx.1922-ci il tarixdə doğulmuşdur. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş mərhum atası “X4” oğlunun doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. - Maraqlı şəxs tərəfindən Ağsu Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X2 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bəzi sənədlərdə mərhumun doğum tarixi xx.xx.1922-ci il, bəzi sənədlərdə isə xx.xx.1922-ci il kimi qeyd olunmuşdur. Beləliklə, ərizəçinin izahatı və işin digər materialları ilə – X2 Ağsu rayonu, Kəndoba kəndində xx.xx.1922-ci il tarixdə doğulması tam sübuta yetirildi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğumun qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmadığına görə ona doğumun qeydə alınmasından imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğumu qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi atasının doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 05 yanvar 1922-ci il tarixdə Ağsu rayonu, Kəndoba kəndində doğulması mötəbər sübutlar ilə təsdiq olunduğundan, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 05 yanvar 1922-ci il tarixdə Ağsu rayonu, Kəndoba kəndində doğulması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-50/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-50/2025
10.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver