Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-523/2023 18.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, X1, Maraqlı şəxslər X18 və X4 iştirakları ilə, X1 maraqlı şəxslər Ağsu Rayon Notariat Ofisi, X18 və X6 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə elektrik cərəyanının vurması nəticəsində vəfat etmiş X11 məxsus «Vaz-21074» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı 2009-cu il buraxılışlı avtomobilin X12 miras qalması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə X16 ilə 251 nömrə ilə qeyd edilmiş aktla rəsmi nikaha daxil olmuşdur. Nikah dövründə xx.xx.2021-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X26 anadan olmuşdur. Birgə nikah dövründə onun adına xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-dən AXNPU-04768 nömrəli müqaviləyə əsasən 8.458 manat kredit götürərək yoldaşına **-VZ-*** qeydiyyat nömrəli, 2009-cu il buraxılışlı, «Vaz-21074» markalı avtomobil almışlar. X2 xx.xx.2022-ci il tarixdə elektrik cərəyanının vurması nəticəsində vəfat etmişdir. Ölüm faktı Ağsu rayon Qeydiyyat şöbəsində 64 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiqlənmişdir. Lakin **-VZ-*** qeydiyyat nömrəli, 2009-cu il buraxılışlı, «Vaz-21074» markalı avtomobil X10 adına qalmışdır. Ağsu Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərardadı ilə X18 və X13 mülki iş üzrə maraqlı şəxs qismində işə cəlb olunmuşlar. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxslər X18 və X13 məhkəmə iclasında çıxış edərək bildirdilər ki, X10 mülkiyyətində olan «Vaz-21074» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin X9 mülkiyyətinə verilməsinə etiraz etmirlər. Maraqlı şəxs Ağsu Rayon Notariat Ofisi məhkəməyə ünvanladığı məktubla notariat ofisinin iş rejiminin nəzərə alınmaqla nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan AZ-İİ 253072 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 ilə X15 arasında nikah xx.xx.2018-ci ildə Ağsu rayon Qeydiyyat şöbəsində 251 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AXNPU-04768 saylı kredit müqaviləsinə əsasən ərzəçiyə 36 ay müddətinə, illik 18 % faiz dərəcəsi ilə 6.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan AZ-İİ 247334 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağsu Rayon Notariat Ofisi tərəfindən X12 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, tərəflər arasında mübahisə mövcud olduğundan, xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X18 və X13 tərəfindən verilən ərizələrdən görünür ki, onlar X11 məxsus «Vaz-21074» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin X9 mülkiyyətinə verilməsinə etiraz etmirlər. Məhkəmənin sorğusuna Baş Dövlət Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, «Vaz-21074» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə ünvan 3 ünvanında yaşayan X19, xx.xx.2015-ci il tarixdə Fizuli rayonu, Horadiz qəsəbə sakini X5, xx.xx.2017-ci il tarixdə Bərdə rayonu, Dəymədağıldı kəndi sakini X8, xx.xx.2021-ci ildə alqı-satqı müqaviləsinə əsasən Ağsu rayonu, Qaraqoyunlu kəndində yaşayan X10 adına qeydiyyata alınmış və hal-hazırda həmin vətəndaşın adına qeydiyyatdadır. Məhkəmənin sorğusuna Azərbayсan Respublikası Ədliyyə Nazirliyi X3 Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, atası X18, anası X13 olan Xəyal Şərifovun qardaşı xx.xx.1990-cı il təvəllüdlü Kamal Şərifov, bacısı xx.xx.1993-cü il təvəllüdlü Məsmə Şərifovadır. X.Şərifovun xx.xx.1991-ci il təvəllüdlü X17 ilə birgə nikahından doğulan övladları xx.xx.2019-cu il təvəllüdlü Murad Şərif və xx.xx.2021-ci il təvəllüdlü Rəsul Şərifdir. «Vaz-21074» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 mülkiyyəti olmuş olduğundan, həmin avtomobil miras əmlak kütləsidir. Miras qoyanın vəsiyyətnamə qoyması məhkəmədə müəyyən olunmamışdır. Azərbayсan Respublikası Mülki Məсəlləsinin (bundan sonra mətndə - MM) 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə hesab edir ki, buraxılış ili 2009-cu il olan, «Vaz-21074» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili miras qoyan X10 ölüm məqamı mülkiyyətində olduğundan, ərizəçi miras qoyan X10 arvadı olduğundan, həmin avtomobil miras əmlak kütləsinə daxil olduğundan, ərizəçi miras qoyanın vəfatından sonra mirası qanun üzrə qəbul etmək üçün notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməklə mirası qanun üzrə qəbul etdiyindən, ərizə bu hissədə əsaslıdır. MM-in 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, miras əmlaka dair vərəsələrin dairəsini araşdıraraq hesab edir ki, X17 miras qoyanın arvadı, X18 - atası, X13 - anası olduğundan, miras qalmış əmlaka qanun üzrə birinci növbəli vərəsədirlər. MM-in 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsə hesab olunur. X14 birinci növbəli vərəsələri olan X18 və X13 məhkəməyə ərizə təqdim edərək mülkiyyətinə verilməsinə etiraz etmirlər. Məhkəmə hesab edir ki, X11 məxsus «Vaz-21074» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun ölümündən sonra X17 tərəfindən faktiki olaraq qəbul edildiyindən və onun tərəfindən idarə olunmağa başlandığından və digər birinci növbəli vərəsələr X18 və X13 avtomobilin X1 mülkiyyətinə verilməsinə etiraz etmədiklərindən, ərizə təmin olunmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X7 miras qalmış buraxılış ili 2009-cu il, ban nömrəsi XTA**********4476 olan, «Vaz- 21074» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin X17 tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-523/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-523/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver