Məhkəmə qərarları › İş №2(016)-53/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-53/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-53/2023 23.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçılar X14 və X4, Cavabdeh X3 iştirakları ilə, İddiaçılar X14 və X4 cavabdehlər X15 və X5 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)-268/2019 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,6 kv.metr yaşayış sahəsi, 49.8 kv.metr yardımçı sahəsi 14.8 kv.metr olan üç otaqdan ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə X8 5/24 hissədə və X4 11/24 hissədə müəyyən edilmiş paylarına sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək hüquqlarının təmin edilməsi üçün onların həmin evə məcburi qaydada köçürülmələri və ödənilən dövlət rüsumunun cavabdehlərdən alınıb onlara verilməsini xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)-268/2019 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,6 kv.metr yaşayış sahəsi, 49.8 kv.metr yardımçı sahəsi 14.8 kv.metr olan üç otaqdan ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə X8 5/24 hissədə və X4 11/24 hissədə və X9 isə 8/24 hissədə bölgüsü müəyyənləşmişdir. Bundan sonra onlar “payların naturada real bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ağsu Rayon Məhkəməsinin 13 iyul 2002-ci il tarixli, 2(016)- 16/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Uzun illərdir ki hüquqları bərpa olunmur. İddiaçılar, xüsusilə Dilbər Mirzəyevanın yaşamağa yeri yoxdur. Hər ikisi məcburiyyət üzündən indiyə kimi Ağsu rayonunun Qaraqaşlı kəndində kirayə yaşayırlar. İddiaçı olaraq onlar paylarına düşən hissəni birləşdirmək və birinin payına düşən hissəni digərinə bağışlamaq şərti ilə mübahisəli evin hər hansı hissəsinə köçürülmələrinə razıdırlar, lakin dəfələrlə buna cəhd etsələr də X10 onları həyətə buraxmır və bildirir ki, yalnız dövlət nümayəndəsi gəlib yerləşdirə bilər. Vəziyyət o yerə çatıb ki, onlar zorakılıqla həyətə girsə dava-dalaş qan töküləsi həddədir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçılar iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. Cavabdeh X10 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, Şəki məhkəməsi onlara buranı heç cür bölə bilməyəcəklərini bildirmişdir. Həyətdə iki ev var, biri prezidentin sərəncamıyla tikilib, biri də köhnədən qalıb. O, əvvəlki evin bölgüsünə razıdır özü də həmin evdən pay istəyir. Cavabdeh X15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Q.Mirzəyevin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Ağsu şəhəri, X25 küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(016)-82/2018 nömrəli qətnaməsi ilə iddiaçı X9 cavabdehlər X16 və X6 qarşı miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölüşdürülməsi və miras payının naturada ayrılması tələbinə dair iddiasının qismən təmin edilməsi, mərhum X11 miras qalmış ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 64.6 kv.metr, yaşayış sahəsi 49.8 kv.metr, yardımçı sahəsi 14.8 kv.metr olan üç otaqdan ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə X8 5/12 hissədə, X4 5/12 hissədə, X17 isə 1/6 hissədə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(107)-268/2019 nömrəli qətnaməsi ilə iddiaçı X15 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(016)- 82/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X9 cavabdehlər X16 və X6 qarşı miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölüşdürülməsi və miras payının naturada ayrılması tələbinə dair iddiasının qismən təmin edilməsi, mərhum X11 miras qalmış ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 64.6 kv.metr, yaşayış sahəsi 49.8 kv.metr, yardımçı sahəsi 14.8 kv.metr olan üç otaqdan ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə X8 5/12 hissədə, X4 11/12 hissədə, X17 isə 8/12 hissədə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan X7 Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(107)- 268/2019 nömrəli qərardadı ilə X7 Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)- 268/2019 nömrəli qətnaməsindəki yanlışlıqların düzəldilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)-268/2019 nömrəli qətnaməsinin təsviri-əsaslandırıcı və nəticə hissələrində olan kəsrin məxrəcində yanlış olaraq yazılmış “12” rəqəmi “24” rəqəminə düzəliş edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçılar tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdədir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-in 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məhkəmə iclasında müəyyən edildi ki, məhkəmə aktı ilə mərhum X11 miras qalmış ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 64.6 kv.metr, yaşayış sahəsi 49.8 kv.metr, yardımçı sahəsi 14.8 kv.metr olan üç otaqdan ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə X8 5/24 hissədə, X4 11/24 hissədə payları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 64.6 kv.metr, yaşayış sahəsi 49.8 kv.metr, yardımçı sahəsi 14.8 kv.metr olan üç otaqdan ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X8 5/24 hissədə və X4 11/24 hissədə payları müəyyən edildiyindən və onlar mübahisəli əmlakın paylı mülkiyyətçiləri olduğundan, iddiaçılar X14 və X1 şəhəri, Vidadi küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 64,6 kv.metr yaşayış sahəsi, 49.8 kv.metr yardımçı sahəsi 14.8 kv.metr olan üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülməlidirlər. Məhkəmə iddia tələbinin 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)-268/2019 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,6 kv.metr yaşayış sahəsi, 49.8 kv.metr yardımçı sahəsi 14.8 kv.metr olan üç otaqdan ibarət fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə X8 5/24 hissədə və X4 11/24 hissədə müəyyən edilmiş paylarına sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək hüquqlarının təmin edilməsi üçün iddiaçılar X14 və X1 şəhəri, Vidadi küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 64,6 kv.metr yaşayış sahəsi, 49.8 kv.metr yardımçı sahəsi 14.8 kv.metr olan üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülsünlər və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər X15 və X2 müştərək qaydada alınaraq, iddiaçılar X14 və X6 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar