Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-55/2024 15.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Cavabdehnın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları ilə birlikdə ünvan 1ində yerləşən evinə köçürülmələri və istifadə hüquqlarının tanınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. O, nikaha daxil olduqdan sonra həyat yoldaşının ata evinin həyətyanı sahəsində, ünvan 1ində 12 sot torpaq sahəsində 3 otaqlı 1 böyük zal və 1 mətbəx olmaqla ev inşa etmişlər. Çox əziyyət çəkərək evin inşasını qurtarıb həmin evə qeydiyyata düşmüşdür. Həmin tarixdən bu günə kimi ünvan 1ində qeydiyyatdadır, cəmiyyət və dövlət qarşısında olan hüquq və vəzifələrini qeydiyyatda olduğu məhz həmin ünvanla həyata keçirir. Cari ildə nikahları pozulduqdan sonra Cavabdeh onu övladları ilə bir yerdə qeydiyyatda olduqları ünvandan çıxartmaq arzusunda imiş. Artıq o, 19 ildən çoxdur ki, həmin adı çəkilən ünvanda uşaqları ilə birlikdə yaşayır və həmin ünvanda qeydiyyatdadır. Cavabdehin bir neçə borclarını hələ də ödəyir. “FincaBank”-a olan 4.000 manat kredit borcunu, cavabdeh onu aldadaraq zamin qismində banka qeyd etdirib və bu gün “FincaBank” artıq onu bir zamin kimi məhkəməyə vermişdir. Bundan əlavə, Cavabdeh “EmboFinans Bank”-a kredit borcu vardır ki, hər ay onun əmək haqqından 300 manat pul çıxarılır. Qeydiyyatda olduğu ünvan 1i ünvanında nikah dövrü ərzində 19 il yaşadığından həmin evdə yaşamaq və istifadə hüququ yaranmışdır. Bu səbəbdən, yetkinlik yaşına çatmayan övladları ilə birgə həmin ünvana, qanuni olaraq köçürülməyi çox zəruridir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, İddiaçı Nuray qızı ilə 4-5 aydır ki, ayrı qalırlar. Ondan əvvəl onlar bir yerdə kənddə də qalırmışlar. Kənddə olan ev isə atasınındır. Onlar öz istəkləri ilə kənddəki evdən çıxıb, Bakı şəhərinə Müşfiq qəsəbəsinə köçmüşlər. Orda da uşaqları qeydiyyata düşüblər, orta məktəbdə oxuyurlar. 2 ildir ki, orda qalırlar, dörd beş ay olar ki, İddiaçı Nuray qızı özü evdən çıxıb gedib. O, İddiaçı Nuray qızını döyməmiş, nə də qovmamışdır. Özü evdən çıxıb getmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını, şahid iadlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 2(016)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 anaları İddiaçı himayəsində saxlanması, uşaqların saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq bir uşağa görə 150 manat olmaqla, iki uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 izahatında bildirdi ki, Esmira onun qonşusudur. Esmira gəlin gələndən iki-üç il sonra ev tikilib. Həmin evi Zamiqlə bir yerdə tikiblər, bir də Zamiqin qardaşı kömək edib. Esmira orda yaşayıb. Həyətdə tərəvəz əkirmiş, qapıda hinduşka, qaz saxlayırmış. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 izahatında bildirdi ki, İddiaçı onun yaxın qonşusudur. O, təsdiq edir ki, Esmira cavabdehin atasının evinə gəlin gəlib. Sonra orda bunlar ev tikiblər. Evin atmalarını da o kəsmişdir. Bunlar iki quda bir yerdə Esmira gəlin gələndən sonra həmin evi tikiblər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikaha girib ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ağsu Rayon Məhkəməsinin 2(016)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 anaları İddiaçı himayəsində saxlanması, uşaqların saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq bir uşağa görə 150 manat olmaqla, iki uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh birgə nikahda olduqları vaxtda, yəni 2007-ci il tarixdə ünvan 1ində 12 sot torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evi inşa etmişlər. Tərəflər həmin fərdi yaşayış evində birlikdə yaşayaraq ümumi təsərrüfat aparmışlar. İddiaçı ilə cavabdeh arasında münasibətlər pozulduğundan, iddiaçı cavabdeh tərəfindən mübahisəli evdən çıxarılmışdır. Mübahisələndirilən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçıya məxsus əşyalar mübahisəli evdədir. Hazırkı şəraitdə iddiaçının mübahisəli yaşayış sahəsindən başqa daimi yaşayış yeri yoxdur. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsi ilə bağlı hüquq münasibətləri 2007-ci ildən yarandığından hazırkı mübahisə həmin dövrdə qüvvədə olmuş 08 iyul 1982-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Həmçinin qüvvədə olan qanunvericilikdə özbaşına tikiliyə və ya yaşayış sahəsinə hər hansı bir hüquq tanıyan və təsbit edən norma nəzərdə tutulmadığından mübahisəyə qanunun analogiyası qaydasında sözügedən Məcəllənin 53 və 54-cü maddələrinin tələbləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (əri), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin üçüncü hissəsinə əsasən, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçının və onun yetkinlik yaşına çatmayan uşaqlarının yaşayış yeri sayıldığından və cavabdehin onları həmin mənzilə buraxmaması səbəbindən öz yaşayış yerlərini müəyyən müddətə tərk etməli olduqlarından, bununla da onlar yaşadıqları mənzildən qanunsuz olaraq məhrum olunduqlarından, iddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Məhkəmə iddia tələbinin “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” hissəsi ilə bağlı qeyd edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mübahisəli ev iddiaçı və cavabdeh tərəfindən birgə nikah dövründə tikildiyindən, iddiaçı mübahisəli evdə cavabdehlə birlikdə yaşadığından və ümumi təsərrüfat apardığından, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, iddiaçıya məxsus əşyalar hazırda da həmin evdə olduğundan, həmin yaşayış sahəsindən başqa iddiaçının daimi yaşayış yeri olmadığından, qanunvericiliklə tərəflərin fərdi yaşayış evinə dair sərəncam vermək ixtiyarı olmasa da, bu, iddiaçının həmin tikintiyə köçürülməsini istisna etmədiyindən, iddia qismən təmin edilməli, İddiaçı, uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 ilə birlikdə ünvan 1ində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməlidirlər. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı, uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 ilə birlikdə ünvan 1ində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-55/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-55/2024
15.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver