Məhkəmə qərarları › İş №2(016)-55/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-55/2025

21.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-55/2025 21.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaradılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisinə Ağsu rayonunun Kalva kəndində mərhum həyat yoldaşı olmuş X5 məxsus fərdi yaşayış evində vərəsəlik işi ilə əlaqədar müvafiq ölçmə işlərinin aparılmasına dair şərait yarada bilməsi üçün cavabdehlər Cavabdeh və X2 həmin evdən çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı olmuş X7 vəfat etdiyinə görə Ağsu rayonunun Kalva kəndində onun adına tikilmiş fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üçün vərəsəlik açılaraq həmin miras əmlaka mərhum X4 birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü İddiaçı adına çxarış verilməsinə dair Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehlər Cavabdeh Ağsu rayonu Kalva kəndindəki X5 məxsus fərdi yaşayış evinə daxil olub, oradan çıxmırlar və əgər o, həmin evə gələrsə onu öldürəcəkləri ilə hədələyirlər. Fərdi yaşayış evinin mütəxəssislər tərəfindən tərəfindən ölçü işlərinin aparılmasına şərait yarada bilmir. İddiaçı iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ağsu rayonunun Kalva kəndində yerləşən fərdi yaşayış evinə hüquqmüəyyənedici sənədlərin tərtib edilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndələrinə ölçmə işlərinin aparılmasına imkan və şəraitin yaradılması, mane olmaması vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, Qanuni nümayəndə onun qardaşının həyat yoldaşı olub. 10 ilə yaxındır ki, ölən qardaşı ilə boşanıb və çıxıb gedib. Cavabdeh hazırda atamın evində tək yaşayır. Onun 70 yaşı var. Onu bu yaşında qoymur ki, atasının evində rahat yaşasın. İddiaçı onun valideynlərinin vərəsəsi deyil. Buna görə də, iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - JN-149F, Kod: 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, X17 və X1 mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsi verilmişdir. - AZ-İİ seriyalı 563225 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası “X7”, anası “Qanuni nümayəndə” olması qeyd edilmişdir. - Şamaxı Rayon Məhkəməsinin 2(074)-1107/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh X10 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X7 ilə cavabdeh X12 arasında Ağsu rayonu Kalva kənd İcra Nümayəndəliyində xx.xx.2010-cu il tarixdə 02 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü İddiaçı anası X9 yanında saxlanılması qət edilmişdir. - xx.xx.2019-cu il tarixli baxış aktından görünür ki, Ağsu rayonu, Kalva kəndində X6 fərdi yaşayış evinə vizual texniki baxış keçirilmiş və müəyyıən olunmuşdur ki, evin divarlarında divar birləşmələrində, qapı, pəncərə boşluqları ətraflarında qopmalar, aralanmalar və müxtəlif çatlar vardır. - Ağsu Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 05 nömrəli istismara icazə sənədindən görünür ki, Ağsu rayonu, Kalva yerləşən 2 otaqlı fərdi yaşayış evinin X7 tərəfindən istismarına icazə verilmişdir. - AZ seriyalı, 293042 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə Ağsu rayonu, Kalva kəndində ölmüşdür. - Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 14 saylı Şamaxı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdi ki, X3 xx.xx.2023-cü ildə vəfatı ilə əlaqdar İddiaçı nümayəndəsi Qanuni nümayəndə ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Ağsu rayonunun ərazisində yerləşən daşınmaz əmlaka yüklülüyün və məhdudiyyəıtin olub olmaması barədə arayış və ya çıxarış verilməsi xahiş olunmuşdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Qanuni nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, təqdim edilmiş sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə yerində baxış keçirilməsi üçün onunla telefon əlaqəsi saxlamış, lakin o, fərdi yaşayış evində digər şəxsin yaşadığını və üzərində mübahisə olduğunu bildirərək, ölçü işlərinin aparılmasına şərait yaratmamışdır. Odur ki, qeydiyyata aldırmaq istədiyi fərdi yaşayış evinin müayinəsinə şərait yaradacağı təqdirdə müraciətinə qanunamüvafiq qaydada yenidən baxıla bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2011-ci il təvəllüdlü İddiaçı atası X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra Ağsu rayonu, Kalva kəndində ona məxsus fərdi yaşayış evi miras qalmışdır. Hazırda İddiaçı nümayəndəsi Qanuni nümayəndə ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Miras əmlaka daxil olan fərdi yaşayış evinə dair ölçü işərinin aparılmasına cavabdeh X8 icazə verməmişdir. Bu səbəbdən, iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 6.1.1.2-ci maddəsinə əsasən, fərdi yaşayış evinin dövlət reyestr xidmətində qeydə alınması üçün digər sənədlərlə yanaşı daşınmaz əmlaka dair texniki sənədlər (pasport və plan ölçü) də verilməlidir. MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özləninin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə iddiaçının qanunla qorunan hüquqlarını, eləcə də maraqlarını qorumaq və pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə hesab edir ki, cavabdehin üzərinə Ağsu rayonu, Kalva kəndində fərdi yaşayış evinə dair sənədlərin tərtibi ilə bağlı ölçü işlərinin aparılmasına şərait yaratması və mane olmaması vəzifəsi qoyulmalıdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh üzərinə Ağsu rayonu, Kalva kəndində yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin tərtibi ilə bağlı ölçü işlərinin aparılmasına imkan və şərait yaratması, mane olmaması vəzifəsi qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar