Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-614/2023 05.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər X3 və X2 qarşı «yaşayış evindən əmlakları ilə birlikdə çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər nəvəsi X3 və X1 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01 oktyabr 2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan və Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən yaşayış evindən əmlakları ilə birlikdə çıxarılmalarını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Ağsu rayonunun Ərəbuşağı kəndində yerləşən 168.80 kvadrat metr yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01 oktyabr 2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh X4 digər cavabdeh X7 ilə ailə qurmuş və ailə qurduqdan sonra iddiaçının evində yaşamağa başlamışlar. Hazırda iddiaçı digər oğlu Sədini evləndirmişdir, onun evində ailəsi ilə birlikdə yaşayırlar. Cavabdehlər isə onlara yaşadıqları evdə rahat yaşamağa imkan vermirlər. X5rı söyüb-təhqir edir. Artıq onun əməlləri dözülməz hal almışdır. Cavabdehlər X4 və X1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən 01 oktyabr 2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan və Ağsu rayonu Ərəbuşağı kəndində yerləşən yaşayış evindən əmlakları ilə birlikdə çıxarılmalarını tələb edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məlumat verməmişlər. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(016)- 807/20203 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X6 və X2 qarşı «yaşayış evindən əmlakları ilə birlikdə çıxarılma» tələbinə dair iddası təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər X3 və X2 qarşı «yaşayış evindən əmlakları ilə birlikdə çıxarılma» tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-614/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-614/2023
05.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver