Məhkəmə qərarları › İş №2(016)-62/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-62/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-62/2024 15.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab olunması və əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyri-yaşayış binasının cavabdeh tərəfindən boşaldılmasını, bütün əşyalar çıxarılmaqla boşaldılmış vəziyyətdə iddiaçıya verilməsi, qeyri-yaşayış binasına cavabdehin istifadə hüququnun itirilmiş hesab olunması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-40/2018 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh cəmi 8.217,87 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” MMC-nin hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli № 95 saylı yekun Protokoluna əsasən ilkin hərrac qiyməti 40.000 AZN olan ipoteka predmeti Cavabdeh mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyri-yaşayış binası 25.500 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyriyaşayış binası İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdeh ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyri yaşayış binasını boşaltmaqdan imtina edir. Bu da İddiaçı ASC-nin öz qanuni mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, İddiaçı ASC-dən 20.000 manat məbləğində kredit götürmüş, lakin 24.000 manat ödəmişdir. Onlar istiyirlər ki, əmlakını əlindən alsınlar. Onun 60 yaşı var. Özü və ailəsi də xəstədir. Onun Bankın tələb etdiyi məbləği qaytarmağa gücü yoxdur. Özü özünü güclə idarə edir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-40/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X4 və X2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AXFS-1522 saylı kredit razılaşması üzrə hesablanmış 4.000 manat məbləğində dəbbə pulu 400 manat məbləğinədək azaldılmış, cavabdehlər Cavabdeh, X4 və X1 müştərək qaydada xx.xx.2014-cü il tarixli, AXFS-1522 saylı kredit müqaviləsi üzrə 5.932,7 manat məbləğində əsas, 1.287,17 manat məbləğində faiz borcu və 1.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8.217,87 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını, ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyri-yaşayış binasının 40.000 manat məbləğində qiymətləndirilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda, 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyriyaşayış binasına yönəldilərək açıq hərracda satılmasını və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün iddiaçının hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan MM-in 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. MM-in 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına olan qeydiyyat yazısı ləğv edilərək, həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış binasına dair iddiaçının adına qeydiyyatın aparılması ilə Cavabdeh hüquqlarına xitam verilmiş, iddiaçının isə bu torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasına dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin göstərilən torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından könüllü olaraq çıxmaması nəticəsində, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. İddiaçı mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi olduğundan, o, cavabdehin mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış binasından məcburi çıxarılmasını, torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış binasının boşaldılaraq ona təhvil verilməsini və cavabdehin istifadə hüququnun itirilmiş hesab olunmasını tələb etməkdə haqlıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “dövlət rüsumunun cavabdehdən alınmasına dair” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanda 0,01045 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 86,1 kv.m olan qeyri-yaşayış binası Cavabdeh tərəfindən boşaldılsın, bütün əşyalar çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilsin, qeyri-yaşayış binasına Cavabdeh istifadə hüququ itirilmiş hesab olunsun. Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar