Məhkəmə qərarları › İş №2(016)-70/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-70/2024

02.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-70/2024 02.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yolun açılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin onun Ağsu şəhəri, H.Əliyev küçəsi, ev 57B ünvanında yolun enini qısaldaraq törətdiyi qanunazidd hərəkətlərinin qarşısının alınmasını və yolun eninin əvvəlki vəziyyətə gətirilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda onun qonşusu, X2 da yaşayır. Cavabdeh onun evinə gələn yola maneələrin törətməsindən əl çəkmir. Dəfələrlə cavabdehə deməsinə baxmayaraq, öz xeyrinə ona gələn yola girir, yolun enini qısaldır ki, bu da onun xeyrinə özünün həyətyanı sahəsini artırılmasına səbəb olur. Onun isə yolu daralır. O, öz avtomobili ilə evinə gedəndə və ya gələndə narahatlıq çəkir. Yolun darısqal olmasına görə gedib-gəlmək çətinləşir. Həyətə öz evinə girəndən sonra artıq geri qayıtma münkünsüzdür. Tək çıxış yolu o olur ki, o, öz idarə etdiyi avtomobili ilə arxa-arxaya geriyə qayıtsın. Torpaq mülkiyyətçisinin adı və soyadı, verilən torpaq sahəsinin planı və sərhədlərin ölçüsü vardır. Onun hüquqları pozulmuşdur. Ağsu Rayon İcra Hakimyətinə, torpaq idarəsinə, Bələdiyyəyə gedərək Cavabdeh törətdiyi qanunazidd hərəkətləri barədə məlumat verməyinə baxmayaraq, hələ heç bir şəxs onun bildirdiyi məlumatla maraqlanan olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, 2003-cü ildən ona məxsus evə köçüb yaşayır. O, evi alandan sonra heç bir dəyişiklik etməmiş və yol zəbt olunmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - JN-1262A, kod 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, X3 və ailə üzvlərinin mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə 0,9 ha torpaq sahəsi verilmişdir. - JN-1263A, kod 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Rəfiqə Eyvazovanın mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə 0.11 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli mütəxəssis rəyindən görünür ki, Ağsu rayonu Ağsu şəhər sakinlərinin həyətyanı torpaq sahələrinə hazırlanmış yerquruluşu layihəsi (DWJ məlumatları) ilə faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə koordinatlar olmadığından şəhadətnamələrdə göstərilən cizgilərdəki torpaq sahələrinin naturadakı faktiki istifadədə olan torpaq sahələri ilə eyni olubolmamasını kv.m dəqiqliklə müəyyən etmək mümkün deyildir. Bu səbəbdən, naturada mübahisələndirilən yola kim tərəfindən müdaxilə olub olunmamasını müəyyənləşdirmək mümkün olmadı, lakin mütəxəssis tərəfindən iddiaçı və cavabdehin faktiki istifadələrində olan həyətyanı torpaq sahələrinin və mövcud mübahisəli yolun koordinatları naturada müəyyənləşdirilmişdir. JN-1262A Kod 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında iddiaçıya 0.09 ha torpaq sahəsi verilsə də, iddiaçının faktiki istifadəsindəki torpaq sahəsi 0.1019 ha təşkil edir. Cavabdehin faktiki istifadəsindəki 0.1181 ha torpaq sahəsi JN-1263A Kod 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Eyvazova Rəfiqənin mülkiyyətinə verilmiş 0.11 ha torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisə predmeti olan yolun naturada geniş hissəsi 5.93 m, ensiz hissəsi 4.20 m təşkil edir. Cavabdeh faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi Ərazi İdarəsinin arxivində mövcud olan JN-1263A Kod 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Eyvazova Rəfiqənin mülkiyyətinə verilmiş torpaq sahəsidir. Naturada mübahisə predmeti olan yol bələdiyyə mülkiyyətinə aiddir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4471 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-41/2-821/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Ağsu rayonu Ağsu şəhər sakinlərinin həyətyanı torpaq sahələrinə hazırlanmış yerquluşu layihəsi (DWJ məlumatları) ilə faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərdə koordinatlar olmadığından şəhadətnamələrdə göstərilən cizgilərdəki torpaq sahələrinin naturadakı faktiki istifadədə olan torpaq sahələri ilə eyni olub-olmamasını kv.m dəqiqliklə müəyyən etmək mümkün deyildir. Bu səbəbdən, naturada mübahisələndirilən yola kim tərəfindən müdaxilə olub-olunmamasını müəyyənləşdirmək mümkün olmadı, lakin mütəxəssis tərəfindən iddiaçı və cavabdehin faktiki istifadələrində olan həyətyanı torpaq sahələrinin və mövcud mübahisəli yolun koordinatları naturada müəyyənləşdirilmişdir. JN- 1262A Kod 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında iddiaçıya 0.09 ha torpaq sahəsi verilsə də, iddiaçının faktiki istifadəsindəki torpaq sahəsi 0.1019 ha təşkil edir. Cavabdehin faktiki istifadəsindəki 0.1181 ha torpaq sahəsi JN-1263A Kod 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Eyvazova Rəfiqənin mülkiyyətinə verilmiş 0.11 ha torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisə predmeti olan yolun naturada geniş hissəsi 5.93 m, ensiz hissəsi 4.20 m təşkil edir. Cavabdeh faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi JN-1263A Kod 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasən Eyvazova Rəfiqənin mülkiyyətinə verilmiş torpaq sahəsidir, naturada mübahisə predmeti olan yol bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, Ağsu şəhəri, H.Əliyev küçəsi, ev 57B ünvanında yerləşən həyətə gediş-gəliş yolunun Cavabdeh tərəfindən tutulması sübuta yetirilmir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunan hüquq normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan hüquq normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “yolun açılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.a Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar