Məhkəmə qərarları › İş №2(016)-742/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-742/2024

18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-742/2024 18.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X29 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “doğumun qeyd edilmə faktı” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “doğumun qeyd edilmə faktı” haqqında ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçixan qızının xx xxxxxxx 1946-cı il tarixdə Ağsu rayonu Kəndoba kəndində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X13, ana adı qrafasında X10 göstərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 Kubra İbrahim qızı el adətinə uyğun ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahından o, yəni Ərizəçi xx.xx.1946-cı il tarixdə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuşdur. O, X11 ilə xx.xx.1967-ci il tarixdə nikaha daxil olaraq Talıbova soyadını qəbul etmişdir. Birgə nikahdan on övladları dünyaya gəlmişdir. Mərhum həyat yoldaşından miras qalmış torpaq sahəsinin vərəsələr arasında bərabər payda bölünməsi üçün Notariat kontoruna müraciət etmişdir. Notariat kontoru onun doğumunu təsdiq edən doğum şəhadətnaməsini təqdim etdikdən sonra müvafiq notariat hərəkətlərinin aparılacağını bildirmişdir. O, Maraqlı şəxsnə müraciət etsə də, doğum şəhadətnaməsini təsdiq edən sənəd şöbənin arxivində aşkar edilməmiş və bu barədə imtina məktubu ona təqdim edilmişdir. Göründüyü kimi, doğum haqqında şəhadətnaməni başqa cür əldə etmək mümkün deyil, bunun üçün doğumun (vətəndaşlıq vəziyyəti aktlarının) qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi tələb edilir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmuna uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 1967-ci ildə ailə qurmuş və on övladları olmuşdur. Özünün şəxsiyyət vəsiqəsi vardır, övladlarının hamısına doğum haqqında şəhadətnamə almışdır. Özü şəhid ailəsidir. Övladı şəhid olmuş və şəhid ailəsi kimi Ağsu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən vəsiqədə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi onun nənəsidir. Ərizəçi xx.xx.1946-cı ildə Kəndoba kəndində anadan olmuşdur. Ərizəçi 1967-ci il tarixdə ailə həyatı qurmuşdur. Ərizəçinin həyat yoldaşının adı Dadaşdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, ərizəçi onun kəndçisidir. Bildiyinə görə, ərizəçi xx.xx.1946-cı ildə Kəndoba kəndində anadan olmuşdur. Atası Dövlət, anası Kubra xanımdır. Doğum haqqında şəhadətnamə torpağın sənədləndirmə işləri üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Ağsu rayonu Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 05/09İS/024443-24 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Ərizəçi xx.xx.1946-cı il tarixdə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuşdur, əri - X11 (xx.xx.1938 vəfat edib), oğlu-X6 (xx.xx.1964), qızı-X12 (xx.xx.1967), qızı-X16 (xx.xx.1968), oğlu-X17 (xx.xx.1970), oğlu- X14 (xx.xx.1972), oğlu-X18 (xx.xx.1975, vəfat edib), oğlu-X19 (xx.xx.1977), qızı-X7 (xx.xx.1980 vəfat edib), qızı-Talıbova Nuranə dadaş qızı (xx.xx.1982), qızı X8 (xx.xx.1984 vəfat edib). - Ağsu rayon Kəndoba kənd İN tərəfindən xx.xx.1967-ci il tаriхdə vеrilmiş İE № 489275 saylı nikah haqqında şəhаdətnаmənin təsdiq edilmiş surətindən görünür ki, Ağsu rayonu, Kəndoba kəndində 1938-ci ildə anadan olmuş X11 ilə Ağsu rayonu, Kəndoba kəndində 1946-cı ildə anadan olmuş Ərizəçi аrаsındа xx.xx.1967-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Talıbov, arvada isə Talıbova soyadı verilmişdir. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kəndoba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tаriхli 5-34-29/2-2-102/2024saylı məktubdan görünür ki, xx.xx.1946-cı il tarixdə Ağsu rayonunun Kəndoba kəndində anadan olmuş Ərizəçi 13 may 1967-ci il tarixdə Ağsu rayon Kəndoba kənd icra nümayəndəliyində Kəndoba sakini X11 ilə nikaha daxil olmuş və bu barədə Akt № 8-də qeyd aparılmışdır. - Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə, № 3-16-5/8-11-116/2024 saylı məktubundan görünür ki, Ağsu rayonu, Kəndoba kənd sakini Ərizəçi doğumu haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağsu rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-64/2-10714/2024 nömrəli məktubunda qeyd olunan Ərizəçi məxsus fərdi uçot kartoçkasının ksero surətindən görünür ki, Ərizəçi xx.xx.1946-cı il tarixdə Ağsu rayonunun Kəndoba kəndində doğulmuşdur. X2, anası X4r. - Ağsu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 005893 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi şəhid ailəsi kimi xx.xx.2007-ci il tarixdə vəsiqə verilmişdir. - Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ № 372942 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1946-cı il tarixdə Ağsu rayonunun Kəndoba kəndində anadan olmuşdur, X2, anası X4r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçinin müraciəti Maraqlı şəxsndə araşdırılmış və bildirilmişdir ki, doğum haqqında akt qeydi aşkar edilməmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1946-cı il tarixdə Ağsu rayonunun, Kəndoba kəndində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X13, ana adı qrafasında X10 göstərilməli, qətnamə doğum haqqında akt qeydinin aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçixan qızının xx xxxxxxx 1946-cı il tarixdə Ağsu rayonu Kəndoba kəndində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X13, ana adı qrafasında X10 göstərilsin. Qətnamə doğum haqqında akt qeydinin aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar