Məhkəmə qərarları › İş №2(016)-811/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-811/2023

29.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-811/2023 29.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağsu Rayon Notariat Ofisinə qarşı «mirasın qəbul edilmə müddətinin bərpası» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək vəfat etmiş X1 Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə verilmiş 0.10 ha ölçüsündə fərdi yaşayış evinin mirasın qəbul edilməsi vaxtının uzadılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında çıxış edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanmasını xahiş etdi. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, notariat ofisinin iş rejimini nəzərə alaraq mülki işə iştirakları olmadan baxılmasını və işin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və Maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, ərizəçi ərizənin geri qaytarılması barədə məhkəməyə ərizə təqdim etdiyindən, mülki iş baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Ağsu Rayon Notariat Ofisinə qarşı «mirasın qəbul edilmə müddətinin bərpası» tələbinə dair 2(016)-811/2023 nömrəli mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar