Məhkəmə qərarları › İş №2(016)-933/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-933/2025

23.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-933/2025 23.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət su ehtiyatları agentliyinin X2 xidməti publik hüquqi şəxs X3 Sistemlərinin istismarı İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Dövlət su ehtiyatları agentliyinin X2 xidməti publik hüquqi şəxs X3 Sistemlərinin istismarı İdarəsinin 23 aprel 2025-ci il tarixli 57 nömrəli əmrinin ləğv edilməsini, iddiaçının həmin İrriqasiya səhəsi bölməsinin texniki-hidrometr vəzifəsinə bərpa olunmasını, həmçinin iddiaçının xx.xx.2025-ci il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə verərək mülki iş üzrə cavabdeh Azərbaycan Dövlət su ehtiyatları agentliyinin X2 xidməti publik hüquqi şəxs X3 Sistemlərinin istismarı İdarəsinin əsl cavabdeh X2 Xidməti Publik Hüquqi Şəxsi ilə əvəz edilməsini və mülki işin aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, cavabdehin qeydiyyat ünvanı ünvan 1osessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-in 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İş üzrə cavabdeh Azərbaycan Dövlət su ehtiyatları agentliyinin X2 xidməti publik hüquqi şəxs X3 Sistemlərinin istismarı İdarəsi əsl cavabdeh X2 Xidməti Publik Hüquqi Şəxsi ilə əvəz edilsin. İddiaçı cavabdeh X2 Xidməti X1rşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddia ərizəsi üzrə 2(016)-933/2025 nömrəli mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar