Məhkəmə qərarları › İş №2(017)-10/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-10/2025

29.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-10/2025 29.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə; iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyətdən istifadəyə yönəlmiş manelərin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ona və ailə üzvlərinə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 3,0869 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onların adına Çıxarış verilmişdir. Cavabdeh torpaq sahəsi onun torpaq sahəsi ilə qonşudur. Cavabdeh onlara məxsus torpaq sahəsinin 1,5 ha hissəsini öz adına sənədləşdirmiş, torpaq sahəsini özbaşına tutaraq həmin torpaq sahəsini əkib-becərilməsinə imkan vermir. Cavabdehdən hərəkətlərinə son qoymasını tələb etsələr də bu mümkün olmamışdır. Ona görə də iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ona və ailə üzvlərinə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 1,0465 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onların adına Çıxarış verilmişdir. Cavabdeh İddiaçı onlara məxsus torpaq sahəsindən sərbəst istifadə etməsinə maneə olur və qanunsuz istifadə edir. Torpaq sahəsini özbaşına tutaraq həmin torpaq sahəsini əkib-becərilməsinə imkan vermir. Cavabdehdən hərəkətlərinə son qoymasını tələb etsələr də bu mümkün olmamışdır. Ona görə də qarşılıqlı iddianın təmin, iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində daşınmaz əmlakın - reyestr nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində 3,0869 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində daşınmaz əmlakın - reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Cavabdeh və ailəsinin mülkiyyətində 1,0465 ha torpaq sahəsi Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 100 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis və xx.xx.2025-ci il tarixli, 10/1472 nömrəli ekspert rəyindən görünür ki, daşınmaz əmlakın - reyestr nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və ailəsinin mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 3,0869 ha torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Daşınmaz əmlakın - reyestr nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və ailəsinin mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 3,0869 ha torpaq sahəsi başqa şəxslər tərəfindən istifadə olunmur. Həmin torpaq sahəsi sənəd üzrə başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Daşınmaz əmlakın reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Cavabdeh və ailəsinin mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 1,0465 ha torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğun deyildir. Qeyd olunan 1,0465 ha torpaq sahəsi bütövlükdə İddiaçı tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində daşınmaz əmlakın - reyestr nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində 3,0869 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində daşınmaz əmlakın - reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Cavabdeh və ailəsinin mülkiyyətində 1,0465 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 100 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın - reyestr nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və ailəsinin mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 3,0869 ha torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Daşınmaz əmlakın - reyestr nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və ailəsinin mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 3,0869 ha torpaq sahəsi başqa şəxslər tərəfindən istifadə olunmur. Həmin torpaq sahəsi sənəd üzrə başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Daşınmaz əmlakın reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Cavabdeh və ailəsinin mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 1,0465 ha torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğun deyildir. Qeyd olunan 1,0465 ha torpaq sahəsi bütövlükdə İddiaçı tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) iddiasının təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar digər sübutlarla təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası qanunsuz və əsasız olduğuna görə təmin edilməməli, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-494/2024 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 200 manat məbləğində pulun 100 manatı İddiaçı, 100 manatı isə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 200 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 100 manat və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat İddiaçı alınaraq Cavabdeh verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı daşınmaz əmlakın reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Cavabdeh və ailəsinin mülkiyyətində olan Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən 1,0465 ha torpaq sahəsindən çıxarılsın; həmin torpaq sahəsindən istifadəyə yönəlmiş müdaxilə İddiaçı qadağan edilsin. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 100 manat və dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh ödənilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar