Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1022/2025 20.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçinun doğumun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mərhum qardaşı X8 13 avqust 2022-ci il tarixdə, Mərhum X1 09 sentyabr 1974-cü il tarixdə, mərhum anası X10 isə 26 mart 1978-ci il tarixdə ölmüşdür. Hazırda atasından qalmış mirasa sənədləşmə işlərini aparılmasını istədə də, mərhum qardaşı X2 doğum haqqında şəhadətnaməsi olmadığı üçün həmin işləri həll edilməi mümükün olmamışdır. Mərhum qardaşı X8 10 noyabr 1942-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamədən çıxarış almaq üçün Maraqlı şəxsnə müraciət etməsini, müraciəti əsasında Qeydiyyat şöbəsində ona qardaşı Yaşar Qasımovun doğum haqqında akt qeydinin tapılmaması və ona doğum akt qeydinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsinin tövsiyyə olunmuşdur. Ona görə də göstərdiklərini nəzərə alınaraq, məhkəmədən onun mərhum qardaşı X2 10 noyabr 1942-ci il tarixdə anadan olmasını, valideynləri X9 atası və X10 isə anası və doğulduğu yer Ağcabədi şəhəri olmasına dair hüquqi faktın müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi İslam Əhmədov poçt vasitəsilə məhkəməyə məktub göndərərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahat verərək göstərdi ki, Ərizəçi ilə eyni küçədə yaşayırlar. Sənəmin qardaşı X8 10 noyabr 1942-ci il tarixdə Ağcabədi şəhərində anadan olub. X1 anası isə X6r və valideynləri hər ikisi vəfat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Sənəmin mərhum qardaşı X8 10 noyabr 1942-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş və 13 avqust 2022-ci il tarixdə isə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahat verərək göstərdi ki, Ərizəçi onun həyat yoldaşı, mərhum X8 isə qayınıdır. Sənəmin mərhum qardaşı X8 10 noyabr 1942-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş və 13 avqust 2022-ci il tarixdə isə ölmüşdür. Yaşarın X1 anası isə X6r və valideynləri hər ikisi vəfat etmişlər. İş materialarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1952-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, hazırda Ağcabədi şəhəri,B.Sərdərov küçəsi ev 61-də qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli, 3-16-5/8-16- 132/2025 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də doğum haqqında akt qeydinin bərpası rayon Qeydiyyat şöbəsində mümkün deyildir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X8 13 avqust 2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Ağcabədi şəhər XDS-nin 1963-1965-ci illərə aid 59 saylı təsərrüfatbaşına kitabının 1824 saylı təsrrüfatında X4 adına 0,07 ha torpaq sahəsi olması barədə qeytiyyatı var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ərizəçi mərhum qardaşı X8 10 noyabr 1942-ci i tarixdə Ağcabədi şəhərində anadan olmuş, X1, anası X6r. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, ərizəçinin mərhum qardaşı X2 10 noyabr 1942-ci il tarixdə Ağcabədi şəhərində doğumu ilə bağlı doğum faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilərək qətnamə qəbul olunmalı və doğum akt qeydində adı Yaşar, ata qrafasında atası kimi X9, ana qrafasında X10 olması nəzərə alınmaqla doğum faktı müəyyən edilməli və doğum haqqında şəhadətnamə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mrəhum qardaşı X2 doğum akt qeydində doğum tarixi 10 noyabr 1942-ci il, adının Yaşar, soyadının Qasımov, valideynlərinin - ata qrafasında atası kimi X9 və anası kimi X10 və doğulduğu yer Ağcabədi şəhəri kimi qeyd edilməklə doğum faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1022/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1022/2025
20.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver