Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1050/2025 28.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1996-cı il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan ilması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasında X7, ana qrafasında X3 qeyd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx xxxxx 1996-cı il tarixində Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. X4, anası X3 olmuşdur. X4 18 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Şəxsiyyət vəsiqəsi olsa da, valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır. Hazırda ailə həyatı qurmuş və əri Nicat Şirinovun soyadını özünə soyad kimi qəbul etmişdir. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün Ağcabədi rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığını və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq əriəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmədə iştirak etməsə də məhkəməyə ünvanladığı məktubda mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun qızıdır. Ərizəçi xx xxxxx 1996-cı il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. Ərizəçi X4, anası isə odur. Məhkəmə baxışı zamanı şahid qimində dindirilmiş X5 şahid X1 vermiş olduğu ifadəsini eyni ilə təsdiq etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1996-cı il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 18 iyun 2021-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə Ərizəçi arasında 16 avqust 2014-cü il tarixdə bağlanmış 11 saylı nikah qeydi vardır. Ərizəçi soyadı Mamedova olmuş və nikah bağlandıqdan sonra ona-arvada Şirinova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, xx xxxxx 1996-cı il tarixində Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuş Şirinova (Mamedova) Rəhimə Rza qızının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə Ağcabədi rayon Yeni Qaradolaq, Kəhrizli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə 1993-1999-cu illər, rayon qeydiyyat şöbəsi üzrə 1993-1999-cu illər ilkin, 1997-2014-cü illər bərpa və “Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin Şirinova (Mamedova) Rəhimə Rza qızının doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. İş materiallarından da göründüyü kimi ərizəçi Şirinova (Mamedova) Rəhimə Rza qızı xx xxxxx 1996-cı ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan omuş, onun X4, anası isə X3dır. Lakin, ərizəçi Şirinova (Mamedova) Rəhimə Rza qızına bu günə kimi doğum haqqında şəhadətnamə alınmamış və doğum haqqında şəhadətnaməsi olmadığı üçün digər sənəd də ala bilmir. Buna görə də, məhkəmə hesab edir ki, Şirinova (Mamedova) Rəhimə Rza qızının xx xxxxx 1996-cı ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində doğulması faktı müəyyən edilməli, Şirinova (Mamedova) Rəhimə Rza qızının doğum haqqında akt qeydi kitabında adı «Rəhimə», soyadı «Mamedova», atasının adı «Rza», milliyyəti azərbaycanlı, valideynləri, atası- X7, milliyyəti azərbaycanlı, anası- X3, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şirinova (Mamedova) Rəhimə Rza qızının xx xxxxx 1996-cı il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində doğulması faktı müəyyən edilsin, Şirinova (Mamedova) Rəhimə Rzaqızının doğum haqqında akt qeydi kitabında adı «Rəhimə», soyadı «Mamedova», atasının adı «Rza», milliyyəti azərbaycanlı, valideynləri, atası-X7, milliyyəti azərbaycanlı, anası-X3, milliyyəti azərbaycanlı yazılmaqla Maraqlı şəxsndə müvafiq qeydlər aparılsın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1050/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1050/2025
28.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver