Məhkəmə qərarları › İş №2(017)-1053/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1053/2025

24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1053/2025 24.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X5 ilə qeyri-rəsmi nikaha daxil olmuş, nikahları qeydə alınmamışdır. Onların faktiki nikahlarından 6 uşaqları doğulmuş, 4 uşaq tibb müəssisəsində, 2 uşaq isə ev şəraitində - Ağcabədi şəhərində xx.xx.2017-ci il tarixdə Nur adlı qız uşağı, xx.xx.2018-ci il tarixdə isə Yusif adlı oğlan uşağı anadan olmuşdur. Uşaqların hər ikisi ev şəraitində anadan olmuşdur. Uşaqların doğulması barədə həkim arayışı olmadığına görə onlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. Uşaqlarının doğum haqqında şəhadətnaməsi olmadığına görə çətinliklərlə qarşılaşır. Ona görə də Ağcabədi şəhərində xx.xx.2017-ci il tarixdə Nur adlı qız uşağı, xx.xx.2018-ci il tarixdə isə Yusif adlı oğlan uşağının doğulması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Ərizəçi onun arvadıdır. Onlar qeyri-rəsmi nikaha daxil olmuş, nikahları qeydə alınmamışdır. Onların faktiki nikahlarından Ağcabədi şəhərində xx.xx.2017-ci il tarixdə Nur adlı qız uşağı, xx.xx.2018-ci il tarixdə isə Yusif adlı oğlan uşağı anadan olmuşdur. Uşaqların hər ikisi ev şəraitində anadan olmuşdur. Uşağın doğulması barədə həkim arayışı olmadığına görə onlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. Uşaqların hər ikisi sağlamdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 şahid X2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 3974 və 3975 nömrəli arayışlardan görünür ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 şəhəri, Ə.Muxtarov küçəsində yerləşən evdə yaşayırlar. İşdə olan xx.xx.2024-cü il tarixli 3940 nömrəli arayışdan görünür ki, Ərizəçi ailə üzvləri aşağıdakılardan ibarətdir: əri X5, uşaqları – qızı Arzu (xx.xx.2016), qızı Nur (xx.xx.2017), oğlu Yusif (xx.xx.2018), oğlu İbrahim (xx.xx.2020), oğlu Çingiz (xx.xx.2013) və oğlu Fərid (xx.xx.2024). İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, doğum haqqında tibbi arayış olmadığına görə doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır müəyyən edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi Ağcabədi şəhərində ev şəraitində xx.xx.2017-ci il tarixdə bir qız uşağı, xx.xx.2018-ci il tarixdə isə bir oğlan uşağı anadan olmuşdur. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və uşaqların doğum faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ağcabədi şəhərində, ev şəraitində Ərizəçi xx.xx.2017-ci il tarixdə bir qız (X7) uşağı, xx.xx.2018-ci il tarixdə isə bir oğlan (X6) uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar